Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Silahlı Qüvvələrdə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

Silahlı Qüvvələrdə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir

14.07.2017 [14:07]

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 48-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrdə silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vaxtilə Ulu Öndərin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi qonağı olduğu hərbi hissədə unudulmaz liderimizin xatirəsi dərin ehtiramla yad edilib, dahi şəxsiyyətin büstü qarşısına gül dəstələri qoyulub və ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli mərasim təşkil edilib.
Tədbirdə Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin Ulu Öndərə həsr etdiyi kitablar sərgilənib. Müəllif ulu öndər Heydər Əliyev ilə görüşlərindən danışıb və hər bir kitab haqqında ətraflı məlumat verib. “Heydər Əliyev və Azərbaycan Ordusu”, “Mənim Hərbi Liseyim”, “Heydər Əliyev məktəbi”, “Müasir Azərbaycan Ordusunun memarı”, “Naxçıvan Qarnizonunda Heydər Əliyevlə unudulmaz görüşlər”, “Yolumuz Heydər Əliyev yoludur”, “Otuz ilin sevinci” və digər kitablar tədbir iştirakçılarında böyük maraq oyadıb.
Tədbirdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev “Heydər Əliyev müasir Azərbaycan Ordusunun memarıdır” mövzusunda məruzə ilə çıxış edib.
Qeyd olunub ki, hələ ötən əsrin 70-ci illərində Sovet İttifaqında vahid ordu olduğu bir dövrdə Ulu Öndərimiz Azərbaycan övladları üçün Cəmşid Naxçıvanski adına hərbiləşdirilmiş xüsusi orta məktəb yaratmağı qərara alıb. Bu təşəbbüsün Moskvada etirazla qarşılanmasına və məktəbin bağlanılması haqqında dəfələrlə göstərişlər verilməsinə baxmayaraq, Heydər Əliyevin iradəsi ilə məktəb fəaliyyətini davam etdirib, gələcəkdə müstəqilliyini bərpa edəcək Azərbaycanımızın Ordusunun zabit korpusu üçün bünövrə qoyulub. Xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı xüsusi təyinatlı təhsil ocağının yaradıcısı sonralar böyük fəxrlə deyib: “1971-ci ildə mən Azərbaycanın gələcəyini düşünərək Bakıda xüsusi bir hərbi məktəbin yaranmasına nail oldum. Mən indi düşünürəm, əgər bu hərbi məktəb olmasa idi, bizim ordumuzdakı o zabitlərin çoxu yəqin olmayacaqdı. Çünki bu zabitlərimizin çoxu həmin məktəbin yetirməsidir”.
General-mayor R.Əliyev ümummilli lider Heydər Əliyev ilə bağlı xatirələrini yada salaraq, 2002-ci il iyunun 17-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında (bu filial əsasında Heydər Əliyev adına Hərbi Lisey yaranıb və bu tədris ocağı Ümummilli Liderimizin adının əbədiləşdirildiyi ilk ünvandır) onunla görüşünü xatırlayıb, müasir mütəşəkkil ordumuzun yaranmasında müstəsna xidmətlərindən bəhs edib.
Nəzərə çatdırılıb ki, Ulu Öndər 1990-cı ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi zaman, Milli Ordu mövcud olmadığı bir vaxtda Naxçıvanı erməni təcavüzündən qorumaq məqsədilə Naxçıvan Milli Müdafiə Komitəsini yaradıb və bu qurumun bazasında gücləndirilmiş əlahiddə diviziya və bir neçə il öncə isə dahi liderin arzuları reallaşaraq artıq Əlahiddə Ümumqoşun Ordusu formalaşıb.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə Azərbaycan hakimiyyətinə qayıdışından sonra əsl ordu yaranıb. Bu gün ordu quruculuğu prosesi Ümummilli Liderimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, 48 il öncə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə ölkəmiz tərəqqi və inkişaf mərhələsinə qədəm qoyub. Respublika fəalları, bütün xalq Vətənimizin daha da çiçəklənməsi naminə səfərbər edilib. Az bir vaxt ərzində ölkəmiz sözün həqiqi mənasında əsl quruculuq, yarış meydanına çevrilib. Azərbaycan neftçilərinin, metallurqların, fabrik, zavod fəhlələrinin, kənd təsərrüfatı işçilərinin əldə etdikləri yüksək nailiyyətlər xalqın sosial həyat tərzinin, rifahının daha da yaxşılaşmasına şərait yaradıb. Şəhərlər inkişaf edib, kəndlərin, qəsəbələrin siması dəyişib, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Yeni yollar çəkilib, körpülər salınıb, su dəryaçaları yaradılıb, əsrlərlə insan ayağı dəyməyən susuz səhralara yeni həyat bəxş edilib.
Deputat bildirib ki, bəlkə də bunlar bu gün adi görünə bilər, ancaq o illərdə bütün bunlar inqilabi dəyişikliklər idi. Bütün bu nailiyyətlər Heydər Əliyev epoxasının, quruculuq inqilabının uğurlarıdır.
Xalq Artisti, Dövlət mükafatları laureatı, professor Amaliya Pənahova deyib: “Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə xalqımızın mənəvi həyatında mühüm dəyişikliklər baş verdi. Elm, mədəniyyət, incəsənət, ədəbiyyat dinamik sürətlə inkişaf etdi. Keçmiş SSRİ-nin bütün respublikalarında nümayəndələr Azərbaycandan mənəviyyat dərsi almaq üçün respublikamızda keçirilən mənəvi tərbiyənin aktual problemlərinə həsr olunmuş elmi-praktik konfranslara gəlirdilər. Azərbaycanın neçə-neçə görkəmli sənətkarı məhz ulu öndər Heydər Əliyevin sayəsində o dövrün ən yüksək fəxri adlarına, mükafatlarına layiq görüldü.
Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev ümummilli lider Heydər Əliyevin 1993-cü ilin noyabrında xalqa müraciətindən sonra onun səsinə ilk səs verdiklərini, iki gün sonra Ulu Öndərlə görüşdüklərini və dahi rəhbərin xeyir-duası ilə cəbhə bölgəsinə yola salındıqlarını xatırlayıb. O, bu gün də Azərbaycan naminə bütün veteranların Ali Baş Komandan əmrlərinə hazır olduqlarını bəyan edib.
Təntənəli mərasim zəfər marşı ilə başa çatıb.

Paylaş:
Baxılıb: 260 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30