Ana səhifə »  Qəzetin pdf formatı »  “Aqroparkların uğurlu fəaliyyəti torpaq və su resurslarından səmərəli istifadədən asılıdır”
A+   Yenilə  A-
“Aqroparkların uğurlu fəaliyyəti torpaq və su resurslarından səmərəli istifadədən asılıdır”

AMEA-nın aqrar məsələlər üzrə müşaviri, akademik Qərib Məmmədovun SİA-ya eksklüziv müsahibəsi
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında aqrar sahədə yeni aqroparkların yaradılması məsələsinə toxunaraq bildirdi ki, ölkəmizdə 38 böyük aqropark yaradılacaq. Bunun əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik?
- Məlum olduğu kimi, kənd təsərrüfatı istehsalının sürətli inkişafı, istehsalın iqtisadi səmərəliliyinin artırılması aqrar sahədə torpaqdan, müasir texnika və texnologiyalardan düzgün istifadə edilməsini, elmi biliklərin istehsalatda tətbiqini tələb edir. Ancaq ayrı-ayrı torpaq mülkiyyətçisinə məxsus kiçik torpaq sahələri innovativ texnologiya və müasir istehsal metodlarının kənd təsərrüfatı istehsalında tətbiqinə imkan vermir. Nəticədə onlara məxsus əkinəyararlı torpaq sahələri bəzən istifadəsiz qalaraq kənd təsərrüfatı dövriyyəsindən çıxır və ya məhsuldarlıq xeyli aşağı düşür. Bu da ölkəmizdə ərzaq təhlükəsizliyinin tam şəkildə yerli istehsal hesabına ödənilməsini çətinləşdirir. Problemi aradan qaldırmaq məqsədilə möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, respublikanın 20 rayonunda müasir suvarma sistemlərinin tətbiqi ilə 32 iri fermer təsərrüfatı yaradıldı. Kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, xüsusilə tərəvəzçilik, bağçılıq və heyvandarlığın ötənilki göstəricilərinə baxdıqda nəticənin uğurlu olduğunu görürük. İndi isə aqrar sahədə 2014-cü ildə möhtərəm Prezidentin imzaladığı "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikasının Fərmanından irəli gələrək ixrac potensialımızı artırmaq məqsədilə 38 böyük aqropark yaradılır. Hesab edirəm ki, cənab Prezident respublikamızda aqroparkların yaradılması konsepsiyasını irəli sürməklə ölkəmizdə aqrar-sənaye kompleksinin modernləşdirilməsi ilə yanaşı, əhalinin ərzaq təhlükəsizliyinin təminatının daha da səmərəli təşkilinə, kənd təsərrüfatı istehsalının artırılmasına, onun keyfiyyət göstəricilərinin yüksəldilməsinə nail olunacaq. Bundan başqa, aqroparklar əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə də təkan verəcək. Qeyd etdiyim kimi, ötən illərdə ölkədə iri fermer təsərrüfatlarının yaradılması və bu işin uğurla davam etməsi dövlətin bu sahəyə diqqəti ilə yanaşı, özəl sektorun cənab Prezidentin təşəbbüsünə çox məsuliyyətlə yanaşması fonunda mümkün olub. Aqroparkların da yaradılması özəl əsaslarla həyata keçiriləcəyindən sahibkarlar bu sahənin inkişafında maraqlı olmalıdırlar. Çünki əvvəlki təsərrüfatçılıq formaları ilə müqayisədə aqroparklar aqrar sahənin inkişafına əngəl törədən bir sıra problemlərin həllini ortaya qoyan müasir təsərrüfatçılıq mexanizmidir.
- Aqroparklar peşəkar kadrlara tələbat yaradacaq. Hazırda kənd təsərrüfatı və ərzaq sənayesi üzrə kadr hazırlığı qənaətbəxşdirmi?
- Şübhəsiz ki, aqrar sahədə uğurların əldə edilməsi, ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı ilə bağlı möhkəm əsasların yaradılması bu sahədə ali təhsilli mütəxəssislərin hazırlanmasını, aqrar sahənin elmi təminatının yüksəldilməsini zəruri edir. Sevindirici haldır ki, bu məsələlər dövlətimizin aqrar siyasətində mərkəzi yer tutmaqdadır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda göstərilir ki, aqrar elmin əsas məqsədi tədqiqatların regionlar üzrə təsərrüfat fəaliyyətinin prioritet istiqamətlərinə uyğunluğunu təmin etmək, mövzu planlarını sahibkarların tələbləri əsasında formalaşdırmaq, tədqiqatın nəticələrinin tətbiqi və yayılması sistemini təkmilləşdirmək, elmin maddi-texniki bazasını və kadr potensialını gücləndirməkdən ibarətdir. Qeyd olunan Dövlət Proqramında, eləcə də digər mühüm dövlət sənədlərində qarşıya qoyulan məqsədlərə nail olmaq, ölkəmizdə aqrar sahənin elmi təminatını daha da yaxşılaşdırmaq, bu sahədə yüksəkixtisaslı kadrlar hazırlamaq üçün Azərbaycan Milli Elmlər Akademiyası zəruri addımlar atmaqdadır. Yəni respublikamızda aqrar sahənin mövcud elmi təminatı yeni yaradılacaq aqroparkların inkişafını daha da sürətləndirəcək.
- Aqroparkların uğurla fəaliyyət göstərməsi respublikamızın torpaq və su resurslarından səmərəli istifadəni labüd edir. Bu istiqamətdə nə kimi işlər görülməlidir?
- Əlbəttə, aqroparklar təsərrüfatçılıq forması kimi hər nə qədər ideal olsa da, biz aqrar sahədə uğurlar qazanmaq istəyiriksə, kənd təsərrüfatına yararlı torpaqlardan, eləcə də su ehtiyatlarımızdan səmərəli istifadə etməliyik. Başqa sözlə, aqroparkların uğurlu fəaliyyəti respublikamızın torpaq və su resurslarından səmərəli istifadədən asılıdır. Qeyd edim ki, AMEA-da çalışan alim və mütəxəssislər Azərbaycanın elektron torpaq xəritəsinin hazırlanması, torpaqların inventarlaşdırılması, bonitrovkası, iqtisadi cəhətdən qiymətləndirilməsi, daşlı-çınqıllı, şərti yararsız torpaqların, bataqlıqların əkin dövriyyəsinə qaytarılması, torpaqların şoranlaşması, şorakətləşməsi, eroziyaya uğramasının öyrənilməsi və xəritələşməsi, növbəli əkin sisteminin yaradılması, rekultivasiya məsələləri, melorasiya və irriqasiya sisteminin yenidən qurulması, elektron kənd təsərrüfatı və rayonlaşmış yüksək məhsuldar toxumların seleksiyası istiqamətində ciddi tədqiqat işləri ortaya qoyaraq bir çox nəzəri məsələlərin həllinə nail olublar. Ancaq bu sahədə praktiki olaraq görülməli işlər çoxdur. İlk növbədə, "Elektron kənd təsərrüfatı" sisteminə keçidin sürətləndirilməsi, eyni və yaxın keyfiyyət qruplarına aid olan torpaqların dəqiq sərhədlərinin təyin edilməsi, torpaqların keyfiyyət meyarlarının və mühafizə zonalarının təkmilləşdirilməsi və müəyyən edilməsi, xüsusi, bələdiyyə və dövlət mülkiyyətində olan torpaq fondlarının elektron xəritələrinin tərtibi üzrə işlərin yerinə yetirilməsi və genişləndirilməsi, torpaqlara dair vahid məlumat bankının yaradılması tamamlanmalıdır. Çalışmaq lazımdır ki, kənd təsərrüfatı dövriyyəsindən çıxmış, keyfiyyəti pisləşmiş və ya münbitliyi itirilmiş, istifadə olunmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üzrə kompleks meliorativ tədbirlər hazırlanaraq həyata keçirilsin. Bundan başqa, növbəli əkin sisteminin bərpası, strateji əhəmiyyətli və paxlalı bitkilərin əkin sahələrinin genişləndirilməsi, bitkilərin tələbatına görə üzvü gübrələrdən istifadə edilməsi, ölkə şəraitinə uyğun yeni bitki sortlarının və heyvan cinslərinin yaradılması üzrə işlərin sürətləndirilməsi, toxumçuluq sahəsinin inkişaf etdirilməsi, yeni və müasir mədəni otlaqların yaradılması, köhnə otlaqların bərpası da olduqca vacibdir. Uzun müddət ərzində istismar olunan suvarma kanallarının və kollektor-drenaj şəbəkəsinin rekonstruksiyası, müasir tələblərə cavab verən mühəndis qurğuların yaradılması, su itkilərinin qarşısını almaq üçün tədricən qapalı irriqasiya sistemlərinə keçidin və onların tikintisinin təmin edilməsi, ən mütərəqqi suvarma texnika və texnologiyalarının tətbiqi və yenilərinin yaradılması üzrə elmi-tədqiqat işlərinin genişləndirilməsi isə torpaq və su resurslarının idarə edilməsini təmin edəcək.

 
  • Oxunub:  3540  |  
  • Tarix:  14-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Açıq dənizə çıxışı olmayan Azərbaycan Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilir

17:24
21 Fevral
Möhsün Nağısoylu: Başlıca vəzifələrimiz ana dilinin saflığını qorumaq, və yad ünsürlərdən təmizləməkdən ibarətdir
17:23
21 Fevral
Zahid Oruc: Beynəlxalq birlik müharibənin başlamasını istəmirsə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır
17:19
21 Fevral
Xocalı soyqırımı ilə bağlı yeni sənədli film: “Cəzasız cinayət”
17:18
21 Fevral
İSESCO Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı keçirilir
17:06
21 Fevral
Avstriya nümayəndə heyətinə Azərbaycandakı inkişaf prosesləri barədə məlumat verilib
17:05
21 Fevral
Azərbaycan Memarlıq və İnşaat Universitetində Xocalı faciəsi qurbanları anılıb
17:00
21 Fevral
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin öyrənilməsində “Azərbaycan” qəzetinin böyük əhəmiyyəti var
16:54
21 Fevral
İxtisaslaşdırılmış kurslar seçkilərin şəffaf və demokratik keçirilməsinə kömək edir
16:49
21 Fevral
Ötən həftə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzə 2842 xəstə müraciət edib
16:44
21 Fevral
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirliklərinə findıq ixrac edəcək
16:42
21 Fevral
Dövlət Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb
16:40
21 Fevral
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada
16:39
21 Fevral
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantların seminarı keçirilib
16:30
21 Fevral
Azərbaycanla Özbəkistan arasında biznes sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
16:28
21 Fevral
Azərbaycan və İran hərbi əməkdaşlığı inkişaf etdirirlər
16:13
21 Fevral
Pərviz Şahbazov TAPI kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək
16:12
21 Fevral
Azərbaycan-Avstriya əlaqələrinin inkişafında parlamentlərin rolu vacibdir
15:53
21 Fevral
Seçki subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsində ixtisaslaşdırılmış kurslar mühüm rola malikdir
15:52
21 Fevral
Avstriyanın federal nəqliyyat, innovasiya və texnologiya nazirinin müavini Milli Məclisdə olub
15:51
21 Fevral
Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsinə ərizələrin qəbuluna başlanılıb
15:10
21 Fevral
Jalə Əliyeva: Azərbaycan xalqı olaraq ana dilimizlə qürur duyuruq
15:06
21 Fevral
Nizami Cəfərov: Azərbaycan dilinin inkişaf səviyyəsi kifayət qədər yüksəkdir
15:03
21 Fevral
Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasını uğurla yekunlaşdırdı
14:56
21 Fevral
Bakı Dövlət Universitetinin təsis edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir
14:52
21 Fevral
Bu il “Caspian Oil and Gas” sərgisinin 25 illik yubileyi olacaq
14:51
21 Fevral
Şahin Mustafayev: Azərbaycan islam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verir
14:50
21 Fevral
Mladen İvaniç üçüncü dəfə Qlobal Bakı Forumunda iştirak edəcək
14:49
21 Fevral
Daşkənddə birinci Özbəkistan-Azərbaycan biznes forumu keçirilib
14:48
21 Fevral
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Ticarət və Sənaye Palatası əməkdaşlıq edəcək
14:43
21 Fevral
Vilnüsdə Xocalı soyqırımına həsr olunmuş qanvermə aksiyası keçirilib
14:41
21 Fevral
Azərbaycan-Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatıb
12:26
21 Fevral
“ASAN xidmət”də “Leyli və Məcnun” operasının 110 illiyi qeyd olunub
12:20
21 Fevral
Maliyyə Bazarlarına Nəzarət Palatasında strateji yol xəritələrinin icrası vəziyyəti müzakirə olunub
12:16
21 Fevral
Qazaxıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 İllik yubileyi ilə bağlı tədbirlərə start verilib
12:15
21 Fevral
Məntəqə seçki komissiyalarının sədrləri seçki hüququ və onun təminatının qanunvericilik əsasları barədə məlumatlandırılıblar
12:14
21 Fevral
Azərbaycan Dezinfeksiya, Antiseptika və Sterilizasiya Assosiasiyası “AZDAS-2018” konfransı keçirir
12:05
21 Fevral
“Tibb hüququ Azərbaycan hüquq elminin yeni sahəsi kimi” mövzusunda konfrans keçirilir
11:52
21 Fevral
Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:51
21 Fevral
VI Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycan Prezidentinə müraciət ünvanlayıblar
11:50
21 Fevral
Hər bir təşəbbüsü ilə insanlara xoşbəxtlik və sevinc bəxş edən Birinci vitse-prezident
11:45
21 Fevral
Prezident İlham Əliyev Niderland Krallığı Senatının sabiq sədrini qəbul edib
11:37
21 Fevral
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində vakant vəzifələrin tutulması üçün test imtahanı təşkil edilib
11:36
21 Fevral
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyun cədvəli müəyyənləşib
11:30
21 Fevral
Akademik İsa Həbibbəyli: Ana dilimizin inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri olub
11:27
21 Fevral
İranın müdafiə naziri Azərbaycana səfərə gəlib
11:26
21 Fevral
YAP Laçın rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
11:26
21 Fevral
TAP Yunanıstandakı infrastruktur layihələrinə 32 milyon avro xərcləyib
11:21
21 Fevral
Gəncədə YAP-ın imzatoplama kampaniyası uğurla başa çatıb
11:16
21 Fevral
Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edilib
10:55
21 Fevral
BMT-nin Cenevrədəki bölməsində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələri müzakirə edilib
10:44
21 Fevral
Əhməd Arslan: Bakı-Tbilisi-Qars dəmir yolu regionun inkişafına imkan yaradır
10:40
21 Fevral
21 fevral - Beynəlxalq Ana Dili Günüdür
10:37
21 Fevral
Bakıda ikinci Maliyyə və İnvestisiya Forumu təşkil olunacaq
10:35
21 Fevral
Cavid Qurbanov Vyanada Avstriya Parlamentinin deputatı Barbara Krennlə görüşüb
10:34
21 Fevral
Bakıda “Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası təşkil olunacaq
10:32
21 Fevral
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 135 dəfə pozub
17:55
20 Fevral
“Beynəlxalq jurnalistika məktəbi”ndə növbəti təlim təşkil olunub
17:50
20 Fevral
Yanvarda dəmir yolu nəqliyyatı ilə 74 min tondan çox yük göndərilib
17:46
20 Fevral
YAP Samux rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
17:45
20 Fevral
YAP Gədəbəy rayon təşkilatı seçici imzalarının toplanması uğurla başa çatıb
17:43
20 Fevral
Xarici ölkələrdə Xocalı soyqırımına həsr olunan tədbirlər keçiriləcək
17:40
20 Fevral
Azərbaycanda demokratik seçkilərin keçirilməsi təcrübəsi ildən-ilə təkmilləşdirilir
17:37
20 Fevral
Naxçıvan şəhərində məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib
17:29
20 Fevral
Avropa Yenidənqurma və İnkişaf Bankı TAP-a 1,2 milyard avro kredit ayırmağı nəzərdən keçirir
17:28
20 Fevral
Paytaxt məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
17:23
20 Fevral
Fevralın 21-nə USD/AZN rəsmi məzənnəsi 1,7001 manat səviyyəsində müəyyən edilib
17:12
20 Fevral
Moskvada Milli Məclis sədrinin birinci müavininin Rusiya Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşü olub
16:51
20 Fevral
Şirzad Abdullayev: Sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirləri uğurla davam edir
16:47
20 Fevral
Seçkilərin yüksək səviyyədə, demokratik və şəffaf keçirilməsi üçün möhkəm hüquqi baza mövcuddur
16:40
20 Fevral
Misirin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+3 +5