Ana səhifə »  Qəzetin pdf formatı »  “Gədəbəy” elektrik yarımstansiyası işə salınıb
A+   Yenilə  A-
“Gədəbəy” elektrik yarımstansiyası işə salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarımstansiyada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Gədəbəy rayonuna indiyədək elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti ilə verilirdi. Bu isə rayonun ümumi inkişaf tempinə cavab vermirdi. Hətta bəzi obyektlərin, o cümlədən qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilirdi. Görülmüş işlər nəticəsində Gədəbəy rayonunda perspektiv tələbat da nəzərə alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasından əlavə 35/10 kV-luq “Gədəbəy” adlı digər bir yarımstansiya yenidən qurulub. İkidövrəli 110 kV-luq Zəyəm-Gədəbəy hava xətti çəkilib. 35/10 kV-luq “Gədəbəy” yarımstansiyasında 6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Görülən işlərin davamı olaraq 10 kV-luq İsalı və Göyəlli hava xətlərində istismara yararsız dirəklər yeni metal dirəklərlə əvəzlənib. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb.
Yeni yarımstansiyada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə elektroenergetikanın inkişafında xidmətlərinə həsr olunan fotostendlər yaradılıb.
Bildirildi ki, Gədəbəy rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, güc qıtlığının aradan qaldırılması, inkişafda olan sosial-iqtisadi infrastrukturun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün tikilən yeni “Gədəbəy” yarımstansiyası 21 min abonentə xidmət edir. Yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular inşa edilib. Bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlığı, elektron tipli avtomat rele mühafizəsi quraşdırılıb. Bu yarımstansiyanı qidalandırmaq üçün “Zəyəm” yarımstansiyasından 48 kilometr uzunluğunda 110 və 35 kV-luq birdövrəli hava xətləri çəkilib. Paralel olaraq Gədəbəy rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35 kV-luq “Gədəbəy-Saratovka” hava xətti tam yenidən qurulub. Ümumilikdə “Gədəbəy” yarımstansiyasından 35 kV-luq “Saratovka” və “Mədən”, həmçinin 10 kV-luq “Söyüdlü”, “Arıxdam”, “Ticarət mərkəzi” hava xətləri çəkilib. 10 kV-luq hava xətləri isə 1795 abonentin elektrik enerjisi ilə təchizatını təmin edir.
Qeyd edildi ki, Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Ağstafa, Tovuz, Qazax elektrik şəbəkələrinin birləşdiyi “Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində respublika əhəmiyyətli 1 şəhər, 8 rayon mərkəzi, 37 qəsəbə və 341 kənd var ki, burada da ümumilikdə 288 min 119 abonent olmaqla 1 milyon əhali yaşayır. Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində indiyədək “Azərişıq” ASC tərəfindən 96 kənd və qəsəbədə yenidənqurma işləri aparılıb. Hazırda 78-dən çox yaşayış məntəqəsində bu işlər davam etdirilir. Region üzrə ümumilikdə 11 min 290 yeni sayğac quraşdırılıb, 28 min 961 sayğac yenisi ilə əvəz edilib, qoyuluş gücü 1731 MVA-dan 1911 MVA-dək artırılıb.
Prezident İlham Əliyev yarımstansiyanı işə saldı.
Sonda xatirə şəkli çəkdirildi.

 
  • Oxunub:  2820  |  
  • Tarix:  21-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə məlumatlandırılıb

20:16
22 May
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə əməkdaşlıq əlaqələri müzakirə edilib
18:54
22 May
Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb
18:38
22 May
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:59
22 May
YAP Suraxanı rayon təşkilatında “Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə” mövzusunda elmi-praktiki konfrans keçirilib
17:52
22 May
YAP Gənclər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir təşkil edib
17:51
22 May
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
17:40
22 May
Poltava Milli Texniki Universiteti ADNSU ilə əməkdaşlıqda maraqlıdır
17:36
22 May
Akademik Arif Paşayev: Yolların və elmi istiqamətlərin kəsişməsində
17:16
22 May
Cümhuriyyətin 100 illiyi münasibətilə FHN-in Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsində tədbir keçirilib
17:10
22 May
Azərbaycan Dillər Universitetində Azərbaycan-Türkiyə ədəbi əlaqələri barədə müzakirələr aparılıb
16:35
22 May
Ziyafət Əsgərov: Xalq Cümhuriyyəti dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub
16:34
22 May
Cavanşir Feyziyev: Cənubi Qafqaz Avropanın bütün qitədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından çox vacib geostrateji bölgəsidir
16:31
22 May
Vüqar Bayramov: Beynəlxalq yükdaşımalar artıq Azərbaycan üçün əhəmiyyətli gəlir mənbəyinə çevrilməkdədir
16:29
22 May
2017-ci ildə dövlət büdcəsinin xərcləri 98,1 faiz səviyyəsində icra edilib
16:27
22 May
Mir Cəlal Paşayev şərəfli müəllim, alim, yazıçı ömrü yaşayıb
16:02
22 May
MM komitəsində “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi müzakirə olunub
15:49
22 May
Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfəri başa çatıb
15:46
22 May
Əfqanıstanla Azərbaycan arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq inkişaf etdiriləcək
15:38
