Ana səhifə »  Qəzetin pdf formatı »  Seymur Səfərli: Prezidentin Sərəncamı ölkəmizdə çayçılıq ənənələrinin bərpasına şərait yaradacaq
A+   Yenilə  A-
Seymur Səfərli: Prezidentin Sərəncamı ölkəmizdə çayçılıq ənənələrinin bərpasına şərait yaradacaq

Prezident İlham Əliyevin çayçılığa diqqət və qayğısı, həmçinin “Azərbaycan Respublikasında sitrus meyvələrinin, çay və çəltik istehsalının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamında qeyd edilən məsələlərin qısa zamanda həlli ölkəmizdə çayçılıq ənənələrinin bərpasına şərait yaradacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdir müavini Seymur Səfərli bildirib.
1988-ci ildə Azərbaycanda 34,5 min ton çay istehsal olunub və bu, ölkə tarixində maksimum göstəricidir
 Respublikamızda çayçılığın inkişaf perspektivlərindən danışan mütəxəssis qeyd edib ki, çayçılıq Azərbaycanda ənənəvi və gəlirli sahələrdən biridir. 1970-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində Azərbaycanda subtropik bitkiçiliyin, o cümlədən çayçılığın sənaye miqyasında inkişafı başlamışdı. Həmin dövrdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda çay istehsalı 1980-ci ildən başlayaraq inkişaf etdi, 1988-ci ildə isə maksimum səviyyəyə çatdı. O vaxt bu göstərici 34,5 min ton, çay plantasiyalarının sahəsi isə 13,2 min hektar olub. Çay əkinlərinin maksimum sahəsi isə 1985-ci ilə təsadüf edir – 13,4 min hektar.
Vaxtilə 300 milyon əhalisi olan SSRİ-nin çaya tələbatının 8-10 faizinin Azərbaycan çayı hesabına ödənildiyini xatırladan S.Səfərli bildirib ki, sovet dövründə Azərbaycanın cənub bölgəsində çay emalı ilə məşğul olan 10-dan çox fabrik fəaliyyət göstərirdi. Eyni zamanda, Bakıda və Lənkəranda çay qablaşdıran iki nəhəng fabrik var idi ki, bu müəssisələrdə də minlərlə işçi çalışırdı.
“Təəssüflər olsun ki, sonrakı dövrlərdə bazar iqtisadiyyatına keçid ərəfəsində çay becərilməsi və emalı ilə məşğul olan fermerlərin maddi-texniki və təşkilati cəhətdən üzləşdiyi çətinliklər bu sahənin tənəzzülü ilə nəticələndi”, - deyən nazirliyin rəsmisi qeyd edib ki, 2016-cı ildə respublikada çay əkinlərinin ümumi sahəsi 1016 hektar olub. Bu isə 1985-ci illə müqayisədə 13,1 dəfə azdır. Bununla belə, çayçılıq sahəsinin inkişafında müəyyən irəliləyişlər də var. Belə ki, 2016-cı ildə Astarada 7 hektar, Masallıda 3 hektar, Lənkəranda 2 hektar olmaqla, yeni çay plantasiyaları salınıb.
Prezidentin Sərəncamı çayçılığın inkişafında kompleks tədbirlər nəzərdə tutur
Çayçılığın ölkə iqtisadiyyatında rolunu nəzərə alaraq dövlət başçısı bu il sentyabrın 12-də “Azərbaycan Respublikasında sitrus meyvələrinin, çay və çəltik istehsalının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu barədə danışan S.Səfərli Sərəncamda Kənd Təsərrüfatı Nazirliyinə də bir sıra tapşırıqların verildiyini vurğulayıb. Bu tapşırıqlara çayçılığın inkişafı ilə bağlı dövlət proqramının, çay plantasiyalarının genişləndirilməsini stimullaşdırmaq üçün sahibkarlara göstərilən dəstək mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən çay istehsalçılarına zəruri kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların lizinq yolu ilə icarəyə verilməsi və ya satılması, onlara texniki servis xidməti göstərilməsi kimi vəzifələr daxildir. Habelə dövlət büdcəsindən ayrılan vəsait hesabına alınan pestisidlərin, mineral gübrələrin, tinglərin güzəştli şərtlərlə satılması təmin ediləcək, çay bitkisinin tingçilik təsərrüfatlarının inkişafının dəstəklənməsi, çay istehsalı sahəsində fitosanitar, informasiya-məsləhət xidmətlərinin və kadr potensialının gücləndirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək.
Respublikada illik istehsal gücü 24,3 min ton olan 10 çay emalı müəssisəsi fəaliyyət göstərir
“Onu da bildirim ki, 2016-cı ildə yaşıl çay istehsalçılarına yanacaq və motor yağlarına 160700 manat subsidiya ayrılıb. 2008-ci ildən başlayaraq çayçılığın inkişafı ilə bağlı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 sahibkara 10,7 milyon manat güzəştli kredit, 100 hektar ərazidə müasir suvarma sistemlərinin tətbiqi ilə bir çayçılıq təsərrüfatının yaradılmasına 10 milyon manat vəsait verilib. Hazırda respublikada illik istehsal gücü 24,3 min ton olan 10 çay emalı müəssisəsi fəaliyyət göstərir”, - deyə bitkiçilik şöbəsinin müdir müavini əlavə edib.
Azərbaycan çayının ən böyük ixracatçısı Rusiyadır
 S.Səfərli çay ixracı barədə də məlumat verərək bildirib ki, 2016-cı ildə respublikamız ümumi dəyəri 6180 min dollar olan 1140 ton çay ixrac edib. Azərbaycan çayının ən böyük ixracatçısı Rusiyadır - 641 ton. Sonrakı yeri 310 tonla Gürcüstan tutur. Bundan başqa, Azərbaycan çayı “Made in Azerbaijan” brendi altında Almaniya, ABŞ, BƏƏ, İngiltərə, Əfqanıstan, İran, İsveç, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya, Qazaxıstan və Ukraynaya da ixrac olunur.

 
  • Oxunub:  1800  |  
  • Tarix:  19-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan uğurlu inkişafını bundan sonra da davam etdirəcək

15:01
24 Oktyabr
Elmar Məmmədyarov: Azərbaycan adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir
14:56
24 Oktyabr
Maksim Kuryaçiy: AŞPA-da Azərbaycan əleyhinə səs verən ukraynalı deputatlar müxalifət ritorikası üzrə ixtisaslaşanlardır
14:38
24 Oktyabr
TRT Haber kanalı Azərbaycanın dövlət müstəqilliyi barədə geniş reportaj yayımlayıb
14:07
24 Oktyabr
İspaniyanın “El Economista” portalı Azərbaycanda pambıqçılığın sürətli inkişafından yazır
14:00
24 Oktyabr
Türk mədəniyyəti Braziliyada təqdim olunub
13:53
24 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
13:48
24 Oktyabr
Eldar İbrahimov: Azərbaycan regionda əlverişli coğrafi mövqeyə və çoxşaxəli tranzit imkanlarına sahibdir
12:56
24 Oktyabr
Heydər Əliyev Fondunun dəvəti ilə Moskvanın uşaq evinin sakinləri Azərbaycanda olub
12:41
24 Oktyabr
24 oktyabr BMT günüdür
12:37
24 Oktyabr
Doktorantların və gənc tədqiqatçıların XXI respublika elmi konfransına 400-dək tezis təqdim olunub
11:19
24 Oktyabr
“The Jerusalem Post”: ASAN - Azərbaycanın dövlət xidmətlərinin “Disney dünyası”
11:13
24 Oktyabr
İndiyədək Azərbaycan iqtisadiyyatına 233,5 milyard dollar investisiya qoyulub
10:48
24 Oktyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
10:47
24 Oktyabr
Çexiya Senatının sədr müavini: Aİ-Azərbaycan strateji tərəfdaşlıq sazişi hər iki tərəf üçün yeni imkanlar açacaq
10:39
24 Oktyabr
Azərbaycan yeni gəmilərin inşası ilə bağlı Avstraliyaya sifariş verməyi planlaşdırır
10:29
24 Oktyabr
Amanda Pol: Cənubi Qafqaz dünyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir
10:27
24 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub
20:45
23 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti Heydər Əliyev Mərkəzi ilə tanış olub
20:21
23 Oktyabr
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ermənistanın təxribatları barədə məlumatlandırılıb
20:09
23 Oktyabr
Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib
19:54
23 Oktyabr
“AMEA Yüksək Texnologiyalar Parkı” birillik fəaliyyətinə dair hesabat verib
19:32
23 Oktyabr
Azərbaycanın D-8 Zirvə görüşündə iştirakı ölkəmizin Türkiyə ilə qardaşlığının bariz göstəricisidir
18:49
23 Oktyabr
Rocer Nkodo Danq: Pan-Afrika Parlamenti Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır
18:13
23 Oktyabr
Azərbaycan Dillər Universitetinin “Səfir saatı”nda Qulam İshaqzai tələbələrə mühazirə oxuyub
17:51
23 Oktyabr
Koreyanın Azərbaycandakı səfirliyi Uşaq-Gənclər İnkişaf Mərkəzinə milli geyimlər hədiyyə edib
17:29
23 Oktyabr
Azərbaycan Prezidentinin köməkçisi: Avropa Şurası Parlament Assambleyasında da, Avropada da heç kim Azərbaycanın Avropa Şurasından çıxmasını istəmir
17:27
23 Oktyabr
Famil Mustafayev: Peşə təhsili iqtisadiyyatın və əmək bazarının dəyişən tələblərinə cavab vermək üçün ölkəmizdə prioritet sahə elan edilib
17:24
23 Oktyabr
Livanın Milli Xəbər Agentliyi Bakıda keçrilən şopinq festivalından yazır
17:03
23 Oktyabr
Otto Hauser: Bakı Şopinq festivalı çox uğurlu layihədir
16:49
23 Oktyabr
Bakı Şopinq Festivalı İƏT dövlətlərinin Xəbər Agentlikləri Birliyinin diqqət mərkəzində
16:28
23 Oktyabr
Sahil Babayev: Azərbaycanda qeyri-neft ixracının genişləndirilməsi istiqamətində vacib addımlar atılır
16:24
23 Oktyabr
Dünya birinciliyində tarix yazan gənc cüdoçularımız Vətənə qayıdıblar
16:10
23 Oktyabr
Misir qəzeti Bakı Şopinq Festivalından yazıb
15:59
23 Oktyabr
Azərbaycan Standartlaşdırma İnstitutu və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının Standartlaşdırma Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
15:21
23 Oktyabr
Novruz Məmmədov: Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı beynəlxalq ictimaiyyətə ünvanlanan bir mesaj idi
15:04
23 Oktyabr
Azərbaycan Brüsseldə separatizmlə bagli beynəlxalq forum keçirəcək
14:55
23 Oktyabr
Kersti Kiviryuyut: Azərbaycan mənim romanımı məşhurlaşdırıb
14:37
23 Oktyabr
Prezidentin köməkçisi: "Hazırda separatizmlə üzləşən ölkələrə vaxtında deyirdik ki, separatizmə qarşı mövqe bildirin
14:32
23 Oktyabr
Daşkənddə Azərbaycan xalçalarından ibarət sərgi açılıb
14:23
23 Oktyabr
Novruz Məmmədov: Həmsədrlərə əvvəlcə söz verib sonra başqa addım atan prezident barədə nə düşünürlər?!
14:16
23 Oktyabr
Çexiya Senatının sədr müavini ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:11
23 Oktyabr
YAP-ın yaranmasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlər Pirallahıda da uğurla davam etdirilir
14:04
23 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti ADA Universiteti ilə tanış olub
14:00
23 Oktyabr
Yirji Şestak: Çexiya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir
13:56
23 Oktyabr
Elşən Musayev: Avropada bəzi dairələrin fərdi marağı qlobal maraqlardan daha üstündür
12:52
23 Oktyabr
TRT HABER erməni terrorizminin dəhşətli nəticələri ilə bağlı veriliş yayımlayıb
12:45
23 Oktyabr
Müdafiə Nazirliyi: Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır
12:21
23 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti 3 saylı “ASAN xidmət” mərkəzində olub
12:09
23 Oktyabr
Bakıda “Hüseyn Cavid və müasir gənclik” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
12:04
23 Oktyabr
Heydər Əliyev Fondu şəkərli diabetə qarşı mübarizədə növbəti layihənin həyata keçirilməsinə başlayıb
11:44
23 Oktyabr
Sədaqət Vəliyeva: Azərbaycanın beynəlxalq nüfuzu və əhəmiyyəti hər gün artmaqdadır
11:34
23 Oktyabr
Akademik Akif Əlizadə: Azərbaycanın seysmik vəziyyəti, zəlzələ ocaqları tam öyrənilib
11:33
23 Oktyabr
Dövlət qulluqçuları ilk mühazirələrini Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində dinləyiblər
11:05
23 Oktyabr
Bakıda seysmik dalğa məlumatlarının idarəetmə vasitələri ilə bağlı müzakirələr aparılır
11:03
23 Oktyabr
Elmar Məmmədyarov ATƏT-in İtaliyada təşkil etdiyi konfransda çıxış edecək
10:18
23 Oktyabr
Ermənistan silahlı bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 132 dəfə pozub
10:16
23 Oktyabr
Azər Badamov: Prezident İlham Əliyevin D-8 sammitində iştirakı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir
09:57
23 Oktyabr
Buxara şəhəri ilə tanışlıq azərbaycanlı qonaqlarda xoş təəssürat yaradıb
09:52
23 Oktyabr
Kubanın “EcuRed” internet ensiklopediyasına “Qarabağ” futbol klubu haqda məqalə əlavə edilib
09:37
23 Oktyabr
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana gəlib
17:53
21 Oktyabr
Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir
17:45
21 Oktyabr
RAGB Soçidə keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında iştirak edir
17:32
21 Oktyabr
YAP Nəsimi rayon təşkilatında veteran qadınlarla görüş keçirilib
15:43
21 Oktyabr
İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib
15:40
21 Oktyabr
“The Jerusalem Post”: “Ermənistan-Azərbaycan danışıqları: bu yol sülhə, yoxsa müharibəyə aparır?”
15:00
21 Oktyabr
Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib
13:52
21 Oktyabr
Jalə Əliyeva: Bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi yanaşır
13:36
21 Oktyabr
Düşmən təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar qoşunlara tapşırıq verilib
13:33
21 Oktyabr
Akif Əlizadə: Azərbaycanda milli mənəvi dəyərlərə dərin ehtiram bəslənilir
13:30
21 Oktyabr
Misirli diplomat: Bakı Şopinq Festivalının gedişində alış- veriş mərkəzlərinə böyük axın var

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+16 +18
gecə+11 +15