Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin ilkin təlimatı və hakimlər kollegiyasının iclası keçirilib

Bakıda “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin ilkin təlimatı və hakimlər kollegiyasının iclası keçirilib

24.07.2017 [16:45]

İyulun 24-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qaydaları, təhlükəsizlik və təşkilati məsələlərlə bağlı ilkin təlimat və hakimlər kollegiyasının iclası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə müsabiqənin təsdiq olunmuş əsasnaməsinə yenidən baxılıb, əlavə dəyişikliklərin aparılması və təşkilati məsələlərlə bağlı tərəflərin təklifləri dinlənilib. Hakimlər heyətinin tərkibi dəqiqləşdirilib və epizodların keçiriləcəyi yerlərə baxışların keçirilmə vaxtları dəqiqləşdirilib.
Bildirilib ki, müsabiqə “Artilleriya atəşlərinin yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı”, həmçinin “Dəniz hazırlığı” üzrə yarışların keçirilməsi ilə üç mərhələdən ibarət olacaqdır.
“Dəniz kuboku - 2017” müsabiqəsinin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətdədir.

Paylaş:
Baxılıb: 258 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31