Ana səhifə »  Qəzetin pdf formatı »  Gəlirli sahə olan üzümçülük Naxçıvanda yeni inkişaf mərhələsini yaşayır
A+   Yenilə  A-
Gəlirli sahə olan üzümçülük Naxçıvanda yeni inkişaf mərhələsini yaşayır

Qədim Naxçıvanda üzümçülük dərin tarixi köklərə malikdir. Aparılan arxeoloji qazıntılar zamanı tapılan meyvə, xüsusilə üzüm toxumları, eləcə də çaxır hazırlamaq və saxlamaq üçün işlədilən iri küplər göstərir ki, muxtar respublika ərazisində yaşayan insanlar hələ eradan əvvəl bağçılıq və üzümçülüklə məşğul olublar. Qeyd etmək lazımdır ki, yabanı üzüm indi də regionun ərazisində geniş yayılıb. Hələ çox qədimdən burada üzümdən kişmiş, mövüc, bəhməz və sair məhsullar hazırlayaraq qonşu ölkələrə ticarət məqsədi ilə aparıblar.
Muxtar respublika ərazisində 120-dən çox üzüm sortu yetişdirilir
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yaşar Quliyev AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirdi ki, hazırda muxtar respublika ərazisində 120-dən çox üzüm sortu yetişdirilir. Onlardan yüzə yaxını yalnız muxtar respublikanın ərazisində yayılıb. Həm qidalılıq əhəmiyyətinə, həm də iqtisadi səmərəsinə görə üzüm əkilməsi vacib sayılan kənd təsərrüfatı bitkilərindən biridir. Ən bəsit hesablamalar göstərir ki, bir hektar üzüm sahəsi dənli bitkilərdən 3,9, pambıqdan 2,7, tərəvəz bitkilərindən 1,5, bostan bitkilərindən 7,5, meyvə bağlarından isə 2,6 dəfə artıq gəlir gətirir.
Üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Yəni, üzümçülük kənd təsərrüfatı istehsalının çox xərc tələb edən sahəsi olmasına baxmayaraq, 1 hektar sahədən əldə edilən məhsula görə ən yüksək göstəriciyə malikdir.
Dövlət proqramları üzümçülükdə yeni uğurlara yol açıb
Sovet dönəmində ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdi. Görkəmli dövlət xadiminin 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdü. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına və kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdu. Lakin 80-ci illərin ortalarından başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Azərbaycanda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilərək iqtisadiyyata ciddi ziyan vuruldu, insanlar gəlir mənbələrindən məhrum olundular. Yalnız ölkəmiz müstəqillik əldə etdikdən sonra üzümçülüyün yenidən inkişafı üçün əlverişli şərait yaradıldı və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməyə başlandı. Belə ki, 2002-ci ildə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Üzümçülüyün inkişafı üzrə tədbirlərin də nəzərdə tutulduğu və icrası başa çatan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” kimi mühüm sənədlərin təsdiq edilməsi üzümçülükdə yeni uğurlara yol açdı.
Muxtar respublikanın torpaq-iqlim şəraiti üzümçülüyün daha da inkişaf etdirilərək istehsalın artırılmasına, əhalinin müxtəlif çeşidli, yüksəkkeyfiyyətli süfrə üzümünə, şərabçılıq və digər emal müəssisələrinin isə xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsinə imkan verir. Bununla da üzüm və şərabçılıq məhsullarının ixracının artırılmasına, idxalın isə azalmasına şərait yaratmaq imkanları mövcuddur.
Üzüm istehsalı üçün regionun əlverişli torpaq-iqlim şəraiti, üzümün digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə (o cümlədən kişmiş) və texniki üzüm sortlarına olan daxili tələbatın yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazarlarında yüksəkkeyfiyyətli ekoloji təmiz süfrə üzümünə, şərab və digər üzüm emalı məhsullarına yüksək tələbat üzümçülüyün daha da inkişaf etdirilməsini zəruri edir. Məhz buna görə muxtar respublikada bu sahənin inkişaf etdirilməsinə diqqət və maraq getdikcə artmaqdadır.
