Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Çində tələbələrin mədəniyyət festivalında erməni təxribatının qarşısı alınıb

Çində tələbələrin mədəniyyət festivalında erməni təxribatının qarşısı alınıb

21.05.2017 [16:42]

Çinin Uxan şəhərində yerləşən Mərkəzi Pedaqoji Universitetdə təşkil olunan beynəlxalq mədəniyyət festivalında erməni təxribatının qarşısı alınıb.

Həmin universitetdə təhsil alan azərbaycanlı tələbələr ermənilərin işğal altındakı torpaqlarımızı Ermənistan ərazisi kimi göstərən xəritənin festivalda nümayiş olunacağını öyrəniblər. Tələbələrimiz bu barədə Azərbaycanın Çindəki səfirliyini məlumatlandırıblar. Diplomatik missiyamızın əməkdaşları festivalın təşkilat komitəsi ilə əlaqə yaradaraq, Dağlıq Qarabağ və ətrafdakı 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bu barədə beynəlxalq təşkilatların, o cümlədən Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri barədə məlumat verib, erməni tələbələrin təxribat xarakterli əməllərinə yol verilməməsinə çağırıblar.

Beləliklə, mayın 20-də keçirilən festival zamanı Ermənistan pavilyonunda həmin xəritə və bu kimi digər materialların nümayiş olunmasının qarşısı alınıb.

Azərbaycanlı tələbələr milli stendimizdə xalqımızın zəngin mədəniyyətinə, tarixinə, müasir inkişafına, turizm imkanlarına dair fotoşəkillər, kitab və jurnallar, milli geyimlər nümayiş etdiriblər. Bundan başqa, Bakıda keçirilən beynəlxalq tədbirlər və idman yarışları barədə əyani vəsaitlər, plakatlar da sərgilənib. Stendi ziyarət edənlər milli mətbəximizin nümunələrinin, habelə Azərbaycan istehsalı olan şərabların dadına baxıblar. Festivalın təşkilat komitəsinin qərarına əsasən, Azərbaycan pavilyonu “Ən yaxşı ölkə təqdimatı” nominasiyasında qalib olub.

Bundan başqa, ermənilər mayın 21-də Pekin Dillər və Mədəniyyət Universitetində təşkil olunan analoji festivalda da təxribata əl atıblar. Ermənistan pavilyonunda qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının asıldığını görən tələbələrimiz Azərbaycan səfirliyini məlumatlandırıb. Səfirliyin operativ müdaxiləsindən sonra təşkilat komitəsi Ermənistan pavilyonundan bu ölkəyə aid olmayan bütün eksponatların, o cümlədən qondarma rejimin bayrağının yığışdırılmasını təmin edib.

Universitetin məsul işçisi Azərbaycan diplomatı ilə telefon danışığında baş vermiş hadisəyə görə üzrxahlıq edib, gələcəkdə bu cür halların təkrar olunmayacağını deyib.

Paylaş:
Baxılıb: 271 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30