Ana səhifə »  Qəzetin pdf formatı »  Prezident İlham Əliyev: Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq
A+   Yenilə  A-
Prezident İlham Əliyev: Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq

Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq.
Trend-in məlumatına görə, bunu avqustun 20-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edən Prezident İlham Əliyev xalçaçılarla görüşündə deyib.
Dövlətimizin başçısı xalçaçıları xalça fabrikinin açılışı münasibətilə təbrik edib: “Çox gözəl hadisədir. Bu, artıq ikinci xalça fabrikidir ki, Azərbaycanda açılır. Birinci fabriki biz keçən il Füzuli rayonunun Horadiz şəhərində açmışıq. Orada 150 iş yeri yaradılmışdır. Burada da 150 nəfər işlə təmin olunacaq. Burada işləyənlərin demək olar ki, hamısı qadınlardır. Bu xalça fabriklərinin yaradılması çox əlamətdar hadisədir.
Bir müddət bundan əvvəl mənim sərəncamımla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin qarşısında vəzifə qoyulmuşdur ki, tezliklə ölkəmizin bütün bölgələrində xalça fabrikləri yaradılsın. Bu il 10 fabrik, gələn il də 10, 2019-cu ildə də əlavə 10 fabrik yaradılacaq”.
İlham Əliyev, beləliklə, Azərbaycanda xalça fabriklərinin sayının 30-a çatacağını bildirib: “Bu fabriklərdə 5 mindən çox insan, - onların mütləq əksəriyyəti qadınlar olacaq, - daimi işlə təmin ediləcək. Bu, çox gözəl təşəbbüsdür. Çünki xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Əsrlər boyu biz bu sənəti yaşadırıq. Biz haqlı olaraq hesab edirik ki, xalçaçılıq bizim milli sənətimizdir. Azərbaycan xalçaçılığın vətənidir. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir. Ölkəmizin müxtəlif bölgələrində xalçalılıq məktəbi mövcuddur və sizin kimi gözəl insanlar bu sənəti yaşadırsınız”.
Prezident vurğulayıb ki, bizim xalçalarımız dünyanın aparıcı muzeylərində, müxtəlif ölkələrin saraylarında nümayiş etdirilir: “Bakıda möhtəşəm Xalça Muzeyi yaradılmışdır. İndi xalçaçılıq sənətinin inkişafı ilə bağlı tədbirlər də görülür və bu fabriklərin yaradılması bunun bir hissəsidir. Çünki bu, həm iş yerləridir, həm biz tarixi sənətimizi, sərvətimizi qorumuş oluruq, həm də qadınlar üçün iş yerləri yaradılır. Bu da çox vacibdir ki, qadınlar işlə təmin olunsunlar, ailə büdcəsinə öz töhfəsini versinlər və işlə məşğul olsunlar, xüsusilə belə gözəl şəraitdə”.
Dövlət başçısı deyib ki, bu fabrik ən müasir standartlara cavab verir: “Burada ən gözəl dəzgahlar quraşdırılıb. Sizin istehsal etdiyiniz xalçalar həm daxili bazarlarda, həm də xaricdə satılacaq. Ölkəmizə daha çox valyuta gələcək, ölkəmiz və qədim xalçaçılıq sənətimiz dünyada nümayiş etdiriləcək. İndi bir çox ölkələrdə bilirlər ki, Azərbaycanda xalçaçılıqda çox gözəl ənənələr var və xarici bazarlara çıxmaqla biz bu məqsədi də təmin etmiş oluruq. Ölkəmizin təbliğatı, tanıdılması istiqamətində bunun çox böyük mənası var.
Növbəti mərhələlərdə əyirici-boya fabrikinin yaradılması nəzərdə tutulur ki, biz boyalarla bağlı xaricdən asılılığı azaldaq. Yun tədarükü məsələləri öz həllini tapır. Eyni zamanda, bilirsiniz ki, Azərbaycanda ipəkçilik də sürətlə inkişaf etdirilir. İpək xalçaların toxunması da gündəlikdədir. Yəni, “Azərxalça”nın yaradılması həm xalçaçılıq sənətinin qorunmasına, həm də qeyri-neft sektorunun inkişafına çox böyük təkan vermişdir”.
