Əmlak Məsələləri Dövlət Komitəsində 2017-ci ilin birinci yarısına dair müşavirə keçirilib
24.07.2017 [15:24]
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən bu ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, müşavirədə komitə sədri Kərəm Həsənov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkədə siyasi sabitliklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə edildiyini vurğulayıb. Bildirib ki, komitə də ölkədə aparılan iqtisadi islahatlara, fəaliyyətində müasir idarəetmə elementlərinin tətbiqinə və modern yanaşmalara uyğun olaraq davamlı, genişmiqyaslı tədbirlər həyata keçirir. Cari ilin 6 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı monitorinqlər aparılıb, 700-ə yaxın monitorinq aktı təhlil edilib. Beş mindən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılıb, hazırda isə sahəvi təhlillər aparılır.
Qeyd edilib ki, ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən yeni, müasir yanaşmalar tətbiq etməklə özəlləşdirilmə sürətləndirilir, prosedurlar elektronlaşdırılır. Bu sahədə şəffaflığın, operativliyin təmin olunması, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb edilməsi istiqamətində işlər davam etdirilib. Prosesə yerli investorların daha fəal cəlb edilməsi məqsədilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) iştirakı ilə 120-yə yaxın iri yerli holdinq, şirkət, assosiasiya və iş adamının qatıldığı işgüzar forum keçirilib. Forum çərçivəsində ASK ilə əməkdaşlıq haqqında memorandumu imzalanıb.
Komitə tərəfindən istifadəyə verilmiş “Özəlləşdirmə portalı”ndan yanvar-iyun ayları ərzində istifadə edənlərin sayı 400 minə yaxın olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan istifadə edənlərin sayı 800 mini keçib.
2017-ci ilin ilk 6 ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla ümumilikdə 103 hərrac təşkil olunub.
Müşavirədə bildirilib ki, ƏMDK özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracı istifadəyə verib. İlk olaraq daşınar əmlakın özəlləşdirilməsini həyata keçirən Elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılaraq dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilərlər.
Vurğulanıb ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, torpaqların elektron kadastr uçotunun aparılması istiqamətində işlər davam etdirilib. Elektron kadastr uçotunun işləri yekunlaşmış 12 rayonda bələdiyyə xəritələrinin hazırlanması prosesi davam etdirilir. Cari ildə 14 rayonda torpaqların elektron uçotuna alınması işinin tam yekunlaşması nəzərdə tutulur. Ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi və ona bitişik şəhər və qəsəbələrdə daşınmaz əmlaklar barədə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 14 rayonun 837 min hektara yaxın ərazilərinin yay və qış otlaqlarında, eləcə də bələdiyyələrin kəndətrafı örüş və biçənəklərində irimiqyaslı çöl-geobotaniki tədqiqat işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Ötən 6 ayda 268 min hektara yaxın ərazidə çöl-torpaq tədqiqatı, 200 min hektar ərazidə çöl-geobotaniki tədqiqat işləri yerinə yetirilib.
Respublikanın 57 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 30 minə yaxın küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib. Fevral ayında vətəndaşların istifadəsinə verilən AzNav - ilk rəsmi naviqasiya sistemi istifadəçilərinin sayı 6 ay ərzində 100 minə yaxın olub.
Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinq və reydlərin keçirilməsi işləri də davam etdirilir. Hesabat dövründə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 600 hal üzrə inzibati protokollar tərtib olunub. Ümumilikdə indiyədək 1700 inzibati protokol əsasında 1,2 milyon manat cərimə tətbiq edilib, 240 hal üzrə müvafiq sənədlər aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Müşavirədə, həmçinin bildirilib ki, 32 müraciət üzrə torpaq sahəsinin təyinatı dəyişdirilib. Kənd təsərrüfatı məqsədilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində növbəti innovativ addım çıxarış və arxivlərin elektronlaşdırılmasıdır. Bununla əhaliyə əmlaklar üzərində çıxarışların elektron formatda təqdim edilməsi mümkün olub.
İlk 6 ay ərzində keçirilmiş 14 “Kütləvi çıxarış” kampaniyasının 2-si paytaxtda, 12-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə vətəndaşlardan 33 mindən çox müraciət qəbul olunub. Ümumilikdə 2017-ci il ərzində ölkə üzrə 94 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb, bu göstəricinin 28 min 348-i ilkin, 64 min 954-ü isə təkrar qeydiyyata aiddir.
Qeyd edilib ki, hesabat dövründə ƏMDK ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflərin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi üçün geniş platforma yaradılır.
Komitənin “Çağrı mərkəzi”nin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə komitənin aparatında müasir standartlara cavab verən 193 nömrəli vahid “Çağrı mərkəzi” yaradılıb. ƏMDK-nın fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən yanvar-iyun ayları ərzində 80 mindən çox müraciət daxil olub və cavablandırılıb.
Bu il regionlarda 6 vətəndaş qəbulu keçirilib, 53 vətəndaş qəbul edilərək müraciətlərinə baxılıb.
Müşavirənin sonunda komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, torpaqların elektron kadastr uçotu sisteminin yaradılması, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətlənməsi, torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın daha da artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, daşınmaz əmlakın kadastrının aparılması ilə bağlı işlərin davam etdirilməsi, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi istiqamətində zəruri işlərin görülməsi barədə tapşırıqlarını verib. Bildirib ki, komitə fəaliyyəti üzrə ictimai xidmətlərdə əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsinə xüsusi önəm verir. Komitə sədri fəaliyyət istiqamətlərində elektronlaşmanın təmin edilməsi, elektron hərracların daha geniş şəkildə tətbiq olunması, yeni innovativ layihələrin davamlı olaraq keçirilməsi ilə bağlı tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27