XİN sözçüsü: "Həmsədrlər Azərbaycandakı ictimai etirazdan nəticə çıxarmalıdırlar"
22.06.2017 [12:13]
"Cənubi Qafqazda regional təhlükəsizlik çatışmazlığı var, bunun da kökündə Dağlıq Qarabağ münaqişəsi durur".
APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə keçirilən "Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət" mövzusunda beynəlxalq ictimai forumda "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi" mövzusunda məruzə ilə çıxış edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev bildirib ki, atəşkəs münaqişənin sülh yolu ilə həllinə zəmin yaratmalı idi: "Ancaq Ermənistan atəşkəsdən süni amil kimi istifadə edir. Yaranmış vəziyyət səngər müharibəsini, İkinci Dünya Müharibəsini xatırladır. Ermənistanın strategiyası 25 ildə dəyişməyib, torpaqlarımızı işğalda saxlamağa çalışır. Çalışır ki, tərəflərin danışıqları yalnız protokol xarakter daşısın. Azərbaycan substansiv, mahiyyətli danışıqlar aparılmasına çalışır. Son Sankt-Preterburq görüşündə də prezidentlər arasında substansiv danışıqlar aparıldı. İlk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır".
XİN mətbuat katibi bildirib ki, Azərbaycan 25 ildə böyük humanitar fəlakətlə üzləşib, 1 milyon qaçqın və məcburi köçkün var: "Status-kvo ilk növbədə hərbi işğal faktına əsaslanır. ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona yenə də səfər etdi. Həmsədrlərin regiona səfərlərinə Azərbaycanda ictimai etiraz var, onlar bundan nəticə çıxarmalıdırlar. Həmsədrlərin fəaliyyətini dəstəkləsək də, yekun olaraq nəticə var. Onların bəyanatında tərəflər substansiv danışıqlara və siyasi iradəyə çağırıldı. Ermənistan tərəfi bunu nəzərə almalıdır. Ermənistan rəsmilərinin son bəyanatları da göstərir ki, Ermənistan konstruktiv mövqe tutmur. Dünən ABŞ Dövlət Departamenti də tərəfli substansivı danışıqlara çağırdı. Helsinki yekun aktında tərəflərin güc tətbiq etməməsi, ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etməsi əksini tapıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə olması güc təhdiddir. Azərbaycan icması Dağlıq Qarabağa geri qayıtmalıdır. Dağlıq Qarabağın statusu Azərbaycan icmasının geri qayıtmasından sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ermənistan bunu başa düşməlidir. Azərbaycan ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq".
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27