Ana səhifə »  Qəzetin pdf formatı »  Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günlərinin açılışı olub
A+   Yenilə  A-
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günlərinin açılışı olub

İyulun 13-də Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri başlayıb.
Mədəniyyət günləri çərçivəsində Kannın “Gare Maritime” sərgi pavilyonunun binasında “Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisinin açılış mərasimi keçirilib.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək Fond tərəfindən müxtəlif ölkələrdə təşkil olunan və Azərbaycanın tərənnümünə yönələn bu cür layihələrin ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması, Azərbaycan haqqında həqiqətlərin dünyaya çatdırılması baxımından əhəmiyyət daşıdığını bildirib.
Azərbaycan təsviri incəsənətində böyük rol oynamış Toğrul Nərimanbəyovun yaradıcılığından söz açan Anar Ələkbərov bu layihəsinin ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən Kann şəhərinin meriyasına təşəkkür edib.
Bildirib ki, sərgi çərçivəsində, həmçinin Heydər Əliyev Fondunun T.Nərimanbəyovun həyat və yaradıcılığı haqqında kitabının təqdimatı edilir. Bu kitabda rəssamın Azərbaycanda və xarici muzeylərdə saxlanılan, hətta şəxsi arxivindəki nadir əsərləri barədə məlumatlar yer alıb.
Anar Ələkbərov Toğrul Nərimanbəyovun həm də vokal ifaçısı olduğunu diqqətə çatdıraraq, sərginin video bölməsində Heydər Əliyev Fondu tərəfindən rəssamın yaradıcılığı haqqında nümayiş olunan filmlərin onu daha yaxından tanımağa imkan verdiyini vurğulayıb.
Kann şəhəri merinin müavini Frank Şıkli çıxış edərək Azərbaycan mədəniyyəti günlərinin burada təşkil edilməsinin ənənəyə çevrildiyini vurğulayıb. O, Azərbaycanın və Kann şəhərinin mədəniyyətə böyük önəm verdiyini söyləyib. F.Şıkli Qəbələ və Kann arasında imzalanan əməkdaşlıq və dostluq xartiyasını xatırladaraq, iki şəhər arasında əlaqələrin iqtisadiyyat, idman və təhsil sahələrini əhatə etdiyini diqqətə çatdırıb. Eyni zamanda, gələcəkdə turizm vasitəsilə mədəniyyətlərin qarşılıqlı təşviq ediləcəyini bildirib.
F.Şıkli qeyd edib ki, sərgidə nümayiş olunan əsərlər Kann sakinlərinə və turistlərinə ölkəmizin folklorunu, mədəniyyətini daha yaxından tanımağa imkan verəcək. Belə mədəniyyət tədbirləri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir.
“Kann şəhəri Azərbaycanla əməkdaşlıqdan məmnundur və onu daha da genişləndirmək istəyir. Əlaqələrimizin gələcəkdə daha da genişləndirilməsində maraqlıyıq”, - deyə F.Şıkli vurğulayıb.
“Toğrul Nərimanbəyov: rənglər melodiyası” sərgisi Kann sakinləri və turistlər üçün avqustun 1-dək açıq olacaq. Sərgidə rəssamın 30-dan çox əsəri təqdim edilir.
Kiçik kinoteatr zonasında görkəmli rəssamın həyat və yaradıcılığı haqqında video materiallarla tanış olmaq mümkündür. Eləcə də sərgi zalı ərazisində milli üslubda zona yaradılıb. Burada ziyarətçilərə Heydər Əliyev Fondunun Azərbaycan və Toğrul Nərimanbəyov haqqında nəşrləri təqdim olunur.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 13-də konsert proqramı da təqdim edilib.
Konsertdən əvvəl Anar Ələkbərov çıxış edərək tədbir iştirakçılarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xoş arzularını çatdırıb.
Bildirib ki, Kannda beş ildir təşkil olunan Azərbaycan mədəniyyəti günləri şəhər sakinlərinə, eləcə də yüzlərlə turistə ölkəmizin mədəniyyəti, incəsənəti, musiqisi, tarixi keçmişi və bu günü ilə tanış olmağa imkan yaradır. Əsrlər boyu müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayan Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh, əmin-amanlıq və dostluq şəraitində yaşayıb, ölkəmiz tolerantlıq, multikulturalizm, mədəniyyətlər və dinlərarası dialoq sahəsində beynəlxalq platformaya çevrilib. Azərbaycan dünyamiqyaslı tədbirlərin keçirildiyi məkan kimi tanınır. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu kimi mötəbər tədbirlərin Bakıda keçirilməsi multikulturalizm dəyərlərinin təşviqi sahəsində Azərbaycanın fəaliyyətinin yüksək qiymətləndirilməsindən xəbər verir. 2015-ci ildə Azərbaycanın birinci Avropa Oyunlarına, bu ilin may ayında isə IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etməsi ölkəmizin həm Şərq, həm də Qərb dəyərlərinə eyni yanaşmasının daha bir sübutudur.
Anar Ələkbərov xalqımızın ənənələrini, kökünü və tarixini qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük hörmətlə yanaşdığını, Heydər Əliyev Fondunun mədəni müxtəliflik, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq xalqlararası əlaqələrin möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun genişləndirilməsinə xidmət edən layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
A.Ələkbərov Fondun Fransada həyata keçirdiyi layihələrin Azərbaycan reallıqlarını yerli ictimaiyyətə çatdırdığını və çox böyük maraqla qarşılandığını vurğulayıb. Qeyd edib ki, Fransanın 20-dən çox şəhərində təşkil olunmuş Azərbaycan mədəniyyəti günləri ölkələrimizi, xalqlarımızı daha dərindən, daha dolğun tanımağa, eləcə də humanitar sahədə əlaqələrin inkişafı üçün yeni imkanlar açır. Azərbaycan-Fransa münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir. Dövlət və özəl qurumlar arasında əlaqələr qurulub və ikitərəfli münasibətlər möhkəmlənib. Son bir neçə ildə Fransanın və Azərbaycanın müxtəlif şəhərləri, regionları arasında 15-dək dostluq və əməkdaşlıq xartiyaları imzalanıb.
Keçən il Nitsa şəhərində çoxlu sayda insanın həlak olması ilə nəticələnən dəhşətli terror aktını xatırladan A.Ələkbərov ölkəmizin Ermənistanın hərbi təcavüzünə məruz qaldığını və ərazilərimizin 20 faizinin işğal edildiyini, zəbt olunmuş bu ərazilərdə etnik təmizləmə aparıldığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib.
“Dövlətimiz dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir. İnanırıq ki, bütün xalqlar qüvvələrini səfərbər edərək insan təhlükəsizliyini, demokratik dəyərləri, vətəndaşların hüquq və azadlıqlarını hədələyən, günahsız insanları hədəfə götürən terrorizmin qarşısını almağa müvəffəq olacaqlar”,- deyə Anar Ələkbərov bildirib.
Heydər Əliyev Fondunun icraçı direktoru - 14 iyul - Fransanın Milli Bayramı münasibəti ilə fransız xalqını təbrik edib, onlara sülh və əmin-amanlıq arzulayıb.
Sonra Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel çıxış edərək, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilindən danışıb.
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində kiçik Zəhranın həlak olması ilə bağlı Fransa prezidentinə müraciət etdiklərini, onu sülhün bərqərar olması istiqamətində səylərini səfərbər etməyə çağırdıqlarını xatırladıb.
J.Mansel qarşıdan gələn 2018-ci ilin Azərbaycan üçün önəmli olduğunu – müsəlman şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin tamam olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Kann şəhəri merinin müavini Frank Şıkli bildirib ki, ölkəmizlə artıq dostluq əlaqələri qurulub. Ölkələr eyni dəyərləri bölüşəndə dostluq daha da möhkəm olur. Azərbaycan mədəniyyəti günləri vasitəsi ilə mədəniyyəti təşviq edirik. Müharibələr, terrorlar ilk növbədə mədəniyyəti məhv etməyi hədəfə alırlar. Çünki mədəniyyət xalqların döyünən ürəyi, kimliyi, təcrübəsidir.
“Azərbaycanın Kannda olması ilə biz fəxr edirik, Azərbaycan da Kannda olması ilə fəxr edir”, - deyən F.Şıkli iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsində insanlar arasındakı münasibətlərin böyük rol oynadığını bildirib. O, Kann şəhərinin Azərbaycana xüsusi hədiyyəsi olduğunu bildirərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fransız rəssam Olll Olivier Domin tərəfindən çəkilmiş portretini Anar Ələkbərova təqdim edib.
Daha sonra tədbir Azərbaycan musiqiçilərinin konsert proqramı ilə davam edib.
Qonaqlar, həmçinin Kannda ənənəvi olaraq keçirilən pirotexnika festivalı çərçivəsində təşkil olunan atəşfəşanlığı izləyiblər.
Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarix və ənənələrinin təbliği, ölkələr və xalqlar arasında əlaqələrin genişlənməsinə xidmət edən layihələr çərçivəsində mütəmadi olaraq sərgilər, konsert proqramları, “Azərbaycan şəhərciyi” və digər tədbirlər təşkil edir. Bu layihələr Azərbaycanı yaxından tanımağa geniş imkanlar yaradır.
Kannda ardıcıl təşkil olunan mədəniyyət günləri isə hər il ölkəmizi müxtəlif tərəflərdən kəşf etməyə imkan yaradır. Bu günədək Kannda “Qız Qalası”, “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri”, “Azərbaycan xalçaları incəsənətdə”, “Gəncə və Qəbələ: iki şəhər fransız fotoqrafların gözü ilə”, “Bir günəş altında” və digər bu kimi sərgilər keçirilib, muğam, klassik musiqi, caz musiqilərindən ibarət konsert proqramları, atəşfəşanlıq şouları təşkil olunub.
Mədəniyyət günləri müddətində həm də Kannın məşhur Kruazett bulvarı boyunca əsl Azərbaycan abu-havası yaşanır. Belə ki, bu günlərdə Kann şəhəri və bulvar ərazisi Azərbaycanın tanıtım baner və posterləri ilə bəzədilir.

 
  • Oxunub:  3630  |  
  • Tarix:  14-07-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dağlıq Qarabağ problemi ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər

17:50
16 Yanvar
Azərbaycan ilə Fransa arasında təhsil sahəsində əlaqələrin inkişafı müzakirə olunub
17:37
16 Yanvar
Nəsimi rayonunda şəhidlərin xatirə guşəsi açılıb
17:33
16 Yanvar
UNEC İctimai Nəzarət Şurasının üzvləri imtahanların təşkilini yüksək qiymətləndiriblər
17:24
16 Yanvar
Dövlət Komitəsində görüş olub
17:21
16 Yanvar
BDU məzunlarına Vürçburq Universitetinin diplomları təqdim edilib
17:19
16 Yanvar
“Şəhidlər ölməz, Vətən basılmaz!” seriyasından ilk kitabın təqdimatı keçirilib
17:17
16 Yanvar
AMEA-nın Yüksək Texnologiyalar Parkı Britaniya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
16:52
16 Yanvar
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilir
16:43
16 Yanvar
Hərbi xidmətə yeni çağırılan gənclərin hərbi hissələrə qəbulu
16:35
16 Yanvar
Hindistan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə formalaşmasında maraqlıdır
16:24
16 Yanvar
Ombudsman Aparatının elektron nəşrlərinin kolleksiyası Mərkəzi Elmi Kitabxanaya təqdim edilib
16:06
16 Yanvar
Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə Cəbrayıl rayonunda ağacəkmə aksiyası keçirilib
15:39
16 Yanvar
UNICEF Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edir
15:32
16 Yanvar
Türkiyə parlamentinin spikeri: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
15:21
16 Yanvar
Azərbaycan və Səudiyyə Ərəbistanı enerji əməkdaşlığının inkişaf etdirilməsi üçün işçi qrup yaradacaq
15:03
16 Yanvar
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs oldu
14:38
16 Yanvar
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib
14:34
16 Yanvar
Bakı Slavyan Universitetinin rektoru: İndi tələbələr özlərinə daha çox güvənirlər
14:21
16 Yanvar
Rumıniyanın xəbər agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsi ilə bağlı məqaləsini yayıb
14:20
16 Yanvar
“2018-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” təsdiq edilib
14:15
16 Yanvar
“ASAN xidmət” Monteneqro mətbuatında
14:13
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü Xarici İşlər Nazirliyində qeyd olunub
14:06
16 Yanvar
İdman yarışlarında və müsabiqələrdə uğur qazanan ali məktəb tələbələri mükafatlandırılıblar
13:04
16 Yanvar
Ölkə ərazisində hava şəraiti nisbətən mülayimləşəcək
12:45
16 Yanvar
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
12:43
16 Yanvar
Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:40
16 Yanvar
Ötən il Azərbaycana 2,7 milyon turist gəlib
12:37
16 Yanvar
Xalq Artisti Çingiz Sadıxovla vida mərasimi keçirilir
11:58
16 Yanvar
Elmar Məmmədyarov həmsədrlər və Ermənistan XİN rəhbəri ilə görüşəcək
11:54
16 Yanvar
Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb
11:32
16 Yanvar
TAP Vyanada keçiriləcək Avropa Qaz Konfransında iştirak edəcək
11:19
16 Yanvar
Azərbaycanda alternativ və bərpaolunan enerji potensialının qiymətləndirilməsi prosesi başa çatdırılıb
11:16
16 Yanvar
Vyanada ənənəvi Avropa Qaz Konfransı keçiriləcək
10:53
16 Yanvar
Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi müzakirə edilib
10:37
16 Yanvar
Azərbaycan və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər
10:34
16 Yanvar
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsi istifadəyə verilib
10:32
16 Yanvar
Media nümayəndələri Azərbaycan Texniki Universitetində imtahanların gedişini izləyiblər
10:30
16 Yanvar
Dünya Turizm Təşkilatı: 2018-ci ildə turist axını 4-5 faiz yüksələcək
10:24
16 Yanvar
Bolqarıstanın Baş naziri Boyko Borisovun Azərbaycana işgüzar səfəri başa çatıb
10:23
16 Yanvar
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 124 dəfə pozub
23:27
15 Yanvar
Culfa rayonunun Dizə kəndi 2018-ci ildə abadlaşan ilk yaşayış məntəqəsi oldu
23:14
15 Yanvar
Azərbaycan tərəfi Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır
21:34
15 Yanvar
Bolqarıstan baş naziri: “Azərbaycan qaz təchizatının ən sərfəli qiymətlərini təklif edir”
21:22
15 Yanvar
Prezident İlham Əliyev: “Sabah Bakı-Sofiya marşrutu ilə birinci aviareys təşkil ediləcək”
20:18
15 Yanvar
2017-ci il müşahidələrin aparıldığı dövrdən bəri ən isti il ola bilər
19:56
15 Yanvar
İctimaiyyət nümayəndələri Dövlət Neft və Sənaye Universitetində qış imtahan sessiyasının gedişini izləyiblər
19:40
15 Yanvar
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti yığma komandaların üzvləri ilə görüşüb
19:29
15 Yanvar
Formula-1 Azərbaycan Qran-Prisinə yerli medianın akkreditasiyası ilə bağlı seminar təşkil olunub
19:22
15 Yanvar
Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov birgə şam ediblər
19:06
15 Yanvar
Hikmət Babaoğlu: "ATƏT-in media azadlığı ofisinin münasibəti qərəzlidir" MÜNASİBƏT
19:03
15 Yanvar
Azərbaycanın xarici işlər naziri Fransaya səfər edəcək
19:00
15 Yanvar
Ramil Usubov: Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilib
17:57
15 Yanvar
Şura üzvləri: Müracətlərin azlığı tədrisin keyfiyyətindən xəbər verir
17:51
15 Yanvar
“İrəli” İctimai Birliyinin sədri Azərbaycan Milli Karate Federasiyasının baş katibi vəzifəsinə təyin olunub
17:44
15 Yanvar
Prezident İlham Əliyevin və Baş nazir Boyko Borisovun geniş tərkibdə görüşü
17:06
15 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstanın Baş naziri ilə təkbətək görüşü olub
16:42
15 Yanvar
Azərbaycanın Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” əməliyyatına töhfəsi yüksək qiymətləndirilib
16:33
15 Yanvar
Azərbaycan Texniki Universiteti ilə Bilik Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
16:22
15 Yanvar
Bolqarıstanın Baş naziri Boyko Borisov Azərbaycana işgüzar səfərə gəlib
16:13
15 Yanvar
İƏT Parlament İttifaqı Konfransının 13-cü sessiyası çərçivəsində Azərbaycanla bağlı iki qətnamə layihəsi qəbul edilib
15:45
15 Yanvar
“Amami Shimbun“: JAPAN EXPO-2017 sərgisi Azərbaycan və yapon xalqlarını daha da yaxınlaşdırdı
14:36
15 Yanvar
Asiya İnkişaf Bankı Strateji Yol xəritələrində nəzərdə tutulan tədbirlərə texniki dəstək verəcək
14:29
15 Yanvar
“700 min ağac əkək” kampaniyası çərçivəsində Ağdam rayonunda ağacəkmə aksiyaları davam edir
14:24
15 Yanvar
Qılıncoynadanımız dünya kuboku yarışlarına Kiyevdə hazırlaşır
14:16
15 Yanvar
Azərbaycan Dubayda keçirilən rabitə və peyk xidmətləri sərgisində iştirak edir
14:10
15 Yanvar
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
14:02
15 Yanvar
Bakı Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
13:56
15 Yanvar
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO tədbirlərində iştirak edəcək
12:49
15 Yanvar
SOCAR IBM şirkəti ilə birgə müəssisə yaradıb
12:38
15 Yanvar
Akkan Suver: “Ekspo 2025” sərgisinə ev sahibliyi iddiası Azərbaycanın hərtərəfli inkişafının göstəricisidir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+3 +5
gecə0 -2