İlham Əliyev əlavə edib: “Şadam ki, ikinci fabrik Şəmkir rayonunda yaradılıb. Şəmkir qədim Azərbaycan diyarıdır. Bu gün Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən eksponatlar, fotoşəkillər bunu bir daha göstərir. Burada böyük arxeoloji ekspedisiya fəaliyyət göstərir və qədim Şəmkir şəhərinin tarixi tapıntıları artıq nümayiş etdirilir.
Şəmkirin inkişafına çox böyük diqqət göstərilir. Bu gün şəhər gözəlləşir, abadlaşır. Deyə bilərəm ki, Şəmkir ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Şəmkirdə həm abadlıq-quruculuq işləri, eyni zamanda, infrastruktur məsələləri həll olunur. Dörd il bundan əvvəl mənim iştirakımla şəhərin içməli su təminatı layihəsi istifadəyə verilmişdir. Bu gün 200 çarpayılıq böyük xəstəxananın tikintisi davam etdirilir, gələn il istifadəyə veriləcək. Yeni yollar salınır. Bu gün biz yol layihəsinin də açılışını etdik. Elektrik enerjisi ilə təminat yaxşılaşır, qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, 30-dan çox məktəb tikilib, təmir edilib. Yəni, rayonun hərtərəfli inkişafı təmin olunur".
Azərbaycan Prezidenti vurğulayıb ki, Şəmkir rayonunun çox böyük iqtisadi potensialı var: “Burada kənd təsərrüfatı, emal sənayesi inkişaf edir. Şəmkirçay su anbarının istifadəyə verilməsi nəticəsində on minlərlə hektar torpaqda əkin işləri aparılır. Ölkəmizin ən böyük aqroparkı yaradılır. Bu gün Logistika Mərkəzinin açılışı da nəzərdə tutulur. Belə gözəl fabrikin açılışı da Şəmkir rayonunun iqtisadiyyatına növbəti töhfədir. Mənim göstərişim “Azərxalça” tərəfindən layiqincə yerinə yetirilir. Qısa müddət ərzində biz ikinci fabrikin açılışına nail olduq. Bu iki fabrikdə 300 iş yeri yaradılmışdır və qeyd etdiyim kimi, bu iş yerlərinin sayı 5 minə çatacaq.
Sizə uğurlar arzulayıram. Arzu edirəm siz öz biliyinizi gənc nəslə də ötürəsiniz ki, Azərbaycanda xalçaçılıq sənəti daim yaşasın”.

 
  • Oxunub:  2580  |  
  • Tarix:  21-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir

11:03
20 Yanvar
Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir
11:00
20 Yanvar
Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
10:50
20 Yanvar
Əli Əhmədov: Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumunun icra etdiyi funksiyaları həyata keçirəcək
10:47
20 Yanvar
MSK sədri: "Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb"
10:42
20 Yanvar
20 Yanvar faciəsinə həsr olunan daha bir anım mərasimi Litvada keçirilib
10:36
20 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Təbrizdə anılıb
10:32
20 Yanvar
Malayziyada keçirilən anım tədbirində 20 Yanvar faciəsinin dəhşətlərindən danışılıb
10:29
20 Yanvar
Peterburqda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılır
10:24
20 Yanvar
20 Yanvar faciəsi qurbanlarının xatirəsi Vaşinqtonda da anılıb
10:22
20 Yanvar
Ankarada Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
10:18
20 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib
17:53
19 Yanvar
Azərbaycana müasir hərbi texnikaların yeni partiyası gətirilib
17:52
19 Yanvar
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək
17:43
19 Yanvar
YAP-ın yaranmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək” kampaniyası çərçivəsində partiyanın Ağdam rayon təşkilatı tərəfindən ağacəkmə aksiyası davam etdirilib
17:41
19 Yanvar
Hadi Rəcəbli: Azərbaycanda sosial infrastruktur quruculuğu uğurla davam edir
17:38
19 Yanvar
Kamilə Əliyeva: Peşə təhsilinin səviyyəsinin yüksəldilməsi gündəmdə olan əsas məsələlərdən biridir
17:25
19 Yanvar
İtaliyada 20 Yanvar faciəsi ilə bağlı anım mərasimi keçirilib
17:04
19 Yanvar
“Fitur-2018” beynəlxalq turizm sərgisində Ermənistanın planlaşdırdığı təxribatın qarşısı alınıb
17:01
19 Yanvar
Azərbaycanda Olimpiya hərəkatının təbliği uğurla davam etdirilir
16:57
19 Yanvar
Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak edəcək
16:50
19 Yanvar
Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə tədbirlər planı imzalayıb
16:42
19 Yanvar
20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq və şərəf günüdür
15:59
19 Yanvar
Nizami Cəfərov: İstiqlalımız uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi heykəli hər bir azərbaycanlının ürəyində ucalır
15:53
19 Yanvar
Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunan toplantı keçirilib
