Ana səhifə »  Qəzetin pdf formatı »  ATƏT PA-nın sədri Azərbaycanda insan hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıb
A+   Yenilə  A-
ATƏT PA-nın sədri Azərbaycanda insan hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ATƏT Parlament Assambleyasının (PA) sədri xanım Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ombudsman aparatından AZƏRTAC-a bildiriblər ki, görüşdə müvəkkil Azərbaycanda 15 ildən artıqdır fəaliyyət göstərən Ombudsman təsisatının yaradılması, mandatı, insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, bu sahədə dövlət qurumları və vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri haqqında geniş məlumat verib.
E.Süleymanova Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edildiyi, proqramın icrasının əlaqələndirilməsi üzrə İşçi Qrupun rəhbəri kimi müvəkkilin təyin olunduğu barədə məlumat verib. Qeyd edilib ki, ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşlərində də sənəd üzv dövlətlərin nümayəndələri arasında paylanılıb və maraqla qarşılanıb.
Diqqətə çatdırılıb ki, fəaliyyət dövrü ərzində ombudsman müxtəlif müvafiq qurumlara 600-dək təklif ünvanlayıb və bunların 60 faizdən çoxu təmin olunub və ya icraya yönəldilib.
E.Süleymanova Azərbaycanın Dağlıq Qarabağ ərazisinin, eləcə də yeddi ətraf rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, ölkəmizin ərazisinin 20 faizinin zəbt olunduğunu, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, onların hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu bildirib. Son günlər cəbhə bölgəsində baş verən hadisələr, təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən mülki azərbaycanlı əhalinin, o cümlədən uşaqların və qadınların ağır artilleriyadan və iriçaplı silahlardan atəşə tutularaq öldürülməsi və ağır yaralanması, erməni hərbçiləri tərəfindən mülki və sosial obyektlərin atəşə tutulması və dağıdılması barədə qonaqlara ətraflı məlumat verilib. Azərbaycanın mülki əhalisinin ermənilər tərəfindən atəşə tutulması faktının beynəlxalq sənədlərə zidd olması, beynəlxalq qurumların nəticəsiz fəaliyyətinin və hərəkətsizliyinin cəzasızlıq mühiti yaratdığı və münaqişənin həllinə yardımçı olmadığı diqqətə çatdırılıb. Müvəkkil artıq 25 ildir ki, fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətinin nəticəsiz olduğunu nəzərə alaraq yeni mexanizmlərin işlənib hazırlanmasının məqsədəmüvafiq olduğunu qeyd edib.
ATƏT PA-nın sədri Azərbaycan ombudsmanının fəaliyyətinin önəmini vurğulayıb. Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan qonaq bu istiqamətdə insanlararası dialoq formatının daha səmərəli olacağını deyib, hər iki ölkənin vətəndaşlarının bir araya gətirilməsinin və dialoq mühitinin yaradılmasının əhəmiyyətini qeyd edib, ATƏT Parlament Assambleyasının bu məsələdə kömək etməyə hazır olduğunu bildirib.
Xanım Kristin Muttonen insan hüquqlarının çox geniş bir sahə olduğunu söyləyib, müvəkkilin bu sahədə fəaliyyətini, xüsusilə Ombudsman təsisatı tərəfindən hazırlanan hüquqi nəşrləri, əhalinin müxtəlif qrupları arasında aparılan maarifləndirmə tədbirlərini, o cümlədən uşaq hüquqlarının pilləli tədris proqramını yüksək qiymətləndirib, sözügedən istiqamətdə Azərbaycan ombudsmanı ilə Kopenhagen Ofisi arasında əməkdaşlığın və təcrübə mübadiləsinin çox faydalı olacağını qeyd edib.

