Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Maksim Kuryaçi: Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qondarma “prezident seçkiləri”nin keçirilməsi növbəti provokasiyadır

Maksim Kuryaçi: Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qondarma “prezident seçkiləri”nin keçirilməsi növbəti provokasiyadır

20.07.2017 [16:10]

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində qondarma “prezident seçkiləri”nin keçirilməsi beynəlxalq hüququn bütün normalarının nümayişkaranə şəkildə pozulmasından başqa bir şey deyildir. Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçi söyləyib.
O deyib: “Təcavüzkar saxta demokratik prosedurların köməyi ilə öz cinayətini legitimləşdirməyə, beynəlxalq birliyi oyuncaq rejimin yaradılması faktı qarşısında qoymağa çalışır. Tarix yetərincə belə nümunə tanıyır və onların hamısının aqibəti eyni olub”.
Ali Rada deputatının sözlərinə görə, ukraynalılar işğal edilmiş ərazilərdə “prezident seçkiləri” ilə bağlı məzhəkəni birmənalı şəkildə davam edən təcavüz və Azərbaycan Respublikasına qarşı növbəti təxribat kimi qiymətləndirirlər.

Paylaş:
Baxılıb: 237 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31