Ana səhifə »  Qəzetin pdf formatı »  Prezident İlham Əliyev paytaxtın keçmiş “Sovetski” ərazisində yeni yolların açılışında iştirak edib
A+   Yenilə  A-
Prezident İlham Əliyev paytaxtın keçmiş “Sovetski” ərazisində yeni yolların açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yenidən qurulan “Statistika” dairəsinin, Nəriman Nərimanov prospektinin və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Bakı şəhərinin keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsi çərçivəsində görülən işlər barədə ətraflı məlumat verdi.
Bildirildi ki, 2016-cı ilin avqustundan icrasına başlanan layihəyə uyğun olaraq 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması həyata keçirilib. İşlər yüksək keyfiyyətlə, texnoloji ardıcıllığa uyğun, həm də maksimum qısa müddətdə icra olunub. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işlərinin, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir. Ümumi uzunluğu 7 kilometrdən çox olan Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması artıq yekunlaşıb.
Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb. Abdulla Şaiq küçəsi isə 3 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində 169 yol nişanı quraşdırılıb. Paytaxt əhəmiyyətli bu layihənin icrası zamanı su, kanalizasiya, yağış sularının axıdılması, qaz, rabitə, elektrik və digər yeraltı kommunikasiyaların tikintisi həyata keçirilib. 5,7 kilometr uzunluğunda drenaj xətti çəkilib, onun üzərində 149 quyu və uzunluğu 1,5 kilometr olan mərkəzi kanalizasiya kollektoru tikilib. Bundan əlavə, 2,6 kilometr uzunluğunda qaz xətti, 5,7 kilometrlik su xətti və abadlaşdırılmış ərazidə 510 metr uzunluğunda ehtiyat keçidlər inşa olunub. Yenidən qurulan yolların üzərində 9 yerdə avtobus dayanacağı quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb. Prospekt və küçələrdə fiziki qüsurlu insanların da rahat hərəkəti üçün panduslar qurulub.
Prezident İlham Əliyev yeni yolların rəmzi açılışını bildirən lenti kəsdi.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev yenidən qurulan “Statistika” dairəsində görülən işlərlə tanış oldu. Dövlətimizin başçısı burada Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Qeyd edək ki, yenidənqurma işlərinin ən əhəmiyyətli hissəsi Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairənin ləğv olunmasıdır. Bu, hərəkətin intensivliyinin və təhlükəsizliyinin təmin olunmasına geniş imkanlar açıb. İndi həmin yerdə yaşıllıq zolağı salınıb.
Keçmiş “Sovetski” adlanan ərazidə yeni yolların çəkilməsi ilə bağlı görülən işlər Bakının yol-nəqliyyat infrastrukturunun müasir səviyyədə qurulmasında xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Füzulu küçəsindəki parkla Akademik Milli Dram Teatrının arxasında yaradılacaq parkın əlaqələndirilməsi, Füzuli meydanındakı dairədə hərəkətin bağlanması, həmçinin Mirzəağa Əliyev və Füzuli küçələrindən istifadə etməklə Səməd Vurğun küçəsi və Nəriman Nərimanov prospekti arasında nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub. Ümumilikdə yenidən qurulan prospekt və küçələr boyunca 6 min kvadratmetrdən çox ərazidə yaşıllıq salınıb və suvarma sistemi qurulub. Bununla yanaşı, Nəriman Nərimanovun heykəlinin ətrafındakı olduqca sərt sola dönmə də ləğv edilib və bir qədər irəlidə - Nəriman Nərimanov prospektində dairə tipli yeni yol qovşağı tikilib. Yaxın vaxtlarda piyadaların təhlükəsiz hərəkəti üçün Təzəpir məscidinin qarşısındakı sahədə yeni piyada keçidinin tikilməsi, habelə məscidin qarşısında 360 yerlik avtomobil dayanacağının salınması nəzərdə tutulub.