22 May
Azərbaycan-Laos əlaqələrinin inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb
15:03
22 May
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Daşkənddə konsert olub
14:53
22 May
Ombudsman Aparatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib
14:44
22 May
Şəhid Adil Tatarovun təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim ediləcək
14:40
22 May
Prezident Aleksandr Vuçiçin iştirakı ilə Azərbaycan-Serbiya işgüzar görüşü keçirilib
14:22
22 May
Andrey Lopuşanski: Azərbaycanın ötən 100 ildə əldə etdiyi uğurlar dost ölkə kimi Ukraynanı çox sevindirir
14:21
22 May
Serbiya Prezidenti Aleksandr Vuçiç Milli Məclisdə olub
14:16
22 May
Nazir İnam Kərimov Sabirabadda laboratoriyalara baxış keçirib, istixana kompleksi ilə tanış olub
14:10
22 May
Serbiya Prezidentinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib
13:53
22 May
Azərbaycan və Özbəkistan arasında əmək və məşğulluq sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
13:51
22 May
Xarici İşlər Nazirliyində geniştərkibli iclas keçirilib
13:47
22 May
Milli Məclisin komitə iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub
12:55
22 May
Serbiya Prezidenti Aleksandr Vuçiç Bakıda görkəmli alim Nikola Teslanın abidəsini ziyarət edib
12:21
22 May
Bakıda “İnformasiya təhlükəsizliyi kodu” mövzusunda konfrans keçirilir
12:15
22 May
Laos nümayəndə heyəti Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
11:02
22 May
Kaliforniya qubernatoru: Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrilib
10:57
22 May
Futbol üzrə Azərbaycan millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb
10:56
22 May
Merkel Soçidə: geosiyasi alternativ axtarışı?
10:53
22 May
Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
10:28
22 May
Yüz il əvvəl Azərbaycanın istiqlalı böyük əhəmiyyət və rəmzi məna daşıyan başlanğıc olub
10:01
22 May
Prezident İlham Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında iştirak edib
09:52
22 May
Şəhidlərin xatirəsinə ehtiram
09:48
22 May
Serbiya Prezidenti Aleksandr Vuçiç ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
09:36
22 May
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18:00
21 May
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə məlumatlandırılıb
17:55
21 May
Tahir Rzayev: Qeyri-neft sənayesinin inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir
17:51
21 May
Azərbaycan Prezidenti: Gələn günlər ərzində “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik
17:42
21 May
Azərbaycan Aİ ilə energetika sektorunun inkişafına dair strateji sənədlərin hazırlanması metodologiyasını müzakirə edib
17:18
21 May
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatları Helsinki Komissiyasının qərəzli dinləmələri ilə bağlı etiraz bəyanatları yayıblar
17:16
21 May
Ağstafalı şəhid son mənzilə yola salınıb
16:59
21 May
Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2018”in planlaşdırma konfransında iştirak edir
16:46
21 May
Elmar Məmmədyarov Beynəlxalq Əmək Təşkilatının baş direktorunu qəbul edib
16:35
21 May
Müdafiə Nazirliyi: Ermənistan ordusunun keçirdiyi təlimlərdə taktiki və ordu aviasiyasından istifadə ilə bağlı xəbərlər şişirdilib
16:08
21 May
Azərbaycan ilə İordaniya arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
15:59
21 May
Təhsil naziri Xızı şəhərində vətəndaşları qəbul edib
15:53
21 May
Əmək və əhalinin sosial müdafiəsi naziri Gəncədə yaradılan Regional Peşə Tədrisi Mərkəzində olub
15:50
21 May
Türkiyə Prezident Administrasiyası: Bakı və Ankara Avropanın enerji təhlükəsizliyini təmin edir
15:37
21 May
Azərbaycan və Rusiya sahibkarlar qurumları arasında əməkdaşlıq memorandumu imzalanıb
15:36
21 May
Bolqarıstanın energetika naziri Azərbaycana səfər edəcək
15:34
21 May
“İnsan hüquqları aylığı” çərçivəsində Azərbaycan Ordusunda bir sıra tədbirlər keçirilir
15:30
21 May
Hikmət Babaoğlu: "Paşinyan müstəqil siyasətçi deyil, qlobal güc mərkəzlərinin siyasi layihəsidir"
15:14
21 May
Hərbi Akademiyada intensiv ingilis dili kursunun növbəti buraxılışı olub
15:09
21 May
Azərbaycan səfiri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti vəzifəsini icra edən Vəliəhdlə görüşdə iştirak edib
14:55
21 May
Azərbaycanın Baş naziri Novruz Məmmədov və Serbiya Prezidenti Aleksandr Vuçiç birgə işçi nahar ediblər
14:50
21 May
Azərbaycan və Serbiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
14:48
21 May
Çinin İxrac Kredit Sığorta Korporasiyası SOCAR-la əməkdaşlıqda maraqlıdır
14:29
21 May
Azərbaycan-Serbiya sənədləri imzalanıb
14:16
21 May
Bakıda qərarların qəbulu prosesində vətəndaş iştirakçılığı mövzusunda konfrans keçirilib
14:15
21 May
Baku Shopping Festival zamanı banklar gücləndirilmiş iş rejimində çalışır
14:08
21 May
Allahşükür Paşazadə: Cümhuriyyət din-dövlət münasibətlərinin tənzimlənməsi üçün əlindən gələni edib
14:06
21 May
Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüşü
13:20
21 May
Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA