Səlim Müslümov: Əmək pensiyalarının orta aylıq məbləği il ərzində 6,4% artıb
19.07.2017 [12:17]
Əmək pensiyalarının orta aylıq məbləği il ərzində 6,4% artıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin birinci yarısına dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
S.Müslümov bildirib ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə uyğun, yəni 12,4 faiz indeksləşdirilərək artırılması həyata keçirilib:
“Ümumiyyətlə, sosial təminat sisteminin mühüm bir sahəsi olan pensiya təminatı sahəsində artım dinamikası 2017-ci ildə də davam edir. Cari ilin 1 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4% artaraq 224 manata çatıb. Pensiyaçıların sayı isə cari ilin 1 iyul tarixinə 1 milyon 325 min nəfər (ölkə əhalisinin 13,5%-i) təşkil edir ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alanlardır”.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 01 may tarixli fərmanı ilə pensiya qanunvericiliyində bu il iyulun 1-dən qüvvəyə minən dəyişikliklərin pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərini əhəmiyyətli şəkildə gücləndirdiyini vurğulayıb: “Bununla da bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsində mühüm faktor kimi vətəndaşların pensiya təminatı sistemində və üzləşə biləcəkləri sosial risklərin səmərəli idarə olunmasında, bu risklərin mənfi nəticələrinin minimallaşdırılmasında daha fəal iştirakı stimullaşdırılır. Qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırmanın həyata keçirilməsi, pensiya təminatı sistemində təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi, sığorta prinsiplərinə uyğun olmayan ödəmələrin tənzimlənməsi və s. kimi mühüm məsələlərin həlli təmin olunur. Eyni zamanda bu dəyişikliklər başlıca məqsədlərdən biri olan - pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına əsaslı təminat verir”.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Mart 11:00
Siyasət
29 Mart 10:57
Xəbər lenti
29 Mart 10:55
Siyasət
29 Mart 10:52
Siyasət
29 Mart 10:44
İqtisadiyyat
29 Mart 10:42
MEDİA
29 Mart 10:38
Siyasət
29 Mart 10:35
Xəbər lenti
29 Mart 10:33
Siyasət
29 Mart 10:32
Siyasət
29 Mart 10:30
Gündəm
29 Mart 10:22
Xəbər lenti
29 Mart 10:21
Siyasət
29 Mart 10:12
Gündəm
29 Mart 10:00
Xəbər lenti
29 Mart 09:47
Xəbər lenti
29 Mart 09:45
Xəbər lenti
29 Mart 09:42
Xəbər lenti
29 Mart 09:41
Xəbər lenti
28 Mart 21:43
Xəbər lenti
28 Mart 20:42
Xəbər lenti
28 Mart 19:24
Xəbər lenti
28 Mart 18:25
Xəbər lenti
28 Mart 17:59
Xəbər lenti
28 Mart 17:20
Xəbər lenti
28 Mart 17:19
Siyasət
28 Mart 17:14
İqtisadiyyat
28 Mart 16:48
Xəbər lenti
28 Mart 16:45
Xəbər lenti
28 Mart 16:20
Xəbər lenti
28 Mart 16:17
Sosial
28 Mart 16:08
Xəbər lenti
28 Mart 16:01
Avropa
28 Mart 15:47
İdman
28 Mart 15:26
İqtisadiyyat
28 Mart 14:56
Xəbər lenti
28 Mart 14:39
Dünya
28 Mart 14:18
Xəbər lenti
28 Mart 13:24
Dünya
28 Mart 13:10
Xəbər lenti
28 Mart 13:08
Xəbər lenti
28 Mart 13:06
Xəbər lenti
28 Mart 12:45
Xəbər lenti
28 Mart 12:17
Xəbər lenti
28 Mart 12:12
Xəbər lenti
28 Mart 11:55
Xəbər lenti
28 Mart 11:53
Dünya
28 Mart 11:40
Sosial
28 Mart 11:23
Analitik
28 Mart 11:20
Siyasət
28 Mart 11:16
Siyasət
28 Mart 11:10
İqtisadiyyat
28 Mart 11:07
Analitik
28 Mart 11:00
Xəbər lenti
28 Mart 10:55
Xəbər lenti
28 Mart 10:51
MEDİA
28 Mart 10:50
Siyasət
28 Mart 10:45
Siyasət
28 Mart 10:43
Xəbər lenti
28 Mart 10:42
Siyasət
28 Mart 10:40
Siyasət
28 Mart 10:35
Gündəm
28 Mart 10:33
Siyasət
28 Mart 10:29
Xəbər lenti
28 Mart 10:28
Gündəm
28 Mart 10:23
Xəbər lenti
28 Mart 10:18
Siyasət
28 Mart 10:15
Siyasət
28 Mart 10:05
Siyasət
28 Mart 09:55