Ana səhifə »  Qəzetin pdf formatı »  İslam həmrəyliyi təkcə müsəlman aləmində deyil, bütün dünyada sülhün və əmin-amanlığın bərpasına kömək edə bilər
A+   Yenilə  A-
İslam həmrəyliyi təkcə müsəlman aləmində deyil, bütün dünyada sülhün və əmin-amanlığın bərpasına kömək edə bilər

Bu fikir Tehranda keçirilən “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” adlı konfransda səslənib

Avqustun 6-da Tehranda “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda konfrans keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq keçirilən konfransı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), İran İslam Respublikasının İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyası, eləcə də Mədəniyyət və İslam Əlaqələri Təşkilatı ilə birgə təşkil edib.
“İslam Həmrəyliyi İli” çərçivəsində bir neçə xarici ölkədə tədbirlərin keçirilməsi nəzərdə tutulub və “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusundakı konfrans bu qəbildən ilk beynəlxalq tədbirdir. Konfransda İranın nüfuzlu din xadimləri, Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri iştirak ediblər.
Konfransı İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyasının baş katibi Ayətullah Möhsün Əraki açaraq hazırkı mürəkkəb tarixi mərhələdə İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, İslam insanları humanizmə, sülhə və əmin-amanlığa çağıran dindir. Bu dinin böyük tarixi var və bu tarixin öyrənilməsi olduqca vacibdir. Təəssüf ki, son zamanlar İslama qarşı qərəzli mövqe tutulması halları müşahidə edilir və bu dinin adı terrorçuluqla bərabər çəkilir. Bu kimi qərəzli mövqelərin qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək və insanlara bu dinin mahiyyətini izah etmək lazımdır.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə konfransda çıxış edərək bildirib ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Burada müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar mehribanlıq şəraitində yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev İslam dininə xüsusi əhəmiyyət verərək, 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan edib. Bu il çərçivəsində Bakıda İslam Həmrəyliyi Oyunları keçirilib. Oyunlarda iştirak edən İslam ölkələri bütün dünyaya həmrəylik nümayiş etdiriblər.
A.Paşazadə qeyd edib ki, Azərbaycan və İran xalqları bir-biri ilə qırılmaz tellərlə bağlıdır. Tarixən formalaşmış dostluq və qardaşlıq münasibətləri, ortaq dini dəyərlər, məzhəb birliyi dövlətlərin və xalqların daha da yaxınlaşmasına zəmin yaradır. Azərbaycanda “İslam Həmrəyliyi İli” qeyd edildiyi bir vaxtda İranda bir araya gəlməyimiz xüsusilə önəmlidir. Zəmanəmizin kabusuna çevrilmiş dini və milli zəmində ekstremizm, ksenofobiya, radikalizm, təkfirçilik, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı dönəmdə bəşəriyyətə nicat verəcək ideyaların varlığına ehtiyac duyulur. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın tarixi köklərinə və milli irsinə söykənərək qlobal səviyyədə ümumbəşəri ideyaların carçısı kimi çıxış edir. Prezident İlham Əliyev “Multikulturalizm İli”nin ardınca 2017-ci ili də “İslam Həmrəyliyi İli” elan edərək terrorçuluğa, milli və dini zəmində münaqişələrə həmrəyliklə qalib gəlmək ideyasını ortaya qoyub.
Qeyd olunub ki, Azərbaycan və İran xalqlarının yaxınlaşmasında, hər iki ölkənin əlaqələrini inkişaf etdirmələrində dövlət başçılarının rolu böyükdür. Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei görüşləri zamanı ictimai həyatın bütün tərəfləri ilə yanaşı, dini və mənəvi əlaqələrin də inkişafının yüksək səviyyəyə çatdırılmasını müzakirə ediblər.
İran Prezidentinin andiçmə mərasiminə xüsusi dəvətlə qatılan Allahşükür Paşazadə çıxışında İran xalqının daha böyük nailiyyətlərə çatacağına inandığını bildirib. O əlavə edib ki, dost, qardaş xalqlarımız arasında dini-mənəvi, mədəni əlaqələrin inkişafı üçün biz mövcud imkanlardan istifadə edirik və bundan sonra da bu istiqamətdə səylərimizi davam etdirəcəyik. İranın mötəbər din xadimi Ayətullah-üzma Həmədaninin ötən il Azərbaycana səfəri bu sahədə əlaqələrin yaxınlığını göstərir. Azərbaycan dünyada nadir məkanlardandır ki, burada dini və milli ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda şiələr və sünnilər eyni məsciddə namaz qılırlar. Azan və bayram vaxtları ilə bağlı təqvim birliyi mövcuddur. Məhərrəm ayının təziyələrində hər iki məzhəbin davamçıları bir arada olurlar. Bu, Azərbaycanın həyat tərzidir, dövlət başçısının vətəndaşlar üçün yaratdığı şəraitin bəhrəsidir. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev Təzəpir məscidində Məhəmməd Peyğəmbərin mövludunda iştirak edən, Bibiheybət məscidinə yeni həyat bəxş edən, Azərbaycanda İslam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət başçımız olub. Heydər Əliyevin sayəsində dini abidələr bərpa edilib, yeni məscidlər tikilib xalqın istifadəsinə verilib.