15:50
19 Yanvar
Çili radiosunun saytında 20 Yanvar faciəsi ilə bağlı geniş məqalə yayılıb
15:40
19 Yanvar
Bakıda dünya çempionatı Olimpiya tituluna namizədlərin adlarını açıqlayacaq
14:13
19 Yanvar
Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar elmi konfrans keçirilib
14:05
19 Yanvar
YAP İdarə Heyətinin iclası keçirilmişdir
12:54
19 Yanvar
Vergilər naziri ABŞ səfiri ilə görüşüb
12:53
19 Yanvar
20 Yanvar şəhidləri xalqımızın milli azadlığı və müstəqilliyi üçün yol açıblar
12:45
19 Yanvar
20 Yanvar şəhidlərinin adı Azərbaycan tarixinə əbədi həkk olunub
12:42
19 Yanvar
Azərbaycanın Belarusdakı səfirliyində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib
12:40
19 Yanvar
Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı verib
12:38
19 Yanvar
20 Yanvar faciəsinin ildönümü Vyetnamda da qeyd olunub
12:33
19 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
12:30
19 Yanvar
“The Washington Times”: Beş səbəbə görə Azərbaycana getmək mütləq lazımdır
12:11
19 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
12:04
19 Yanvar
20 Yanvar faciəsi ilə əlaqədar Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərində bayraqlar endiriləcək
11:53
19 Yanvar
“Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib
11:09
19 Yanvar
Dünya Turizm Təşkilatında sədrlik Azərbaycandan Argentinaya keçib
11:05
19 Yanvar
Seulda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub
10:58
19 Yanvar
Hikmət Babaoğlu: Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların intensivləşməsi Azərbaycanın dünyada nüfuzunun artması ilə bağlıdır
10:47
19 Yanvar
Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
10:45
19 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan özünün milli inkişaf modeli ilə digər dövlətlər üçün nümunədir
10:35
19 Yanvar
ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yayıblar
10:24
19 Yanvar
Özbəkistanın kun.uz portalı 20 Yanvar faciəsindən yazıb
10:23
19 Yanvar
Azərbaycan neftinin bir barreli 70,85 dollara satılır
10:16
19 Yanvar
Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:13
19 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 116 dəfə pozub
21:54
18 Yanvar
Elmar Məmmədyarov: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra kreativ fikirlər irəli sürüblər
21:16
18 Yanvar
Braziliya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub
20:28
18 Yanvar
20 Yanvar hadisəsi Azərbaycan xalqının azadlıq mübarizəsi salnaməsidir
20:03
18 Yanvar
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Avropa Olimpiya Komitəsinin iclasında iştirak edir
19:51
18 Yanvar
İtaliya mətbuatı: İtaliya 2017-ci ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub
19:46
18 Yanvar
YAP Səbail rayon təşkilatının üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
19:27
18 Yanvar
Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb
17:49
18 Yanvar
YAP-ın Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 20 Yanvar faciəsinin ildönümü münasibətilə qanvermə aksiyası keçirildi
17:46
18 Yanvar
MOK Olimpiya hərəkatının təbliğini uğurla davam etdirir
17:40
18 Yanvar
Statistika Komitəsində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb
16:54
18 Yanvar
Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələr barədə müzakirələr aparılıb
16:34
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü Azərbaycanın Gürcüstandakı səfirliyində qeyd olunub
16:30
18 Yanvar
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun görüşünün protokolu imzalanıb
15:21
18 Yanvar
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
14:51
18 Yanvar
Krakovda Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir
14:49
18 Yanvar
Son iki ayda dəmir yolu ilə 14 milyon tondan çox yük daşınıb
14:47
18 Yanvar
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14:27
18 Yanvar
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq tədbirləri yekunlaşıb
14:24
18 Yanvar
“Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək” mövzusunda tədbir keçirilib
14:22
18 Yanvar
Milli Kitabxanada 20 Yanvar hadisələri və Aprel döyüşləri ilə bağlı kitabın təqdimatı keçirilib
14:18
18 Yanvar
Builki Dünya İqtisadi Forumuna 70 ölkənin dövlət başçısı və Baş naziri qatılacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +8
gecə+2 +4