 
  • Oxunub:  3210  |  
  • Tarix:  11-09-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz

18:19
17 İyul
Pakistanlı iş adamları Azərbaycanla fəal əməkdaşlığa dəvət ediliblər
18:17
17 İyul
Aynur Camalqızı: Hər bir ölkə vətəndaşı, o cümlədən media nümayəndələri bu cür təxribatları yaymağa cəhd göstərənlərə qarşı sərt mövqe sərgiləməlidir
18:01
17 İyul
Allahşükür Paşazadə: Gəncə hadisələrinin İslamla heç bir əlaqəsi yoxdur
18:00
17 İyul
Vüqar Rəhimzadə: Dövlət müstəqil medianın inkişafında maraqlıdır və bunun üçün lazım olan bütün addımları atır
17:56
17 İyul
Rauf Zeyni: Terror və təxribat vasitəsilə ölkəmizdəki sabitliyi pozmağa çalışanlar ən sərt şəkildə cəzalandırılmalıdır
17:50
17 İyul
Gənclər Təşkilatları Milli Şurasının XV Hesabat-Seçki Qurultayı keçiriləcək
17:25
17 İyul
MM-in deputatı: Ölkəmiz Avropa İttifaqı üçün etibarlı, strateji tərəfdaşdır
17:20
17 İyul
Elman Nəsirov: Terrorçuluqa qarşı mübarizədə qlobal birlik nümayiş olunmalıdır
17:16
17 İyul
Məcburi köçkünlərlə növbəti görüş olub
17:10
17 İyul
Konfrans iştirakçılarının türk mədəniyyəti ilə tanışlığı
17:00
17 İyul
Rusiyanın informasiya agentliyi Leyla Əliyevanın kitabı haqqında yazıb
16:56
17 İyul
Binəqədi rayonunda qəzalı binada məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib
16:54
17 İyul
Bilik Fondu tibbi maarifləndirmə istiqamətində tədbirləri davam etdirir
16:50
17 İyul
MM-in deputatı: Sabitlik, inkişaf, tolerantlıq müstəqil ölkəmizin ən böyük sərvətidir
16:26
17 İyul
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16:22
17 İyul
The Boston Consulting Group Bakı şəhərinin Baş Planının hazırlanması prosesində iştirak edəcək
16:15
17 İyul
Mübariz Qurbanlı: Gəncə ssenarisini həyata keçirmək istəyənlər tam iflasa uğradılar
16:13
17 İyul
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
15:42
17 İyul
Hikmət Babaoğlu: “Prezident milli mətbuatımızın böyük dostu, qayğıkeşi və hamisidir”
15:19
17 İyul
Beynəlxalq donor təşkilatları ilə görüşdə yol xəritəsi üzrə fikir mübadiləsi aparılıb
15:02
17 İyul
Barselonada Avropa Azərbaycanlılar Konqresi İdarə Heyətinin iclası keçirilib
14:51
17 İyul
Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib
14:46
17 İyul
Gəncə hadisələri ilə bağlı daha dörd nəfər həbs olundu
14:26
17 İyul
Strateji Yol Xəritəsinin ötən il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icrası tamamlanıb
14:15
17 İyul
Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir
14:09
17 İyul
Hesablama Palatası Polşa Audit İdarəsinin səmərəlilik auditi sahəsində təcrübəsini öyrənir
14:08
17 İyul
Neft Fondu bu vaxtadək qaçqın və məcburi köçkünlərlə bağlı tədbirlərə 2,2 milyard manat ayırıb
14:03
17 İyul
Türkiyədə azərbaycanlı tələbələrin birliyi yaradılıb
14:01
17 İyul
İtaliya mətbuatı Ermənistanın həmvətənlərimiz Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hüquqlarını pozmasından yazır
12:51
17 İyul
Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb
12:22
17 İyul
Ağır atletika üzrə Avropa birinciliyi üçün millimizin heyəti açıqlanıb
12:13
17 İyul
Nizami Cəfərov: Gəncə hadisələri zamanı xalqımız həmrəylik və qətiyyətli mövqe nümayiş etdirərək öz dövlətinin yanında oldu
12:11
17 İyul
Ağacan Abiyev: Bir daha sübuta yetirildi ki, heç bir qüvvənin ölkəmizdəki sabitliyi pozmaq və müxtəlif qanlı ssenarilər reallaşdırmaq istəyi baş tutmayacaq
12:04
17 İyul
Dövlət Neft Fondunun investisiya portfelinin 50,1 faizini dollar, 33,6 faizini isə avro təşkil edir
11:31
17 İyul
Azərbaycan və Rumıniya diasporlarının birgə əməkdaşlığını, lobbiçilik fəaliyyətini əks etdirən memorandum imzalanıb
11:28
17 İyul
Səfir: Qəzvin-Rəşt-Astara dəmir yolu istifadəyə verildikdən sonra İran-Azərbaycan ticarət dövriyyəsi 2 milyard dollara çatacaq
11:21
17 İyul
“Proqres”–“Qəbələ” komandalarının oyununu şimali irlandiyalı hakimlər briqadası idarə edəcək
11:14
17 İyul
Azərbaycana gələn turistlərin sayı 10%-dən çox artıb
11:09
17 İyul
Masallıda gənclərin ziyalılarla görüşləri təşkil edilib
10:42
17 İyul
İlham Quliyev: Xaricdən maliyyələşən informasiya resursları, xaricdən idarə olunan saytlar daha ciddi şəkildə nəzarətə götürülməlidir
10:41
17 İyul
İlham İsmayılov: Xarici anti-azərbaycançı dairələrin sifarişini yerinə yetirən təxribatçı qruplara qarşı ən sərt tədbirlər görülməlidir
09:38
17 İyul
Ekologiya və təbii sərvətlər naziri XII Bakı Yay Enerji Məktəbində çıxış edib
09:36
17 İyul
Ermənistan silahlı qüvvələri atəşkəsi 103 dəfə pozub
23:10
16 İyul
Brüssel sammiti Azərbaycanın uğurlu xarici siyasətinin real nəticələrini əks etdirdi
23:04
16 İyul
Prezident İlham Əliyev: Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz
23:03
16 İyul
Mahir Abbaszadə: Azərbaycan vətəndaşları dövlətin yanındadır və sabitliyi pozmaq istəyən qüvvələrə qarşı hər zaman öz sözünü deməyə hazırdır
20:25
16 İyul
Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımı ayrılıb
20:23
16 İyul
Dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
20:21
16 İyul
Azərbaycanlı skautlar Belarusda keçirilən IV Avrasiya regional yığıncağında iştirak ediblər
20:15
16 İyul
Azərbaycanda Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi yaradılıb
20:12
16 İyul
Mətbuat Şurasının İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib
19:40
16 İyul
Sergey Lavrov: Rusiya və ABŞ prezidentləri arasında danışıqlar gözlənildiyindən də yaxşı keçdi
19:00
16 İyul
Hikmət Babaoğlu: "Mediadan bu işdə ayıqlıq tələb olunur"
17:56
16 İyul
Qəri Counz: Ceyhandan neftin 3 milyardıncı barrelinin nəqli BTC-nin əldə etdiyi əlamətdar nailiyyətdir
17:32
16 İyul
Fərrux Haqverdiyev: “Təxribat cəhdlərinin qarşısının alınmasında hər zaman dövlətimizin yanında olacağıq”
17:18
16 İyul
Əflatun Amaşov: Müasir dövr Azərbaycan mətbuatı inkişafa, yeniliyə can atan monolit komandadır
16:58
16 İyul
Mədəniyyət Naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
16:40
16 İyul
Bu ilin birinci yarısında Samux rayonu iqtisadiyyatının bütün sahələrində artım dinamikası davam edib
16:32
16 İyul
Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub
16:29
16 İyul
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Baş Prokurorluğunun birgə məlumatı
16:25
16 İyul
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib
15:55
16 İyul
Mahir Abbaszadə: Azərbaycan vətəndaşları dövlətin yanındadır və sabitliyi pozmaq istəyən qüvvələrə qarşı hər zaman öz sözünü deməyə hazırdır
15:52
16 İyul
Azay Quliyev: Ermənilər Gəncə hadisələrinə özlərinin sanki nicat yolu kimi baxırdılar
15:49
16 İyul
Rusiya-Azərbaycan dostluğunun gələcəyini gənclər müəyyən edir
15:48
16 İyul
Dünyəvi dövlətin sarsılmazlığı Gəncə hadisələrinin sifarişçiləri üçün ən ağır cəzadır
15:19
16 İyul
Mərkəzi və Şərqi Avropa dövlətləri parlament rəhbərlərinin Zirvə toplantısı keçirilib
14:48
16 İyul
Brenda Şaffer: TANAP layihəsi təkcə Azərbaycan üçün deyil, dünya üçün böyük nailiyyətdir
14:46
16 İyul
“Prezidentin ilk 100 günü” adlı tədbir keçirilib
14:28
16 İyul
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub
14:12
16 İyul
ƏƏSMN və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İB arasında özünüməşğulluq sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA