Ana səhifə »  Qəzetin pdf formatı »  UNESCO-nun baş qərargahında İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə tədbir keçirilib
A+   Yenilə  A-
UNESCO-nun baş qərargahında İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə tədbir keçirilib

Mayın 18-də UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizin UNESCO-ya üzv olmasının 25 illik yubileyinin qeyd edilməsi çərçivəsində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edib. Bildirib ki, Azərbaycanın elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxı şəhərində dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsinin əsas hissəsini ana dilində qələmə alıb. Nəsimi öz yaradıcılığında Azərbaycan xalqının arzu və istəklərini, ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib. Lakin Nəsimi istedadının miqyası o qədər geniş idi ki, o, öz yaradıcılığı ilə yalnız Azərbaycan xalqına məxsus deyildi. “Fransua Rable yalnız fransız xalqına məxsus olmadığı kimi və ya Uilyam Şekspir ingilis xalqına, Migel de Servantes təkcə ispan xalqına məxsus olmadığı kimi və eyni zamanda, bütün bəşəriyyətə məxsus olduqları kimi, Nəsimi də öz yaradıcılığı ilə bütün bəşəriyyəti öz əsərlərində ifadə edib.
Mənəvi azadlığa, bəşəri dəyərlərə, insana sevgiyə, azadlıq və əmin-amanlığa çağırış Nəsimi yaradıcılığının himni idi. Despotizmin, nadanlığın və cahilliyin daim təqib etdiyi İ.Nəsimi müxtəlif ölkələrdə sığınacaq axtarsa da, həmin ölkələrdə də təqib və təhdidlərdən xilas ola bilmir. Hələb şəhərində isə şairin həyatında ən böyük faciə baş verir, dərisi soyulmaqla edam edilir. Edama məhkum olunan Nəsimi dünyadan köçmədi, o, əsrlərdən bəri insanların qəlbində yaşamaqda davam edir, dünya poeziyası, ədəbi və fəlsəfi fikrində öz abidəsini ucaltmağa müvəffəq olub”,- deyə Baş nazirin müavini vurğulayıb..
Elçin Əfəndiyev qeyd edib ki, İ.Nəsiminin adı Azərbaycanda əbədiləşdirilib, elm və təhsil ocaqlarına, rayon, küçə, meydanlara onun adı verilib, abidəsi ucaldılıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüs və səyləri ilə hələ SSRİ dövründə Bakının mərkəzində şairin abidəsi ucaldılıb, onun adının əbədiləşdirilməsi üçün çox işlər görülüb. Şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümünün qeyd edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncamın verilməsi bu gün ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisidir. Bu gün UNESCO səviyyəsində görkəmli şairə həsr olunmuş tədbirin keçirilməsi də onun bəşəriyyət üçün görkəmli şəxsiyyət olmasından xəbər verir.
Baş nazirin müavini bildirib ki, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra UNESCO ilə ölkəmiz arasında işgüzar, qarşılıqlı hörmətə söykənən əlaqələr qurulub. Bu il 25-ci ili tamam olan həmin münasibətlərin inkişaf etməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi xidmətləri var. Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti yalnız Azərbaycanı əhatə etmir, o, Avropa və Asiya ölkələrində xoşməramlı səfirin üzərinə düşən ağır və məsuliyyətli vəzifəni şərəflə yerinə yetirir.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov tədbir iştirakçılarına Nəsimi poeziyasının Azərbaycan poetik dilinin inkişafına göstərdiyi böyük təsir barədə danışıb. Qeyd edilib ki, Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub. Onun ustadı Nəimi edam edilsə də, Nəsimi öz yolundan, hürufilik təlimini təbliğ etməkdən dönməyib. Nəsimi poeziyası vasitəsi ilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə edam olunan Nəsiminin sərdabəsi Suriyanın Hələb şəhərindədir. Səfir qeyd edib ki, Nəsiminin ölümündən 600 il sonra UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmiş Hələb şəhərinin qədim mərkəzi terrorçu və ekstremist qüvvələr tərəfindən xarabazara çevrilib, şairin sərdabəsi dağıntılara məruz qalıb. Simvolik səslənsə də, sanki ekstremistlər 600 il sonra Nəsimini ikinci dəfə qətlə yetiriblər. Lakin bununla belə Nəsiminin yaddaşlarda yaşayan ideyaları və poeziyası, onun tolerantlıq və sülh naminə çağırışları heç zaman məhv edilə bilməzlər.
Sonra bu ilin yanvarında Hələb şəhəri terrorçulardan azad edildikdən sonra İmadəddin Nəsiminin dağıntılara məruz qalmış sərdabəsinin çəkilmiş fotoları nümayiş olunub. Səfir A.Kərimov Suriyanın UNESCO yanında daimi nümayəndəliyinə fotoların əldə edilməsində göstərdiyi yardıma görə təşəkkür edib.