Bu gün Prezident İlham Əliyevin səyləri nəticəsində Təzəpir, Əjdərbəy, İçərişəhər və Şamaxı cümə məscidlərinə yeni həyat bəxş olunub. Azərbaycanın dini memarlıq ənənələrini əks etdirən Heydər məscidi inşa edilib. Prezident İlham Əliyevin təbirincə desək, bizim dinimiz Azərbaycan xalqını qorudu, möhkəmləndirdi, biz buna sadiqik.
A.Paşazadə qeyd edib ki, ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan ən son həddədək beynəlxalq hüquq normalarına uyğun ədalətli sülhə nail olmaqda israrlıdır. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə İran dövlətinə təşəkkür edirik.
İranın keçmiş xarici işlər naziri Mənüçöhr Mottaki çıxış edərək Azərbaycanda İslam dininə yüksək dəyər verildiyinin sevindirici hal olduğunu bildirib. Qeyd olunub ki, hər iki xalqın eyni dinə və məzhəbə mənsub olması əlaqələrin inkişafına böyük təkan verir. Xalqların milli adət-ənənələrinin də eyniliyi dövlətlərin yaxınlaşmasını şərtləndirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib: “Müasir dünyanın elə bir regionu yoxdur ki, orada ekstremist qruplaşmalar tərəfindən terror aktları törədilməsin. Təəssüflər olsun ki, adətən bu terror aktları İslam pərdəsi altında gizlənən, amma əsl İslama heç bir aidiyyəti olmayan terrorçu dəstələr tərəfindən həyata keçirilir. Ən dəhşətlisi isə odur ki, bu cür hadisələrin qurbanı daha çox müsəlmanlar olmasına baxmayaraq, qınanan da məhz onlar olur. Ümumiyyətlə, din və terrorizm bir-birinə zidd anlayışlardır. Əsl dinin olduğu yerdə ekstremizmə və radikalizmə yer yoxdur.
Dünya xəritəsinə nəzər salsaq görərik ki, müsəlmanlar dünya əhalisinin təqribən 23 faizdən çoxunu təşkil edir. Həmçinin planetimizin quru sahəsinin 19 faizi müsəlman dünyasının ərazisindədir. Olduqca strateji əhəmiyyətə malik olan bu məntəqələr yeraltı və yerüstü sərvətlərlə zəngindir. Hazırda dünyada olan neft ehtiyatlarının təxminən 62, təbii qazın isə 60 faizi müsəlman ölkələrinin payına düşür. Bu isə onu göstərir ki, müsəlman ölkələri dünya siyasətində çox ciddi rol oynayır. Odur ki, İslamın nüfuzdan salınmasında maraqlı olan dairələr var. Halbuki müsəlman ölkələrində terror törədənlərin İslam adı altında fəaliyyət göstərən və bəzi dairələr tərəfindən maliyyələşdirilən qruplar olduğu artıq heç kəsə sirr deyil”.
M.Qurbanlı bildirib ki, bu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi bizim üçün qürurverici olmaqla yanaşı, dövlətimizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir.
Tarixən Azərbaycanda etnik və dini icmalar arasında möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olub, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməyib. Odur ki, bir Şərq dövləti, müsəlman ölkəsi kimi Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün böyük önəm daşıyır. Bu istiqamətdə əldə edilmiş ən böyük uğur isə Bakıdakı Heydər məscidində məzhəbindən asılı olmayaraq ölkə müsəlmanlarının bir araya gələrək eyni vaxtda, bir yerdə vəhdət namazı qılmasıdır. Bu hal ənənəyə çevrilərək bu gün digər məscidlərdə də tətbiq olunur.
Vurğulanıb ki, Azərbaycan üçün ən böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində biz digər müsəlman ölkələri kimi, İranın da dəstəyini həmişə hiss etmişik. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin Azərbaycan torpaqlarının işğalı ilə bağlı fikri açıq və konkretdir: “Qarabağ müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər şəhiddirlər”.
Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Beynəlxalq hüquq normaları kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edilib. Ancaq Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymayaraq işğal etdiyi torpaqlarımızda əcdadlarımızın qəbirlərini, məscidlərimizi, tarixi-mədəni irsimizi dağıdıb. Xüsusilə işğal olunmuş ərazilərdə dini abidələr təhqir obyektinə çevrilib. Ermənistan tərəfindən qəsdən Şuşa və Ağdam məscidlərində İslam dininə görə haram və murdar olan heyvanlar saxlanılır. Münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, məcburi köçkün həyatı yaşayır.
Komitə sədri vurğulayıb ki, İran ilə Azərbaycanın dostluğu iki xalqın əlaqələrinin inkişafına imkan yaratmaqla yanaşı, ümumilikdə, müsəlman dünyasının bu gün çox ehtiyac duyduğu həmrəyliyə öz töhfəsini verə bilər.
Milli Məclisin komitə sədri, Azərbaycan-İran parlamentlərarası işçi qrupunun sədr müavini Eldar İbrahimov deyib ki, iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında ümummilli lider Heydər Əliyevin böyük rolu var. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən 1992-ci ilin avqust ayında İrana səfər edib və hərtərəfli əməkdaşlıq əlaqələrinin əsasını qoyub. Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev İran ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Məhz Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində İran ilə Azərbaycan arasındakı əlaqələr bugünkü yüksək səviyyəyə çatıb. Ötən il Azərbaycan Prezidentinin İrana rəsmi səfəri çərçivəsində enerji, gömrük, nəqliyyat, səhiyyə, kənd təsərrüfatı və digər sahələri əhatə edən 11 əməkdaşlıq sənədi imzalanıb. Ötən ilin avqustunda isə İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri dövlətlərimiz arasındakı iqtisadi və siyasi əlaqələrin yüksək perspektivinin olduğunu göstərir.
Azərbaycanda 450 İran şirkəti fəaliyyət göstərir. Azərbaycanda yaradılmış münbit investisiya mühiti İran şirkətlərinə daha geniş imkanlar yaradıb. Parlamentlərarası işçi qruplarının qarşılıqlı səfərləri və əldə edilən nəticələr iki dost və qardaş dövlət arasında bütün sahələr üzrə əməkdaşlığın gələcəkdə də davam edəcəyini deməyə əsas verir.
Azərbaycanın Rusiyadakı səfiri, UNESCO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu çıxışında bildirib ki, belə konfransların təşkili çox faydalı ola bilər. Bu fayda isə ondan ibarətdir ki, İslam dinini araşdıran alimlər bu dini düzgün şəkildə insanlara çatdırırlar. İran və Azərbaycan xalqlarının eyni dinə mənsubluğu hər iki dövlətin beynəlxalq arenada həmrəylik nümayiş etdirmələrini və nümunə göstərmələrini əsaslandırır.
Öz fəaliyyəti haqqında məlumat verən P.Bülbüloğlu İranın da UNESCO çərçivəsində fəal işlədiyini bildirib və xatırladıb ki, o, qurumun baş direktoru vəzifəsinə yeganə müsəlman namizəddir. P.Bülbüloğlu nəmizədliyinin İran nümayəndələri tərəfindən dəstəklənəcəyinə əminliyini ifadə edib.
Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov təbliğat məsələlərində informasiyanın əhəmiyyətindən danışıb. Nəzərə çatdırıb ki, İslam dini haqqında yayılan qərəzli məlumatların əsası yoxdur. İnformasiyadan istifadə edən bəzi siyasi dairələr insanların düşüncəsinə təsir edərək münaqişələr yaradır və öz maraqlarını güdürlər. Bu kimi halların qarşısını almaq üçün alim və mütəfəkkirlər istər mediada, istərsə də sosial şəbəkələrdə fəal olmalı, insanlara həqiqətin nədən ibarət olduğunu izah etməlidirlər.
Konfransda İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assosiasiyasının Müşahidə Şurasının üzvü, böyük islamşünas alim Axund Rəhbəri, Ayətullah Məhəmməd Təsxiri, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, İran İslam Respublikasının Ali Rəhbərinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejat, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, İmam Sadiq Universitetinin müəllimi doktor Derəxşe və başqaları çıxış edərək İslam həmrəyliyinin əhəmiyyətindən danışıblar.
Sonda İran İslam Respublikasının Ali Dini Rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Ayətullah Möhsün Qumi çıxış edib. O qeyd edib ki, İslam həmrəyliyi yalnız müsəlman aləmində deyil, bütün dünyada sülhün və əmin-amanlığın bərpasına kömək edə bilər. Xalqlar və dövlətlər dünyanın inkişafı prosesində daim əlaqədə olublar. Xalqların arasında düşmənçiliyin yaranması cahillikdən irəli gəlir. Həmrəylik bu münaqişələrin yaranmasının qarşısını ala biləcək bir vasitədir.
Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin İslam həmrəyliyi ideyasını yüksək qiymətləndiriblər, bu ideyanın çox əhəmiyyətli olduğunu, müasir dünyanın məhz həmrəyliyə ehtiyac duyduğunu bildiriblər.
Sonra konfrans iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar.
Konfransda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

 
  • Oxunub:  4020  |  
  • Tarix:  07-08-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu

12:27
16 İyul
Bakıda “Media: dini radikalizmlə mübarizə” mövzusunda konfrans keçirilib
12:23
16 İyul
Cavid Osmanov: Azərbaycan güclü dövlətdir və heç bir qüvvə ölkəmizdəki sabitliyə xələl yetirə bilməz
12:21
16 İyul
Mirzəcan Xəlilov: Təxribatçı qüvvələr heç vaxt bizim birliyimizi poza bilməyəcəklər
12:18
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyində TÜRKPA nümayəndə heyəti ilə görüş olub
12:04
16 İyul
Əli Həsənov: “Milli iradəyə qalib gəlmək mümkün deyil”
11:31
16 İyul
Gənc heydərçilər hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınıblar
11:25
16 İyul
Mübariz Qurbanlı: Gəncədəki hadisələr terror aktı, bunu törədənlər isə din adı altında gizlənmiş radikal qruplardır
11:05
16 İyul
Səyyar “ASAN xidmət” davam edir
10:59
16 İyul
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində növbəti reyd keçiriblər
10:54
16 İyul
Dilarə Cəbrayılova: Gəncədə baş verən hadisə dövlətimizə, suverenliyimizə qarşı yönələn bir təxribatdır
10:51
16 İyul
Energetika Nazirliyi Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası ilə bağlı qiymətləndirmələr aparacaq
10:24
16 İyul
Şahin Mustafayev: Çin şirkətləri Azərbaycana 800 milyon dollara yaxın investisiya qoyub
10:22
16 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 96 dəfə pozub
20:26
15 İyul
DİN: Rəşad Böyükkişiyev qumbara istifadə etməyə çalışarkən məhv edilib
20:22
15 İyul
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
16:54
15 İyul
Kann şəhər merinin müavini: Azərbaycan mədəniyyəti günləri əlaqələrimizi daha da zənginləşdirib
16:51
15 İyul
Alen Bezye: Kann şəhərinin sakinləri mədəniyyət günləri sayəsində Azərbaycanı yaxından tanıyırlar
16:45
15 İyul
Gəncə hadisələri ilə bağlı daha bir neçə şəxs saxlanılıb
16:43
15 İyul
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
15:27
15 İyul
Dövlət sərhədində Ermənistanın kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısı alınıb
14:52
15 İyul
Türkiyədə 15 iyul - Demokratiya və Milli Birlik Günü qeyd olunur
14:40
15 İyul
Gəncədə törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib
14:40
14 İyul
Gəncədə törədilən cinayətlər ölkəmizin ən böyük sərvəti olan sabitliyi pozmaq cəhdi idi
14:35
14 İyul
Avropa İttifaqının və NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Prezident, Ali Baş Komandanın dünyadakı nüfuzunun göstəricisidir
14:29
14 İyul
Gəncə hadisələrində iştirakda təqsirləndirilən üç nəfər həbs edilib
11:51
14 İyul
Yarım ildə BTC ilə 16,5 milyon ton neft göndərilib
11:48
14 İyul
Kamilə Əliyeva: Xaricdən idarə edilən bəzi internet resursları insanları təxribatlara yönləndirir
11:46
14 İyul
İlin birinci yarısında Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3,65 milyard kubmetrdən çox qaz ötürülüb
11:41
14 İyul
Flora Qasımova: NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistan üçün ciddi siqnaldır
11:38
14 İyul
Azərbaycan əhalisinin sayı 9 milyon 929 min 513 nəfərə çatıb
11:37
14 İyul
Sumqayıt şəhəri üçün ilin birinci yarısı uğurlu olub
11:30
14 İyul
Mirhəsən Seyidov: Gəncə hadisələrinin arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır
11:25
14 İyul
Heydər Əliyev fenomeni: dünəndən bu günümüzə, bu gündən sabahımıza salınan körpülər
11:19
14 İyul
Miqrasiya ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq dəyişikliklər qüvvəyə minib
11:17
14 İyul
Aydın Quliyev: Azərbaycana qarşı olanların, separatizmi dəstəkləyənlərin Gəncədəki məlum hadisələri törədən xəyanətkarları müdafiə etməsi çox mətləblərdən xəbər verir
11:13
14 İyul
Bakı Dövlət Universitetində tyutorlara sertifikatlar təqdim olunub
11:10
14 İyul
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 92 dəfə pozub
20:29
13 İyul
Bakıda Misirin milli bayramı qeyd edilib
20:01
13 İyul
Brüsseldə qəbul edilən qərarlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu siyasi-hüquqi baxımdan bir daha möhkəmləndirmiş oldu
19:43
13 İyul
Azərbaycan xalqının milli birlik ideyalarının formalaşmasında ənənəvi inancların roluna dair seminar keçirilib
19:05
13 İyul
Aydın Hüseynov: Prezident İlham Əliyevin xarici siyasətində Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur
18:41
13 İyul
Konstitusiya Məhkəməsinin yaradılmasının 20 illik yubileyi geniş qeyd olunub
18:12
13 İyul
Elman Nəsirov: Brüsseldə imzalanmış sənədlərlə razılaşmaq məcburiyyətində qalan Paşinyan məğlub statusundadır
18:05
13 İyul
AMEA Gəncə Bölməsinin əməkdaşı: İntellektual gənclik terrorun, şiddətin qəti əleyhinədir
18:02
13 İyul
Səmərəsiz səfər: Qərbə üz tutan erməni prezident əliboş qayıdıb
17:44
13 İyul
Federiko Renzi: Azərbaycan multikulturalizm sahəsində nümunəvi modelə sahibdir
17:42
13 İyul
Tvinninq layihəsi çərçivəsində görülən işlər müzakirə olunub
17:41
13 İyul
Azərbaycanda Kök Hüceyrə Mərkəzi yaradılacaq
17:39
13 İyul
Qurban Əliyev: Azərbaycanın inkişafı, hərbi qüdrətinin artması bir sıra xarici qüvvələri, düşmənlərimizi ciddi narahat edir
17:36
13 İyul
Azərbaycan ağsaqqalları radikal qüvvələrin cəmiyyətimizi iğtişaşlara təhrik etməsini qətiyyətlə pisləyirlər
17:13
13 İyul
Təhsil naziri Balakəndə vətəndaşları qəbul edib
17:10
13 İyul
Qaradağda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
17:08
13 İyul
Azərbaycanla Çin arasında mədəni əməkdaşlıq məsələləri müzakirə edilib
17:07
13 İyul
Təhsil naziri: Son 15 ildə Azərbaycanda üç mindən çox yeni məktəb binası tikilib
16:53
13 İyul
Azərbaycan Respublikasının multikulturalizm siyasəti ölkədaxili sabitliyin qarantıdır
16:52
13 İyul
Gəncədə törədilən iğtişaşların qabaqcadan planlaşdırıldığı və xaricdən idarə edildiyi təsdiqlənib
16:50
13 İyul
Elman Məmmədov: Bu fakt diplomatik cəbhədə Azərbaycanın daha bir uğuru, işğalçı Ermənistanın isə məğlubiyyətidir
16:35
13 İyul
Sevinc Fətəliyeva: "Tərəfdaşlıq prioritetləri" sənədi Azərbaycanla Aİ arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir
16:32
13 İyul
Prezident İlham Əliyev: Azərbaycan xalqı tam əmin ola bilər ki, ölkəmiz bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək
16:31
13 İyul
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
16:16
13 İyul
Gəncə hadisələri zamanı həlak olan polis zabitləri “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər
16:13
13 İyul
Prezident İlham Əliyev: Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir
16:08
13 İyul
Hikmət Hacıyev: Ermənistanın bu hərəkəti BMT-nin üzv dövlətlərinə və Nizamnaməsinə qarşı hörmətsizlikdir
16:08
13 İyul
Azərbaycan Prezidenti: Xalq-iqtidar birliyi sabitliyimizin əsas şərtidir
16:05
13 İyul
Prezident: Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər
16:04
13 İyul
İlin birinci yarısında Füzulidə 4 milyon 596,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb
16:03
13 İyul
Pirallahıda dərman preparatları və şprits istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir
15:56
13 İyul
Prezident İlham Əliyev: Gəncədəki terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir
15:35
13 İyul
Prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
15:30
13 İyul
Sahibkarlar "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə tanış olublar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+28 +33
gecə+24 +27