/ / Ağdamda Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib
Ağdamda Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib
12.09.2017 [15:50]
Bu gün Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu keçirilib.
Forum Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilib.
Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, qədim Azərbaycan torpağı olan Qarabağda bu görüşün keçirilməsi təsadüfi deyil: “Bu gün hər bir azərbaycanlının qəlbi Qarabağla döyünür, hər bir azərbaycanlının düşüncəsi Qarabağla bağlıdır, hər bir fəaliyyət Qarabağın tezliklə azad olunmasına istiqamətlənib. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bizi tezliklə qələbə çalaraq Qarabağımızı qaytaracağımıza əmin edir. Düşmən və onun havadarları artıq gözəl bilirlər ki, cənab Prezidentin qətiyyətli səyləri nəticəsində torpaqlarımızı qaytaracağımız gün uzaqda deyil və buna görə də onlar çox təşvişə düşüblər, müxtəlif yollarla bizə təsir etmək istəyirlər. Amma onlar bilirlər ki, Azərbaycan vətəndaşı öz Prezidentinə inanır və ona arxalanır, cənab Prezident ətrafında sıx birləşib və onun istənilən göstərişini dərhal əməl eməyə hazırdır. Bu xüsusda gənclərin rolu çox önəmlidir”.
Daha sonra çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev bildirib ki, Azərbaycan Prezidentinin qətiyyəli siyasəti nəticəsində bu tədbir Şuşada, Xankəndində də keçiriləcək:
"Məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ağır illərində xalqın tələbi ilə hakimiyyətə qayıdışı və qısa müddətdə gördüyü işlər Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılacağına ümidləri artırdı".
O bildirib ki, Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir. Cənab Prezident İlham Əliyevin düşünülçüş siyasəti nəticəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sisetmində etibarlı tərəfdaş kimi tanınır”.
İ.Musayev vurğulayıb ki, aprel döyüşləri xalqın orduya inamını daha da artırdı və Azərbaycan düşmənə öz gücünü göstərdi.
Forumda çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, gənclik hər zaman Azərbaycan dövləti üçün önəmli amil olub: "Gənclər hər zaman yenilikçi olur və ən əsası da hər bir gənc öz ölkəsinin müdafiəçisidir. Hər hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əgər ölkəmizi müdafiə etməyi bacarmasaq, öz dövlət təhlükəsizliyimizi təmin etməsək, Vətənimiz olmasa, düşünürəm ki, digər fəaliyyətlərimiz sıfıra bərabər olar. Dünyada baş verən hadisələr bunu bir daha sübut edir”.
İ.Babayev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev gənclər siyasətinə xüsusi diqqət yetirirdi: “Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə də bu ənənə davam edir. Bu gün qarşımızda yeni vəzifələr durur”.
Digər çıxışçılar da Azərbaycanda gənclər siyasəti, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi haqqında danışıblar.
Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 Aprel 14:22
Sosial
20 Aprel 14:19
Xəbər lenti
20 Aprel 14:14
Siyasət
20 Aprel 13:18
Xəbər lenti
20 Aprel 13:15
Xəbər lenti
20 Aprel 12:54
Xəbər lenti
20 Aprel 12:24
Dünya
20 Aprel 12:22
Mədəniyyət
20 Aprel 11:50
Maraqlı
20 Aprel 11:40
Ədəbiyyat
20 Aprel 11:30
Xəbər lenti
20 Aprel 11:20
Analitik
20 Aprel 11:10
Siyasət
20 Aprel 11:00
Xəbər lenti
20 Aprel 10:55
MEDİA
20 Aprel 10:50
Siyasət
20 Aprel 10:45
Xarici siyasət
20 Aprel 10:40
Siyasət
20 Aprel 10:35
İqtisadiyyat
20 Aprel 10:30
Siyasət
20 Aprel 10:20
Gündəm
20 Aprel 10:10
Siyasət
20 Aprel 10:00
Xəbər lenti
20 Aprel 09:50
Xəbər lenti
20 Aprel 09:48
Xəbər lenti
20 Aprel 09:45
Xəbər lenti
19 Aprel 21:21
Xəbər lenti
19 Aprel 20:54
Dünya
19 Aprel 20:00
Xəbər lenti
19 Aprel 17:58
YAP xəbərləri
19 Aprel 17:44
Xəbər lenti
19 Aprel 17:38
Siyasət
19 Aprel 17:35
Xəbər lenti
19 Aprel 17:33
Gündəm
19 Aprel 17:29
Xəbər lenti
19 Aprel 17:10
Xəbər lenti
19 Aprel 16:45
Xəbər lenti
19 Aprel 16:25
Xəbər lenti
19 Aprel 15:48
Xəbər lenti
19 Aprel 15:44
Siyasət
19 Aprel 15:41
Xəbər lenti
19 Aprel 15:19
Xəbər lenti
19 Aprel 15:00
Xəbər lenti
19 Aprel 14:44
Xəbər lenti
19 Aprel 14:12
Xəbər lenti
19 Aprel 13:43
Dünya
19 Aprel 13:42
Xəbər lenti
19 Aprel 13:38
Xəbər lenti
19 Aprel 13:37
Xəbər lenti
19 Aprel 13:36
Xəbər lenti
19 Aprel 12:35
Xəbər lenti
19 Aprel 12:23
Dünya
19 Aprel 12:21
Xəbər lenti
19 Aprel 12:20
Xəbər lenti
19 Aprel 12:19
Xəbər lenti
19 Aprel 12:06
Xəbər lenti
19 Aprel 11:36
Xəbər lenti
19 Aprel 11:30
Ədəbiyyat
19 Aprel 11:18
Xəbər lenti
19 Aprel 11:07
Sosial
19 Aprel 11:00
Xəbər lenti
19 Aprel 10:55
Maraqlı
19 Aprel 10:54
Sosial
19 Aprel 10:50
Mədəniyyət
19 Aprel 10:45
Sosial
19 Aprel 10:40
İqtisadiyyat
19 Aprel 10:35
İqtisadiyyat
19 Aprel 10:32
MEDİA
19 Aprel 10:30
Xəbər lenti
19 Aprel 10:29