Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / SOCAR: TANAP ilə Azərbaycan qazının nəzərdə tutulan vaxtda Türkiyəyə çatdırılması tamamilə realdır

SOCAR: TANAP ilə Azərbaycan qazının nəzərdə tutulan vaxtda Türkiyəyə çatdırılması tamamilə realdır

19.09.2017 [14:06]

Transanadolu qaz boru kəməri (TANAP) layihəsi çərçivəsində işlərin 80 faizindən çoxu icra edilib.
Bu barədə SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadənin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir. /Trend/
X.Yusifzadə qeyd edib ki, uzunluğu 1810 km olan TANAP kəməri ilə Azərbaycan təbii qazının nəzərdə tutulduğu kimi, 2018-ci ilin iyun ayında Türkiyəyə çatdırılması tamamilə realdır: "Çünki TANAP layihəsi çərçivəsində işlərin 80 faizindən çoxu icra edilib".
O bildirib ki, 2020-ci ildə kəmərin buraxılış gücü ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq:
"İlkin mərhələdə 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya veriləcək".
SOCAR-ın I vitse prezidenti əlavə edib ki, uzunluğu 870 km olan Transadriatik kəmərinin (TAP) Yunanıstan və Albaniya hissələrində də intensiv iş gedir: "Azərbaycan qazının bu kəmərlə Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır. İlkin mərhələdə Avropaya ildə 10 milyard kubmetr qazın nəql edilməsi, daha sonra bunun iki dəfə artırılması nəzərdə tutulur".

Paylaş:
Baxılıb: 177 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31