Nehrəm kəndində yaradılan üzümçülük təsərrüfatında innovativ texnologiyalar tətbiq olunur
Naxçıvanda yeni üzüm bağlarının salınmasına, eləcə də keçmiş ənənələrdən istifadə etməklə üzümçülüyün inkişafında intensiv becərmə üsullarının tətbiqinə başlanılıb. Nəticədə üzüm sahələrinin genişləndirilməsi, istehsalın həcmi və məhsuldarlığın tədricən artımına nail olunub. Babək rayonunun Nehrəm kəndində yaradılan üzümçülük təsərrüfatı da bu baxımdan diqqəti cəlb edir. Kənddə üzümçülük təsərrüfatının yaradılmasına 2015-ci ildə başlanılıb. Ərazidə yerli sortlarla yanaşı, İtaliya, Fransa, Türkiyə və Özbəkistan mənşəli 10 məhsuldar üzüm sortu əkilib. 150 hektar ərazidə ümumilikdə 326 mindən artıq üzüm tingi əkilib, ərazinin torpaq-iqlim şəraiti nəzərə alınmaqla lazımi aqrotexniki tədbirlər həyata keçirilib. İstehsal prosesində innovativ texnologiyalar tətbiq olunur.
Becərmə və yığım işlərini aparmaq üçün xüsusi texnikalar alınıb, ərazidə inzibati və yardımçı binalar, nasos stansiyası tikilib, 50 kilometrdən çox damcılı suvarma şəbəkəsi qurulub. Gələcəkdə ərazidə soyuducu anbarın inşa olunması da nəzərdə tutulub. Bütün bunlar isə daxili bazarın tələbatını ödəyən və yüksək ixrac potensialına malik keyfiyyətli məhsul istehsalına imkan verəcək.
Təsərrüfatın ərazisində üzümlə yanaşı, digər meyvələrin əkininə də diqqət yetirilir. Hazırda 25 hektar sahədə 50 mindən artıq məhsuldar alma tingi əkilib. Nehrəm Üzümçülük Təsərrüfatında 140 kənd sakini işlə təmin olunub.
Avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək rayonunun Nehrəm kəndində yaradılan üzümçülük təsərrüfatına baxıb. Ali Məclisin Sədri kənd təsərrüfatının inkişafında rentabelli işləyən təsərrüfatların yaradılmasının əhəmiyyətini vurğulayıb, üzümçülük təsərrüfatının yaradılmasında əməyi olanlara təşəkkür edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
İstehsal olunmuş üzüm məhsullarının vaxtlı-vaxtında tədarükü xüsusi əhəmiyyət kəsb edir
Üzümçülüyün davamlı olaraq inkişaf etdirilməsi, keyfiyyətli və ucuz başa gələn yerli üzüm sortlarının yetişdirilməsi Naxçıvanda da tingçilik təsərrüfatlarının yaradılmasını şərtləndirir. Yeni üzüm plantasiyalarının salınması böyük həcmdə uzunmüddətli kapital qoyuluşu tələb etməklə bərabər, barvermə dövrünədək (təxminən, 4-5 il ərzində) əkinə xidmət üçün əlavə maliyyə resurslarına ehtiyac yaradır. Odur ki, mövcud və yeni yaradılacaq üzümçülük təsərrüfatlarının uzunmüddətli maliyyə mənbələri ilə təminatı qarşıda duran ən vacib məsələlərdən biridir.
Muxtar respublikanın Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yaşar Quliyevin sözlərinə görə, istehsal olunmuş üzüm məhsullarının vaxtlı-vaxtında tədarükü xüsusi əhəmiyyət kəsb edir. Bu məqsədlə həmin məhsulların plantasiya-istehlakçı sxemi üzrə reallaşdırılması məsələləri həllivacib məsələlərdəndir. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” qeyd olunan problemlərin həllinə, üzümçülük və şərabçılığın kompleks inkişafına yönəldilib. Prezident İlham Əliyev 2011-ci il dekabrın 15-də imzaladığı Sərəncam ilə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nı təsdiq edib. Bu proqramın icrası ölkəmizdə, o cümlədən muxtar respublikada üzümçülüyün əvvəlki şöhrətinin özünə qaytarılmasına imkan verəcək və beləliklə, kənd təsərrüfatının geniş miqyasda inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına şərait yaradacaq.
Dövlət proqramının məqsədi əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatının daha dolğun ödənilməsi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılmasından ibarətdir. Qeyd olunan məqsədə nail olmaq üçün süfrə və texniki üzüm sortlarının əkin sahələrinin genişləndirilməsi, yeni üzümlüklərin salınması, tingçilik təsərrüfatlarının yaradılması, mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi məqsədilə saxlama kameralarının tikilməsi, üzüm və şərabçılıq məhsulları istehsalı ilə əlaqəli sahələrin inkişafı və digər vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur.
Üzüm muxtar respublikanın bütün rayonlarında talvar və geniş plantasiyalarda əkilib-becərilə və inkişaf etdirilə bilər
Üzüm muxtar respublikanın bütün rayonlarında talvar və geniş plantasiyalarda əkilib-becərilə və inkişaf etdirilə bilər. Bu bitkinin inkişafına geniş yer verilməsi Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən hazırlanmış rayonlar üzrə əkin sahələrinin atlasında da öz əksini tapıb.

 
  • Oxunub:  2430  |  
  • Tarix:  07-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisin növbəti iclası keçirilib

17:53
21 Oktyabr
Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir
17:45
21 Oktyabr
RAGB Soçidə keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında iştirak edir
17:32
21 Oktyabr
YAP Nəsimi rayon təşkilatında veteran qadınlarla görüş keçirilib
15:43
21 Oktyabr
İqtisadiyyat naziri Ağdaşda vətəndaşları qəbul edib
15:40
21 Oktyabr
“The Jerusalem Post”: “Ermənistan-Azərbaycan danışıqları: bu yol sülhə, yoxsa müharibəyə aparır?”
15:00
21 Oktyabr
Parisdə Azərbaycan Evinin 25 illik yubileyi qeyd edilib
13:52
21 Oktyabr
Jalə Əliyeva: Bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi yanaşır
13:36
21 Oktyabr
Düşmən təxribatlarının qarşısının dərhal və qətiyyətlə alınması ilə əlaqədar qoşunlara tapşırıq verilib
13:33
21 Oktyabr
Akif Əlizadə: Azərbaycanda milli mənəvi dəyərlərə dərin ehtiram bəslənilir
13:30
21 Oktyabr
Misirli diplomat: Bakı Şopinq Festivalının gedişində alış- veriş mərkəzlərinə böyük axın var
12:03
21 Oktyabr
Kestutis Yankauskas: Bakı tolerantlıq paytaxtı olduğunu bir daha sübut etdi
11:58
21 Oktyabr
Elman Nəsirov: Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllini dəstəkləyir
11:47
21 Oktyabr
ATƏT-in iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə bağlı məsələ qaldırılıb
11:42
21 Oktyabr
Stepan Kubiv: AŞPA-da antiazərbaycan qətnaməsinə səs vermiş Ukrayna deputatlarının mövqeyi Kiyevin rəsmi mövqeyini əks etdirmir
11:38
21 Oktyabr
Aydın Hüseynov: Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib
11:35
21 Oktyabr
Azərbaycanın İtaliyadakı səfiri: İpək yolunun bərpasında Azərbaycan Şərqlə Qərb arasında strateji körpü rolunu oynayır
10:26
21 Oktyabr
“Haffinqton Post”: Azərbaycanın coğrafi mövqeyi onu regionun sütununa çevirib
10:20
21 Oktyabr
Litva Seyminin sədr müavini: Azərbaycan qlobal layihələrin təşəbbüskarı və iştirakçısıdır
09:59
21 Oktyabr
Ermənistan ordusu atəşkəsi 126 dəfə pozub
17:53
20 Oktyabr
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin V qurultayı keçirilib
17:50
20 Oktyabr
Ziyafət Əsgərov: Cinayət Məcəlləsi Azərbaycanın cəza siyasətinə uyğunlaşdırılıb
17:48
20 Oktyabr
Azərbaycan ilə Meksika arasında əməkdaşlığa dair hökumətlərarası Saziş imzalanıb
17:43
20 Oktyabr
Əli Hüsyenli: Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər çox əhəmiyyətlidir
17:38
20 Oktyabr
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
17:34
20 Oktyabr
Tiranada QDİƏT-in komitə iclası keçirilib
17:31
20 Oktyabr
Energetiklər peşə bayramlarını qeyd ediblər
17:26
20 Oktyabr
Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaq
17:23
20 Oktyabr
BSU-da keçirilən intellektual oyunda beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi lider olub
17:20
20 Oktyabr
Prezident İlham Əliyev: “Cənub Qaz Dəhlizi” dünyanın ən böyük infrastruktur layihələrindən biridir
17:01
20 Oktyabr
Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edib
16:45
20 Oktyabr
Yaxın zamanda Ukraynada Azərbaycan Ticarət Evinin açılması istiqamətdə işlər yekunlaşacaq
16:43
20 Oktyabr
Milli Məclisin plenar iclasında bir sıra sənədlərə dəyişikliklər edilib