Edvard Karvardin: UNICEF-in Azərbaycan hökuməti ilə tərəfdaşlığı şəraitində mühüm nailiyyətlər əldə olunub
BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığı şəraitində səhiyyə, təhsil, uşaqların müdafiəsi, gənclərin sağlamlığı, inkişafı sahələrində mühüm nailiyyətlər əldə olunub. Azərbaycanda 1993-cü ildə fəaliyyətə başlayan UNICEF-in ölkə üzrə ilk proqramlarında əsas diqqət peyvəndləmə, səhiyyə, reabilitasiya, qida, təhsil və uşaqların müdafiəsi kimi təxirəsalınmaz ehtiyaclara yönəldilib. Hökumət və vətəndaş cəmiyyəti ilə birlikdə işləyərək UNICEF Azərbaycanda əhəmiyyətli inkişafa öz töhfəsini verib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib. Ötən il Azərbaycanda fəaliyyətə başlayan E.Karvardin ölkəmizdə görülən işlər, həyata keçirilən fəaliyyət proqramları və perspektiv planlar barədə məlumat verib.
İbtidai məktəbə gedən uşaqların davamiyyət səviyyəsi 100 faizə çatdırılıb
Müsahibimiz bildirib ki, ibtidai məktəbə gedən uşaqların davamiyyət səviyyəsi 100 faizə çatdırılıb. Bu istiqamətdə UNICEF-in əsas tərəfdaşlarından olan Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində məktəbəqədər təhsilin təkmilləşdirilməsi ilə bağlı xüsusi proqram həyata keçirilir. Proqram çərçivəsində 5 yaşında olan uşaqlar ibtidai sinfə getməzdən əvvəl məktəbəqədər təhsil sisteminə qoşulurlar. Artıq ölkədə 5 yaşınadək olan uşaqların yarısı bu proqramdan faydalanır, məktəbəhazırlıq kurslarında iştirak edirlər və davamiyyət 50 faizə çatıb. Bu məqsədlə müəllimlər üçün xüsusi təlimlər keçirilib. Eyni zamanda, xüsusi kurikulum tədris proqramının hazırlanmasına diqqət yetirilib. Növbəti beş il ərzində 5 yaşlı uşaqların ölkə üzrə 90 faizinin bu proqramla əhatə olunması nəzərdə tutulur.
E.Karvardin müəyyən təbəqələrdən olan, ilk növbədə, əlilliyi olan uşaqların geniş tətbiq edilən təhsil proqramlarından faydalana bilmədiklərini diqqətə çatdırıb. Bu uşaqların böyük bir qisminin orta təhsil imkanlarından məhrum olduğunu qeyd edən UNICEF-in nümayəndəsi bildirib ki, ötən il əlilliyi olan uşaqların təhsili ilə bağlı dörd orta məktəbi əhatə edən sınaq layihəsi həyata keçirilib və xüsusi tədris planı tətbiq edilib. Layihənin nəticələrinə əsasən, istər əqli, istər fiziki qüsurlu uşaqlar da təhsil sistemindən faydalana bilərlər.
Ana və uşaq sağlamlığı və qidalanması sistemi tətbiq olunur
E.Karvardin səhiyyə sektoru üzrə həyata keçirilən tədbirlər çərçivəsində ilk olaraq polimit yoluxucu xəstəliyi ilə bağlı mövcud vəziyyəti qeyd edib: “Artıq Azərbaycan 15 il əvvəl polimitdən azad ölkə statusu qazanıb. Bu xəstəliyin kökünün kəsilməsi üçün ölkədə böyük sərmayələr qoyuldu. Dövlət qurumları və beynəlxalq təşkilatlar tərəfindən bu məsələyə xüsusi diqqət yetirildi, peyvəndləşmə proqramı həyata keçirildi. Nəticədə Azərbaycanda bu xəstəliyin kökü kəsildi”.
UNICEF-in nümayəndəsi diqqətə çatdırıb ki, Səhiyyə Nazirliyi ilə UNICEF arasında imzalanmış birgə Fəaliyyət Planı çərçivəsində ana və uşaq sağlamlığı və qidalanması sistemi tətbiq olunur. Uşaqların sağlamlığı və qidalanması ilə əlaqədar nəzərəçarpan irəliləyişin olmasına baxmayaraq, aparılmış tədqiqat nəticəsində qadınlar və uşaqlar arasında anemiyanın (qanazlığı) olması narahatlıq doğurur. Asanlıqla müalicə edilməsinə baxmayaraq, uşaqların sağlamlığı ilə əlaqədar ən ciddi təhlükələrdən və ana ölümünə səbəb olan amillərdən biri anemiyadır.
“Bu ilin birinci yarısında inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda öz körpələrini ana südü ilə qidalandıran anaların sayı nisbətən aşağıdır. Ana südü ilə qidalanma göstəricilərinin aşağı səviyyədə olması uşaqlarda dəmir çatışmazlığı ilə əlaqədar qidalanma probleminin olduğunu göstərir. Ana südünün tərkibində dəmir mövcuddur. Gənc anaların və tibbi personalın əksəriyyətinin anemiyanın qarşısının alınmasında ana südü ilə qidalandırmanın əhəmiyyətindən xəbərdar olmadığı görünür. Bu məqsədlə bu il 150 tibb işçisinin iştirakı ilə təlimlər təşkil olunacaq. Eyni zamanda, ana olacaq qadınların qidasının tərkibinə dəmir komponenti daxil edilməlidir. Qadının hamiləliyi dövründə onun sağlamlığı üçün ən böyük təhlükə anemiya xəstəliyidir. Bu problemin aradan qaldırılması üçün ananın pəhrizlə qidalanmasına xüsusi diqqət yetirilməlidir və qidanın tərkibində dəmirin nisbəti artırılmalıdır. Bunun ən sadə yollarından biri buğda unundan istifadənin genişləndirilməsidir. Azərbaycan hökuməti və Milli Məclisdə aparılan müzakirələrin məntiqi nəticəsi olaraq yaxın gələcəkdə buğda ununun tərkibində dəmir komponentinin artırılması məsələsinə diqqət yetiriləcək”, - deyə E.Karvardin bildirib.
Xüsusi probasiya xidməti yaradılır
E.Karvardin Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində yeni mərhələnin əsasının qoyulduğunu bildirib.
“Hüquq-mühafizə orqanları ilə problemləri olan azyaşlıların maarifləndirilməsi əsas məsələlərdəndir. Hüquq-mühafizə orqanları ilə problemləri olan və çətin tərbiyə olunan uşaqların mövcudluğu inkaredilməzdir. Bu, hər bir cəmiyyətə məxsus olan məsələdir. Təəssüflər olsun ki, mükəmməl uşaq, kamil yeniyetmə çox azdır. Hər bir uşağın davranışı ilə bağlı müəyyən problemlər və çətinliklər var. Qanunvericilik qarşısında müəyyən günahları olmuş yeniyetmələr ilə bağlı iki istiqamətdə iş görmək olar. Bir tərəfdən onları cəmiyyətdən təcrid edib cəzalandırmaq, digər tərəfdən maarifləndirmə işləri aparıb onları gələcəkdə belə əməllərdən çəkindirmək olar. Təcrübəyə əsasən demək olar ki, təcrid olunmuş uşaqlar cəzaçəkmə yerlərindən qayıtdıqdan sonra onların əksəriyyəti daha da pis davranışla səciyyələndirilir. Belə bir yanaşma istər Azərbaycan üçün, istərsə də beynəlxalq miqyasda qəbulolunmazdır. Uşaqların təcridxanalardan kənarda reabilitasiya olunaraq cəmiyyətə yenidən qaytarılması daha çox fayda verə bilər”, - deyə UNICEF-in nümayəndəsi qeyd edib.
Müsahibimiz bildirib ki, bu istiqamətdə həyata keçirilən uğurlu addımlardan biri kimi hüquqi yardım xidmətləri yaradılıb. Həyata keçirilən pilot layihə 5 rayonu -Qəbələ, Şəmkir, Mingəçevir, Şirvan və Ağcabədi rayonlarını əhatə edib. Layihənin icrası ilə bağlı həmin rayonlarda min uşaq bu hüquqi imkanlardan istifadə edib.
Bundan başqa, xüsusi probasiya xidmətinin yaradılması istiqamətində Ədliyyə Nazirliyi tərəfindən müəyyən tədbirlər görülüb. Probasiya xidmətinə əsasən, yeniyetmələrin cəzalandırılaraq azadlıqdan məhrum edilməsi əvəzinə alternativ tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu xidmət çərçivəsində uşaqların cəzalandırılması, azadlıqdan məhrum edilməsi əvəzinə cəmiyyətdən təcrid olunmamasına, təhsilinin davam etdirilməsinə, reabilitasiyasına şərait yaradılacaq. Probasiya xidmətinin yaradılması bu istiqamətdə böyük nailiyyət ola bilər.
E.Karvardin gələn il UNICEF-in Azərbaycanda fəaliyyətinin 25 illiyinin tamam olduğunu bildirib: “Tarixi nöqteyi-nəzərdən 25 il çox qısa müddətdir. Lakin əldə olunmuş nailiyyətlərə, görülmüş işlərə görə bu illəri UNICEF-in fəaliyyətinin mühüm bir dövrü hesab etmək olar”.

 
  • Oxunub:  2250  |  
  • Tarix:  09-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisin növbəti iclası keçirilib

17:53
21 Oktyabr
Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir
17:45
21 Oktyabr
RAGB Soçidə keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında iştirak edir
17:32
21 Oktyabr
YAP Nəsimi rayon təşkilatında veteran qadınlarla görüş keçirilib
15:43
21 Oktyabr
İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib
15:40
21 Oktyabr
“The Jerusalem Post”: “Ermənistan-Azərbaycan danışıqları: bu yol sülhə, yoxsa müharibəyə aparır?”
15:00
21 Oktyabr
Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib
13:52
21 Oktyabr
Jalə Əliyeva: Bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi yanaşır
13:36
21 Oktyabr
Düşmən təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar qoşunlara tapşırıq verilib
13:33
21 Oktyabr
Akif Əlizadə: Azərbaycanda milli mənəvi dəyərlərə dərin ehtiram bəslənilir
13:30
21 Oktyabr
Misirli diplomat: Bakı Şopinq Festivalının gedişində alış- veriş mərkəzlərinə böyük axın var
12:03
21 Oktyabr
Kestutis Yankauskas: Bakı tolerantlıq paytaxtı olduğunu bir daha sübut etdi
11:58
21 Oktyabr
Elman Nəsirov: Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllini dəstəkləyir
11:47
21 Oktyabr
ATƏT-in iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı məsələ qaldırılıb
11:42
21 Oktyabr
Stepan Kubiv: AŞPA-da antiazərbaycan qətnaməsinə səs vermiş Ukrayna deputatlarının mövqeyi Kiyevin rəsmi mövqeyini əks etdirmir
11:38
21 Oktyabr
Aydın Hüseynov: Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib
11:35
21 Oktyabr
Azərbaycanın İtaliyadakı səfiri: İpək yolunun bərpasında Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır
10:26
21 Oktyabr
“Haffinqton Post”: Azərbaycanın coğrafi mövqeyi onu regionun sütununa çevirib
10:20
21 Oktyabr
Litva Seyminin sədr müavini: Azərbaycan qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır
09:59
21 Oktyabr
Ermənistan ordusu atəşkəsi 126 dəfə pozub
17:53
20 Oktyabr
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilib
17:50
20 Oktyabr
Ziyafət Əsgərov: Cinayət Məcəlləsi Azərbaycanın cəza siyasətinə uyğunlaşdırılıb
17:48
20 Oktyabr
Azərbaycan ilə Meksika arasında əməkdaşlığa dair hökumətlərarası Saziş imzalanıb
17:43
20 Oktyabr
Əli Hüsyenli: Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər çox əhəmiyyətlidir
17:38
20 Oktyabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
17:34
20 Oktyabr
Tiranada QDİƏT-in komitə iclası keçirilib
17:31
20 Oktyabr
Energetiklər peşə bayramlarını qeyd ediblər
17:26
20 Oktyabr
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq
17:23
20 Oktyabr
BSU-da keçirilən intellektual oyunda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi lider olub
17:20
20 Oktyabr
Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi” dünyanın ən böyük infrastruktur layihələrindən biridir
17:01
20 Oktyabr
Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edib
16:45
20 Oktyabr
Yaxın zamanda Ukraynada Azərbaycan Ticarət Evinin açılması istiqamətdə işlər yekunlaşacaq
16:43
20 Oktyabr
Milli Məclisin plenar iclasında bir sıra sənədlərə dəyişikliklər edilib
16:01
20 Oktyabr
Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşları qəbul edib
15:56
20 Oktyabr
Prezident İlham Əliyev: Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz
15:00
20 Oktyabr
Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib
14:45
20 Oktyabr
Tahir Rzayev: Bələdiyyələrin sosial-iqtisadi inkişaf prosesində iştirakını artırmaq baxımından böyük potensial var
14:39
20 Oktyabr
Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib
14:33
20 Oktyabr
2018-ci ildə Azərbaycanda 1,5 faizlik iqtisadi artım olacaq
14:29
20 Oktyabr
Xam neft Azərbaycanın ümumi ixracının 72, təbii qaz isə 11 faizini təşkil edib
14:17
20 Oktyabr
İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü keçirilib
14:15
20 Oktyabr
Səməd Seyidov: AŞ PA-da Azərbaycanla bağlı qətnamələrin qəbulunda bəziləri təsir altına düşərək səs veriblər
12:42
20 Oktyabr
Pərviz Şahbazov: Azərbaycan OPEC-in noyabrdakı iclasında iştirak edə bilər
12:35
20 Oktyabr
Azər Badamov: 2017-ci ilin doqquz ayının nəticələri ölkəmiz üçün uğurlu oldu
12:28
20 Oktyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:00
20 Oktyabr
Bakıda Körfəz ərəb ölkələri məhsullarının sərgisi keçirilə bilər
11:41
20 Oktyabr
Anna Maria Rozek: Şopin festivalı kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır
11:23
20 Oktyabr
Xalça Simpoziumu çərçivəsində növbəti sessiya - "Təsir və müqayisələr"
11:19
20 Oktyabr
İqtisadiyyat naziri: Səkkiz ayda Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında ticarət dövriyyəsi 40 milyon dollar olub
11:14
20 Oktyabr
Azərbaycan səfiri etimadnaməsini Fransa Prezidentinə təqdim edib
11:04
20 Oktyabr
Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında 3 anlaşma memorandumu imzalanıb
11:00
20 Oktyabr
Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan məhəllədə tikinti işlərinin gedişi ilə tanış olub
10:57
20 Oktyabr
İrena Şiauliene: Litva ilə Azərbaycan arasında yaxın münasibətlər mövcuddur
10:48
20 Oktyabr
Şahin Mustafayev: Azərbaycan və Ukrayna arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr genişlənir
10:31
20 Oktyabr
Bakıda İranın mədəniyyət günləri keçiriləcək
10:27
20 Oktyabr
“Qarabağ” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib
10:25
20 Oktyabr
Şavkat Mirziyayev: Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir
10:21
20 Oktyabr
Milli Məclisin plenar iclasında 20 məsələyə baxılacaq
10:18
20 Oktyabr
Cari ilin 9 ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 567 milyon dollar olub
10:14
20 Oktyabr
ABŞ-ın Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib
10:06
20 Oktyabr
Qazaxıstanda 7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb
10:04
20 Oktyabr
Ermənistan ordusu sutka ərzində atəşkəsi 143 dəfə pozub
17:54
19 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
17:50
19 Oktyabr
YAP Qəbələ rayon təşkilatının IX konfransı keçirilib
17:49
19 Oktyabr
Rövşən Rzayev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir
17:31
19 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir
17:23
19 Oktyabr
YAP Gənclər Birliyinin nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən 19-cu Dünya Gənclər və Tələbələr Festivalında istirak edir
17:02
19 Oktyabr
Azərbaycan-Litva münasibətlərinin daha da inkişafı üçün yaxşı perspektivlər var
16:41
19 Oktyabr
Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar keçirilir
16:06
19 Oktyabr
Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb
15:33
19 Oktyabr
Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA