Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanın müdafiə naziri İsraildə Azərbaycanın Milli Qəhrəmani Albert Aqarunovun ailəsi ilə görüşüb
A+   Yenilə  A-
Azərbaycanın müdafiə naziri İsraildə Azərbaycanın Milli Qəhrəmani Albert Aqarunovun ailəsi ilə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinə ilk rəsmi səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun ailəsi ilə, qəhrəmanın qardaşı Rantik Aqarunovla görüşüb.
AZƏRTAC xəbər verir ki, Zakir Həsənov görüşdə çıxış edib. Nazir deyib: “Albert Aqarunov iki qardaş xalqın əsl qəhrəmanıdır, biz onun rəşadətini və igidliyini heç vaxt unutmayacağıq. 1991-ci il oktyabrın9-da Azərbaycan Milli Ordusu yaradıldı və Albert könüllü olaraq bu orduda xidmət etməyə başladı. Albert Aqarunovun doğma Vətən torpağını necə fədakarcasına və qəhrəmanlıqla qorumasını xatırlayırıq. 1992-ci il ayın 8-də o, Şuşa ətrafında sonuncu döyüşə getdi. Az sonra Aqarunovun heyəti düşmənin ikinci tankını vurdu. Aqarunov mövqeyi dəyişərkən öz tankının düz qabağında həlak olmuş alay yoldaşlarının cəsədlərini gördü. Həmin anda o, nə özü haqqında fikirləşirdi, nə də bu addımın ona necə baha başa gələ biləcəyini düşünürdü. O yalnız Ermənistan tərəfindən başlanmış müharibənin qurbanları olan belə gənclər və öldürülmüş oğullarının heç olmasa cəsədlərini almaq istəyən analar haqqında fikirləşirdi. Albert həlak olanların yanına qədər qaçaraq onları döyüş meydanından çıxarmağa başladı və elə həmin anda özü erməni snayperinin gülləsinə tuş gəldi. Albert onu öz doğma oğlu kimi böyüdüb boya-başa çatdırmış Azərbaycanı çox sevirdi. 23 yaşlı Albert qısa, lakin şərəfli və igid həyat sürdü. Azərbaycanda onu sevirlər və xatirəsini həmişə ehtiramla yad edirlər. O, əsl qəhrəman, xalqımızın rəşadət nümunəsidir. Biz onun xatirəsini həmişə hörmətlə yad edəcəyik. Şəhidlərimizin qanı yerdə qalmayacaq”.
Azərbaycanın Milli Qəhrəmanının qardaşı Rantik Aqarunov Albert Aqarunovun xatirəsinə və onun ailəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib. Rantik Aqarunov deyib: “Mən hər il Albertin doğum günündə Bakıya gəlirəm və görürəm ki, Azərbaycan xalqı mənim qardaşımı unutmur. O, gənc nəsil üçün qürur obyekti və nümunə kimi qalır. Bu yaxınlarda Bakıda Albertin oxuduğu məktəbdə ona abidə qoyulub. Çox şadam ki, bu gün mənim qardaşım Azərbaycan ilə İsrail arasında dostluq və əməkdaşlıq rəmzlərindən biridir. Biz fəxr edirik ki, Azərbaycan xalqı və Azərbaycan ordusu Alberti unutmur. 2016-cı ilin aprel ayında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları nəticəsində başlanmış qısamüddətli müharibə dövründə biz Azərbaycan üçün çox həyəcan keçirirdik. Biz, əslən Azərbaycandan olanlar Azərbaycanın haqqı işini müdafiə etmək üçün batalyon yaradaraq könüllülər kimi orduya getməyə hazır idik, axı mənim qardaşımın məzarı bu ölkənin torpağındadır. Lakin biz Azərbaycan ordusunun erməni təxribatının qarşısını almaq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurmasının, separatçıları geri çəkilməyə məcbur edərək Azərbaycanın işğal olunmuş torpaqlarının bir hissəsini xilas etməsinin şahidi olduq. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və qüdrətli ordusu olan ölkədir. Bu ordu öz qüdrətini nümayiş etdirmək üçün həqiqət anını gözləyirdi və biz buna görə çox fəxr edirik!”
Görüşün iştirakçısı – İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Azərbaycanın müdafiə nazirinə Albert Aqarunovun ailəsi ilə görüşdüyünə görə təşəkkür edib və Azərbaycan müdafiə nazirinin İsrailə ilk rəsmi səfərinin tarixi əhəmiyyətini qeyd edib. İsrailli ekspert deyib: “Sizin bu səfəriniz bir daha nümayiş etdirir ki, iki dövlət arasında siyasi-diplomatik dialoq, bir sıra istiqamətlər üzrə əməkdaşlıq ən yüksək etimad səviyyəsindədir. İsrail dövləti 25 il bundan əvvəl Cənubi Qafqazda strateji seçim edib. Bu seçim Azərbaycana düşdü və bütün göstəricilər üzrə birmənalı olaraq düzgün seçimdir. Biz, əslən Azərbaycandan olan, hazırda İsraildə yaşayanlar ölkələrimizin strateji tərəfdaşlığı faktına görə qürur duyuruq. Heç kəs üçün gizli deyil ki, həm Azərbaycan, həm də İsrail mürəkkəb geosiyasi regionda yerləşir və bu iki dövlət arasında əməkdaşlıq qarşılıqlı faydalı olmaqla onun böyük gələcəyi var. İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağalıq Qarabağ münaqişəsini yalnız beynəlxalq hüquq normaları və dövlətlərin ərazi bütövlüyü prinsipi çərçivəsində tənzimləməyə çağırır. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməlidir. Bu, birmənalı şəkildə belədir və burada presedentlər yoxdur. Heç bir ölkə onun işğal olunmasına dözməyəcək və Azərbaycan da istisna deyil. Mənim fikrimcə, bu mürəkkəb geosiyasi şəraitdə Azərbaycanın ədalətli mövqeyinin Yaxın Şərqdə İsrail Dövləti kimi mühüm strateji tərəfdaş və güclü geosiyasi aktor tərəfindən dəstəklənməsi olduqca vacib və zəruridir. İsrail həmişə və hər yerdə Azərbaycanın yanında duracaq”.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  12-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi sahədə tarixi nailiyyətlər əldə edib

18:18
20 Aprel
“Bu fərman cəmiyyətin tələbinə, istəyinə hesablanmış bir addımdır” – Akif Nağı
18:17
20 Aprel
“Bu çox böyük işdir, alqışlayırıq” – Etimad Əsədov
18:14
20 Aprel
“Şəhid ailələri ilə bağlı fərman unikaldır” – Məlahət İbrahimqızı
17:57
20 Aprel
Rauf Əliyev: Ölkəmi zdəki quruculuq işləri hazırkı müasir inkişaf mərhələsinin reallıqlarıdır
17:53
20 Aprel
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Bakı Slavyan Universitetində təlim keçiblər
17:50
20 Aprel
Ənənəvi İslam dəyərlərinin təbliği yad dini-ideoloji təsirlərin qarşısının alınmasında mühüm rol oynayır
17:47
20 Aprel
Prezident İlham Əliyevin strateji konsepsiyasında xalqın intellektual potensialının reallaşdırılması və innovasiyalı modernləşmə xüsusi yer tutur
17:44
20 Aprel
Deputat: Radikal müxalifət xalqın etimadını qazanmaq əvəzinə xarici himayədarlar axtarmağa çalışdı
17:41
20 Aprel
ADA Universitetində 40-dan çox ölkənin milli mədəniyyət nümunələri sərgilənib
17:40
20 Aprel
Bəhruz Quliyev: İlham Əliyevin seçkilərdə inamlı qələbəsi xalqımızın son 15 ildə görülən işlərə verdiyi ən real qiymətdir
17:21
20 Aprel
Siyavuş Novruzov: Azərbaycan xalqı İlham Əliyevi Prezident seçməklə inkişafa, təhlükəsizliyə, tərəqqiyə səs verdi
17:16
20 Aprel
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti “Dünya MİREA-da” festivalında nümayiş etdirilib
17:01
20 Aprel
Muxtar respublikadakı muzeyləri 116 mindən çox tamaşaçı ziyarət edib
16:54
20 Aprel
Goranboyda infrastruktur və sosial-mədəni obyektlərin tikintisi genişlənib
16:47
20 Aprel
Qubadlı rayonu üzrə birinci rübdə görülən işlər müzakirə olunub
16:27
20 Aprel
Hikmət Babaoğlu: "Prezidentin fərmanı bundan sonra atılacaq addımların xəbərçisidir"
16:22
20 Aprel
Prezident İlham Əliyev paytaxta gətirilən yeni metro qatarlarında yaradılan şəraitlə tanış olub
16:19
20 Aprel
Estoniyada Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşması istiqamətində əldə etdiyi uğurlardan danışılıb
15:54
20 Aprel
Agentlik sədri: Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir
15:38
20 Aprel
Pakistanda keçirilən “International Rawal Expo 2018” beynəlxalq sərgisində Azərbaycan şirkəti də təmsil olunub
15:20
20 Aprel
Bahar Muradova: Prezidentin ölmüş və itkin düşmüş hərbçilərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır
15:17
20 Aprel
Səlim Müslümov İƏT baş katibinin müavini ilə görüşüb
15:11
20 Aprel
Parlamentin komitə iclasında ombudsmanın 2017-ci il üzrə illik məruzəsi barədə müzakirələr aparılıb
14:51
20 Aprel
Ziyafət Əsgərov: Son 15 ildə qazandığımız nailiyyətlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır
14:48
20 Aprel
Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarında Azərbaycan idmançılarının iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
14:45
20 Aprel
Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycan əsgərini daha da ruhlandırıb
14:43
20 Aprel
Jalə Əliyeva: Bölgələrimiz bütünlükdə Azərbaycanın nəhəng inkişafının aynasıdır
14:41
20 Aprel
Bakıda yeni kartinq mərkəzi istifadəyə verilib
14:39
20 Aprel
Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə investisiya qoyuluşunun həcmi açıqlanıb
14:36
20 Aprel
Türkiyənin “Daily Sabah” qəzetində ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları barədə məqalə dərc edilib
14:33
20 Aprel
Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazalar və ticarət evi açıla bilər
14:31
20 Aprel
Rövşən Rzayev: Ermənistanın gənc nəsli başa düşür ki, bu hakimiyyətlə gələcəyini qura bilməyəcək
14:27
20 Aprel
Azərbaycan “Cənub Qaz Dəhlizi” layihəsi üzrə maliyyə öhdəliklərinin 78 faizdən çoxunu icra edib
14:21
20 Aprel
Sədaqət Vəliyeva: Bu Fərman Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanmasının daha bir sübutudur
14:16
20 Aprel
Milli Məclis komitələrinin birgə iclasında 16 məsələyə baxılıb
14:10
20 Aprel
NATO generalı: Azərbaycan Alyansın etibarlı tərəfdaşıdır
13:01
20 Aprel
Azərbaycan nümayəndə heyəti MDB Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edir
12:37
20 Aprel
Sahibə Qafarova: Son 15 ildə Azərbaycanda müşahidə olunan dinamik inkişaf meyilləri mühüm əhəmiyyətə malikdir
12:32
20 Aprel
Sevinc Hüseynova: Dövlət başçısının imzaladığı fərman cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır
12:29
20 Aprel
Avropa azərbaycanlıları Ermənistanın təxribatları ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar
12:18
20 Aprel
Ombudsmanın 2017-ci il üzrə illik məruzəsi Milli Məclisdə dinləniləcək
12:15
20 Aprel
Romana Yerkoviç: Xorvatiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11:50
20 Aprel
Akademik Zərifə xanım Əliyeva ölkəmizdə oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verib
11:47
20 Aprel
«Armenianreport.com» :”Belarus və Qazaxıstan hələ də Azərbaycanı müdafiə edirlər”
11:45
20 Aprel
“Antimilli qüvvələrin, hətta ermənilər tərəfindən maliyyələşməsi faktları var”
11:42
20 Aprel
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
11:31
20 Aprel
Bakıda Birinci Türk Dünyası Ortopedik və Travmatoloji Konqres keçirilir
11:25
20 Aprel
Bu gün Ciddədə OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək
11:23
20 Aprel
AZƏRTAC-ın fotomüxbiri beynəlxalq müsabiqənin gümüş medalına layiq görülüb
11:20
20 Aprel
ADA Universitetində "Made in Azerbaijan" brendinin təşviqinə dair mühazirə dinlənilib
11:18
20 Aprel
Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi
11:17
20 Aprel
Kamran İmanov: Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını ifşa edir
11:16
20 Aprel
Bakıda IV Beynəlxalq Bariatrik-Metabolik Cərrahiyyə Konqresi öz işinə başlayıb
11:13
20 Aprel
Sarkisyanın 10 illik diktaturası ərzində Ermənistan olduqca çətin vəziyyətə düşüb
11:07
20 Aprel
Dəmir Yolları Əməkdaşlıq Təşkilatının baş direktorlar konfransının iclası keçirilib
11:04
20 Aprel
Tanınmış şairə Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb
10:59
20 Aprel
Vyetnamın VİTV kanalı: Prezident İlham Əliyevin seçkilərdə qələbəsi xalqın onun siyasətinə verdiyi qiymətin nəticəsidir
10:50
20 Aprel
Ermənistan silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:48
20 Aprel
Rusiya və Azərbaycan DİN-ləri mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı müzakirə ediblər
10:45
20 Aprel
Minskdə MDB İnformasiya Şurasının iclasında xəbərin doğruluğu və etibarlılığı məsələləri müzakirə olunub
10:44
20 Aprel
Vüqar Bayramov: “Azərbaycanda özəlləşdirmə pozitiv çoxtərəfli təsirlərə malikdir”
10:42
20 Aprel
Rob Sobhani: Azərbaycan sabit ölkə olaraq bundan sonra da etibarlı tərəfdaş kimi qəbul ediləcək
18:57
19 Aprel
“Azərbaycan reytinqlərdə bir çox inkişaf etmiş ölkələrini geridə qoyur” – Fikrət Yusifov
18:56
19 Aprel
“Ermənistan cəmiyyətində Sarkisyan hakimiyyətinə nifrət böyükdür” – Elçin Mirzəbəyli
18:48
19 Aprel
Şəhid və itkin düşənlərin vərəsələri kimlər sayılır –EKSPERT RƏYİ
18:46
19 Aprel
“Prezidentin bu fərmanı bizi çox sevindirdi” – Qarabağ qazisi
18:09
19 Aprel
Səlim Müslümov: Fərmana əsasən birdəfəlik ödəmələr hərbi qulluqçuların vərəsəlik hüququ olan ailə üzvlərinə veriləcək
18:08
19 Aprel
Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
18:04
19 Aprel
YAP Nəsimi rayon təşkilatının fəalları 5 nömrəli respublika xüsusi internat məktəbini ziyarət ediblər
18:03
19 Aprel
Sevinc Fətəliyeva: Gələcəkdə Azərbaycanı daha böyük nailiyyətlər gözləyir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+14 +18
gecə+7 +10