16:01
20 Oktyabr
Mədəniyyət və turizm naziri Biləsuvarda vətəndaşları qəbul edib
15:56
20 Oktyabr
Prezident İlham Əliyev: Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz
15:00
20 Oktyabr
Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib
14:45
20 Oktyabr
Tahir Rzayev: Bələdiyyələrin sosial-iqtisadi inkişaf prosesində iştirakını artırmaq baxımından böyük potensial var
14:39
20 Oktyabr
Səhiyyə naziri Göyçayda vətəndaşları qəbul edib
14:33
20 Oktyabr
2018-ci ildə Azərbaycanda 1,5 faizlik iqtisadi artım olacaq
14:29
20 Oktyabr
Xam neft Azərbaycanın ümumi ixracının 72, təbii qaz isə 11 faizini təşkil edib
14:17
20 Oktyabr
İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşü keçirilib
14:15
20 Oktyabr
Səməd Seyidov: AŞ PA-da Azərbaycanla bağlı qətnamələrin qəbulunda bəziləri təsir altına düşərək səs veriblər
12:42
20 Oktyabr
Pərviz Şahbazov: Azərbaycan OPEC-in noyabrdakı iclasında iştirak edə bilər
12:35
20 Oktyabr
Azər Badamov: 2017-ci ilin doqquz ayının nəticələri ölkəmiz üçün uğurlu oldu
12:28
20 Oktyabr
Milli Məclisin növbəti plenar iclası keçirilir
12:00
20 Oktyabr
Bakıda Körfəz ərəb ölkələri məhsullarının sərgisi keçirilə bilər
11:41
20 Oktyabr
Anna Maria Rozek: Şopin festivalı kiçik və orta sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıyır
11:23
20 Oktyabr
Xalça Simpoziumu çərçivəsində növbəti sessiya - "Təsir və müqayisələr"
11:19
20 Oktyabr
İqtisadiyyat naziri: Səkkiz ayda Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında ticarət dövriyyəsi 40 milyon dollar olub
11:14
20 Oktyabr
Azərbaycan səfiri etimadnaməsini Fransa Prezidentinə təqdim edib
11:04
20 Oktyabr
Azərbaycan ilə Körfəz ərəb dövlətləri arasında 3 anlaşma memorandumu imzalanıb
11:00
20 Oktyabr
Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan məhəllədə tikinti işlərinin gedişi ilə tanış olub
10:57
20 Oktyabr
İrena Şiauliene: Litva ilə Azərbaycan arasında yaxın münasibətlər mövcuddur
10:48
20 Oktyabr
Şahin Mustafayev: Azərbaycan və Ukrayna arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələr genişlənir
10:31
20 Oktyabr
Bakıda İranın mədəniyyət günləri keçiriləcək
10:27
20 Oktyabr
“Qarabağ” klubu UEFA-nın reytinq cədvəlində irəliləyib
10:25
20 Oktyabr
Şavkat Mirziyayev: Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edir
10:21
20 Oktyabr
Milli Məclisin plenar iclasında 20 məsələyə baxılacaq
10:18
20 Oktyabr
Cari ilin 9 ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 567 milyon dollar olub
10:14
20 Oktyabr
ABŞ-ın Torrens şəhərində Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib
10:06
20 Oktyabr
Qazaxıstanda 7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb
10:04
20 Oktyabr
Ermənistan ordusu sutka ərzində atəşkəsi 143 dəfə pozub
17:54
19 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
17:50
19 Oktyabr
YAP Qəbələ rayon təşkilatının IX konfransı keçirilib
17:49
19 Oktyabr
Rövşən Rzayev: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bəllidir
17:31
19 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir
17:23
19 Oktyabr
YAP Gənclər Birliyinin nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən 19-cu Dünya Gənclər və Tələbələr Festivalında istirak edir
17:02
19 Oktyabr
Azərbaycan-Litva münasibətlərinin daha da inkişafı üçün yaxşı perspektivlər var
16:41
19 Oktyabr
Bakıda “İnnovasiya ekosisteminin qurulması” adlı seminar keçirilir
16:06
19 Oktyabr
Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb
15:33
19 Oktyabr
Bakıda MDB Sərhəd Qoşunları Komandanları Şurasının 78-ci iclası keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA