Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ən gənc professor Yusif Babanlı Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

Ən gənc professor Yusif Babanlı Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib

15.08.2017 [15:56]

Pedaqogika üzrə fəlsəfə doktoru, professor Yusif Məmməd oğlu Babanlı Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Məktubda Yusif Babanlı "Ən gənc professor" elmi adı aldığına görə dövlət başçısına minnətdarlıq edib: "Mənə 33 yaşında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir. İcazə verin, "Ən gənc professor" elmi adı aldığıma görə Zati-alinizə böyük təşəkkürümü və minnətdarlığımı ifadə edim. Bu, mənim zəhmətimdən daha çox Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Sizin rəhbərliyinizlə yeni mərhələdə inam və uğurla həyata keçirilən elm, təhsil, gənclər və idman strategiyasının bizə yaratdığı əlverişli mühitin təzahürüdür. Sizin birbaşa diqqət və qayğınızla əhatə olunan gənclər sektoru digər sahələr kimi dinamik inkişafı ilə seçilir".
Məktubda qeyd olunur ki, istər elm-təhsil, istərsə də gənclər-idman sahəsində əldə olunan nailiyyətlər bunu deməyə əsas verir: "Bundan sonra da Sizin rəhbərliyinizlə aparılan mükəmməl siyasəti dəstəkləyəcək və bu siyasətin tələblərinin yerinə yetirilməsinə daha böyük səylər göstərəcəyəm. Əziz Prezidentimiz, biz gənclərə yaratdığınız hərtərəfli şəraitə görə Sizə bir daha dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm".

Paylaş:
Baxılıb: 1210 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30