UNESCO baş direktorunun ictimai informasiya və xarici əlaqələr üzrə müavini Erik Falt çıxışında bildirib ki, İmadəddin Nəsimi tolerant və humanist mövqeyi ilə tarixə düşən şair, rəssam, yazıçı və digər incəsənət xadimləri üçün ilham mənbəyi olub. Onun ideya və fəlsəfi fikirləri insanların ortaq dəyərlər ətrafında birləşməsini və sülhü təşviq edir, bu, müasir dövrümüzdə də öz təsir gücünü itirməyib.
UNESCO-nun baş direktoru vəzifəsinə namizəd, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirib ki, 600 il bundan əvvəl İmadəddin Nəsimi barbarcasına edam olunsa da, müasir dövrümüzdə də barbarlıq, ekstremizm və terrorun kökünü kəsmək mümkün olmayıb. Bu gün bəşəriyyət 600 il bundan əvvəl Nəsiminin təbliğ etdiyi və uğrunda ölümdən belə çəkinmədiyi bəşəri dəyərlər ətrafında birləşməlidir.
Tədbirin bədii hissəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin Nəsiminin xatirəsinə bəstələdiyi balet konserti nümayiş olunub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin rol aldığı xoreoqrafik səhnələr milli-folklor və klassik musiqinin sintezi ilə təqdim olunub. Qərb və Şərq musiqisinin sintezindən ibarət baletdə tamaşaçılara Nəsiminin mistik və sirli aləmi, onun şər qüvvələrə qarşı mübarizəsi nümayiş etdirilib.
Konsert zalının qarşısındakı foyedə şair İmadəddin Nəsimiyə həsr olunmuş sərgi nümayiş olunub. Sərgidə dünyanın ölməz sənətkarları sırasında şərəfli yer tutan, poeziyamızda yeni, çox əlamətdar bir dövrün başlanğıcı olan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən qüdrətli sənətkar İmadəddin Nəsiminin zəngin irsini əks etdirən kitablar, müxtəlif rəssamlar tərəfindən çəkilmiş rəsmlər təqdim olunub.

 
  • Oxunub:  2610  |  
  • Tarix:  19-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə böyük töhfələr verir

18:58
19 Avqust
Prezident İlham Əliyev Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub
18:47
19 Avqust
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda körpələr evi-uşaq bağçası inşa edilib
18:40
19 Avqust
Prezident İlham Əliyev Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında iştirak edib
18:37
19 Avqust
“YARAT”da uşaqlar üçün seminar
18:33
19 Avqust
Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsi istifadəyə verilib
18:30
19 Avqust
Sahibə Qafarova: Azərbaycan fəal beynəlxalq əməkdaşlıq siyasəti həyata keçirir
18:27
19 Avqust
Ruandalı skaut: 2019-cu ildə Virciniya Camborisində azərbaycanlı skautlarla görüşmək ümidindəyəm
17:46
19 Avqust
Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışı olub
17:25
19 Avqust
Azərbaycan Prezidenti İlham Əliyev Samux rayonuna səfərə gəlib
17:19
19 Avqust
Göygöldə Respublika Süni Mayalanma Mərkəzi fəaliyyətə başlayıb
16:49
19 Avqust
Məlahət İbrahimqızı: Ermənistan bütün sülh təşəbbüslərini pozur
16:23
19 Avqust
Prezident İlham Əliyev Göygöl Zona Baytarlıq Laboratoriyasında yaradılan şəraitlə tanış olub
15:35
19 Avqust
Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib
15:34
19 Avqust
Atletlərimizin XXIX Ümumdünya Yay Universiadasındakı çıxış cədvəli müəyyənləşib
15:21
19 Avqust
Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışı olub
15:13
19 Avqust
Təhsil Nazirliyi: doqquz minə yaxın namizədin diaqnostik qiymətləndirilməsi aparılır
15:10
19 Avqust
Prezident İlham Əliyev Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub
14:58
19 Avqust
Azərbaycan Prezidenti İlham Əliyev Göygöl rayonuna səfərə gəlib
17:15
18 Avqust
Şahin İsmayılov: Bakıda keçirilən Dünya Skaut Konfransı mühüm bir beynəlxalq tədbirdir
16:54
18 Avqust
Nazirlər Kabinetində Azərbaycan-Boliviya əlaqələrinin inkişafı məsələləri müzakirə olunub
16:24
18 Avqust
Gündüz İsmayılov: İslam həmrəyliyi irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün insanları birliyə səsləyir
16:23
18 Avqust
Azərbaycan və Boliviya hökumətləri arasında Saziş imzalanıb
16:11
18 Avqust
Türkiyə Prezidenti Azərbaycana səfər edəcək
16:06
18 Avqust
Bakıda sabiq dövlət və hökumət başçıları ilə gənc liderlərin diskussiyası təşkil olunacaq
16:01
18 Avqust
Kristos Papageorgiou: Skautların Bakı konfransı çox məhsuldar keçdi
15:47
18 Avqust
Özbəkistan qəzeti Azərbaycan haqqında yazır
15:41
18 Avqust
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1106 şəxs daimi dövlət təminatında yaşayır
15:29
18 Avqust
Dünya Skaut Komitəsinin yeni sədr mavini: Azərbaycanda skaut hərəkatının daha da inkişaf edəcəyinə əminəm
15:18
18 Avqust
Müdafiə Nazirliyi: Ermənistan tərəfindən yayılan məlumatlar və sənədlər tamamilə saxtadır, uydurmadır
14:33
18 Avqust
Bədii gimnastika üzrə 24-cü Azərbaycan çempionatına start verilib
14:12
18 Avqust
Sona Əliyeva: Ölkəmizdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar vacib tədbirlər həyata keçirilir
14:09
18 Avqust
Amerikalı skaut: Azərbaycana yenidən qayıdacağımı arzulayıram
14:04
18 Avqust
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
14:01
18 Avqust
Kamerun Skaut Assosiasiyasının rəsmisi: Bakı konfransı skautinqin inkişafına təkan verəcək
13:58
18 Avqust
“Euronews”un “No comment” rubrikasında Bakıda keçirilən Dünya Skaut Konfransından görüntülər verilib
13:54
18 Avqust
Qreq Turpi: Dünya Skaut Komitəsinə məhz Bakıda sədr seçildiyim üçün qürur duyuram
12:45
18 Avqust
Strateji yol xəritələri qeyri-neft sektorunun dirçəlişi baxımından böyük əhəmiyyətə malikdir
12:31
18 Avqust
Boliviyanın xarici işlər naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:14
18 Avqust
Azərbaycanda əhalinin nominal gəlirləri 7,5 faiz artıb
12:06
18 Avqust
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminin nəticələri açıqlanıb
11:59
18 Avqust
Bakıda Dünya Skaut Komitəsinin yeni sədri və sədr müavinləri seçilib
11:06
18 Avqust
Azərbaycan Barselonada törədilmiş terror aktlarını qəti şəkildə pisləyir
11:04
18 Avqust
Gürcü rejissorunun filmi “YARAT” da nümayiş ediləcək
10:59
18 Avqust
Azərbaycan sahibkarları “Moldova Biznes Həftəsi 2017”yə dəvət olunurlar
10:36
18 Avqust
Skaut Raxşan Pereyra: Bakı konfransı yüksək səviyyəli təşkilatçılığı ilə fərqlənir
10:19
18 Avqust
Ermənistan ordusunda qətl və intihar halları artır
10:15
18 Avqust
Birjalarda neftin qiyməti
10:07
18 Avqust
“Neues Deutschland” qəzetində Azərbaycandan bəhs olunub
10:01
18 Avqust
Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatına start verilir
09:57
18 Avqust
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 112 dəfə pozub
17:23
17 Avqust
Bir sıra ölkələrin prezidentlərinin və sabiq prezidentlərinin övladları Azərbaycana gələcək
17:20
17 Avqust
Yusif Abdullayev: Rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması prioritet istiqamətlərdəndir
17:05
17 Avqust
Bu ilin birinci yarısında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri vasitəsilə təqribən 17 milyon ton xam neft ixrac edilib
16:33
17 Avqust
Azər Badamov: Tütünçülüyün inkişafı üçün bölgələrimizdə geniş potensial mövcuddur
16:08
17 Avqust
Dünya Skaut Forumu müxtəlif ölkələrin tarixi və mədəniyyəti ilə tanış olmaq üçün nadir imkan yaradır
15:36
17 Avqust
Sevinc Fətəliyeva: Multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib hissəsinə, həm də həyat tərzinə çevrilib
15:09
17 Avqust
Birləşmiş Ərəb Əmirlikləri qəzeti: Bakı sadəliyin, sakit yaşamın ünvanıdır
14:36
17 Avqust
Azərbaycan-Koreya parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilib
14:34
17 Avqust
Əhalinin banklardakı əmanətlərinin 73,4 faizi xarici valyutada qoyulub
14:07
17 Avqust
2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyard olacaq
13:51
17 Avqust
Pakistanlı Zubair Lodhi: Biz şahidi olduq ki, skautinqin ideyaları Azərbaycan cəmiyyətinə çox yaxındır
13:48
17 Avqust
Yeni mənzil alan mətbuat işçiləri Azərbaycan Prezidentinə minnətdarlıq edirlər
13:06
17 Avqust
MM-in komitə sədri: Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin təmin olunması məqsədilə sistemli tədbirlər icra olunur
12:48
17 Avqust
Sentyabrda VIII Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək
12:21
17 Avqust
Dünya Bankı Azərbaycan hökumətinə özəl sektorun kreditləşdirilməsi üzrə yeni mexanizm hazırlamağa kömək etməyə hazırdır
12:02
17 Avqust
Azərbaycanlı nümayəndə ilk dəfə olaraq Dünya Skaut Hərəkatı Təşkilatında aparıcı vəzifəyə seçilib
11:09
17 Avqust
Bakı konfransı Dünya Skaut Hərəkatının inkişafına mühüm töhfə verəcək
10:58
17 Avqust
Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 14,4 dəfə artıb
10:49
17 Avqust
Bu gün Müslüm Maqomayevin anadan olmasının 75 illiyidir
10:25
17 Avqust
Paris-2017: Bersi Arena güləş üzrə dünya çempionatına hazırdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA