Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şabranda qısa müddətdə səyyar “ASAN qatar”ın xidmətindən 700-dən çox vətəndaş faydalanıb

Şabranda qısa müddətdə səyyar “ASAN qatar”ın xidmətindən 700-dən çox vətəndaş faydalanıb

21.08.2017 [13:51]

Səyyar “ASAN qatar”ın növbəti dayanacağı Şabran Dəmiryol Stansiyasıdır.
AZƏRTAC xəbər verir ki, avqustun 14-dən etibarən səyyar qrupa 700-dən artıq müraciət qeydə alınıb. Şabranla yanaşı, digər şimal rayonlarının sakinləri də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN qatar” xidmətindən yararlanmaq imkanı qazanıblar.
Xidmətlər 4 dövlət orqanı - Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunur.
Vətəndaşlar 15 gün ərzində notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, texniki pasportların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və başqa xidmətlərdən faydalana bilərlər.
Səyyar qrupun rəhbəri Elgiz Hüseynov bildirib ki, dövlətimizin başçısının tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş səyyar “ASAN qatar” konsepsiyası həyata keçirilir. Səyyar “ASAN qatar”lar ölkəmizdə geniş dəmir yolu şəbəkəsi, mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərməyi nəzərdə tutur.
Səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. Vətəndaşlar “ASAN qatar”a əsasən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportları, eləcə də digər xidmətlərlə yanaşı, “ASAN laboratoriya”da qan analizləri üçün müraciət edirlər. Qatara yaxınlaşan vətəndaş dinlənilir və aidiyyəti üzrə xidmət vaqonunda müraciəti təmin olunur.
Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar avqustun 28-dək Şabran Dəmiryol Stansiyasında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər.

Paylaş:
Baxılıb: 222 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30