Ana səhifə »  Qəzetin pdf formatı »  Siyavuş Novruzov: Bəzi "iqtisadçı-deputat"ları danışdıran səbəb onların öz şəxsi-biznes maraqlarının doğurduğu hikkədir
A+   Yenilə  A-
Siyavuş Novruzov: Bəzi "iqtisadçı-deputat"ları danışdıran səbəb onların öz şəxsi-biznes maraqlarının doğurduğu hikkədir

YAP İcra katinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun Trend-ə müsahibəsi
- Siyavuş müəllim, məlum olduğu kimi, sabitlik adası olan, beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınan Azərbaycanın inkişafı müəyyən dairələrdə narahatlıq yaradır. Hətta ölkə daxilindəki bəzi şəxslər və qüvvələr həyata keçirilən uğurlu siyasətin və əldə edilən nailiyyətlərin üzərinə kölgə salmaq üçün müxtəlif manipulyasiyalar edirlər. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycan son illərdə siyasi, iqtisadi, humanitar və digər istiqamətlərdə çoxsaylı uğurlar əldə edib, qazanılan nailiyyətlər ölkəmizin inkişafına yeni impuls verib. Bu gün Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi xarakterizə olunur, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi sabitliyin, təhlükəsizliyin və tərəqqinin qarantı kimi çıxış edir. Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər saldıqda əminliklə söyləmək olur ki, qazanılmış bütün uğurların təməlində məhz həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun qanunauyğun nəticəsi kimi, Azərbaycan özünəməxsus milli inkişaf modeli ortaya qoyub. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər müxtəlif sahələrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratmaqla yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb. Bunlarla yanaşı, neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Buna paralel olaraq həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Təsadüfi deyil ki, hazırda ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir, mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Məhz hazırda uğurla keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyanın diqqət mərkəzindədir. Şübhəsiz ki, bütün bu reallıqlar və nailiyyətlər müəyyən qüvvələrdə narahatlıq və qısqanclıq yaradır. Onlar Azərbaycanın uğurlarının üzərinə kölgə salmaq, həyata keçirilən siyasətə qara yaxmaq üçün canfəşanlıq edirlər.
- Yeri gəlmişkən, belələrinin sırasında Milli Məclisin deputatları da var.
- Ümumiyyətlə, bəzi şəxslərin siyasi səbatsızlığı onların peşə fəaliyyətinə də sirayət etməkdədir. Bu tip adamlar “hər dövrün adamı” olmaq xüsusiyyətinə malikdirlər. Özlərini iqtisadiçı adlandıran bu cür şəxslər son zamanlar ölkəmizdə həyata keçirilən pul-maliyyə siyasətini, iqtisadi kursu hədəf alan bəyanatlarla çıxış etməklə ictimai çaşqınlıq yaratmağa çalışırlar. Bu şəxslərin vaxtaşırı ölkə iqtisadiyyatı ilə bağlı bədbin proqnozlar səsləndirməsi, hakimiyyət komandasını hədəfə alan fikir və bəyanatlarla çıxış etməsi təsadüfi xarakter daşımır. Onlar məqsədyönlü şəkildə Azərbaycanda həyata keçirilən iqtisadi siyasəti hədəfə almaqla, əslində, ölkəmizə qarşı “qara piar” aparan antiazərbaycan dairələrlə sinxron fəaliyyət göstərmiş olurlar.
Onu da qeyd edim ki, əsas etibarilə, nüfuzlu və mötəbər beynəlxalq tədbirlər zamanı antiazərbaycan dairələr fəallaşaraq ölkəmizə qarşı təbliğat aparırlar. Məhz belə bir dönəmdə ölkəmizdəki “beşinci kolon” nümayəndələrinin fəallaşması da müşahidə olunur. Bu şəraitdə “hər dövrün adamı” olmaq xüsusiyyətinə malik olan, özlərini iqtisadçı adlandıran şəxslərin Azərbaycan iqtisadiyyatını hədəfə alması, hətta antiazərbaycan qüvvələrin səsləndirdiyi bəyanatlara uyğun fikirlərlə çıxış etməsi onların qərəzli yanaşmasını, dövlətimizə münasibətini əks etdirir. Bütün hallarda bu, yolverilməzdir və Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanır.
- Bu şəxslər həm də Azərbaycanda iqtisadi komandanın fəaliyyətini tənqid obyektinə çevirməklə ictimai rəylə manipulyasiya etməyə çalışır. Bu barədə nə deyə bilərsiniz?
- Özlərini cəmiyyətə “iqtisadçı” kimi sırımağa çalışan belələrinin ölkəmizdə həyata keçirilən iqtisadi siyasəti, eləcə də iqtisadi komandanın fəaliyyətini tənqid obyektinə çevirməsi tamamilə əsassız və qəbuledilməzdir. Çünki qeyd etdiyim kimi, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində bütün sahələrdə ardıcıl, davamlı uğurlar əldə edilib, dayanıqlı inkişaf təmin olunub. Azərbaycanın iqtisadi siyasətinin uğurları beynəlxalq müstəvidə ayrı-ayrı maliyyə institutları və qurumları tərəfindən yüksək qiymətləndirilir. Belə olan halda, onların bu cür mövqeyi qərəzli, qeyri-obyektiv yanaşmadan başqa bir şey deyil.
Digər tərəfdən, Ayaz Mütəllibovun və AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yüksək dövlət vəzifəsində çalışan belələrinin insanları ərzaq əvəzinə toyuq yemi ilə “təmin” etməsi hər kəs tərəfindən yaxşı xatırlanır. Həmin dövrdə iqtisadi siyasətə rəhbərlik edən komandanın başında olan şəxslərin ölkə büdcəsini talan etməsi, Azərbaycan iqtisadiyyatının çökməsinə səbəb olan işlərin altına imza atması da reallıqdır. Müxtəlif dövrlərdə ayrı-ayrı siyasi komandaların tərkibində yer alan və əsas etibarilə, yüksək dövlət vəzifəsi tutan, ölkə iqtisadiyyatına çoxsaylı zərərlər vuran, insanları aclıq və səfalətlə sınağa çəkən bu şəxslərin indi bu cür “iqtisadi nağıllar”la çıxış etməsi gülüncdür. O dövrdə Azərbaycanın qarşılaşdığı maliyyə-iqtisadi problemlərin nəticələri, ölkəmizin acınacaqlı durumu hər kəsin yadındadır. Hazırda isə Azərbaycan hakimiyyətinin fəaliyyəti nəticəsində ölkəmizin inkişafı - əldə edilən nailiyyətlər göz önündədir. Belə olan halda, həmin dövrdə Azərbaycan iqtisadiyyatının acınacaqlı durumunun müəlliflərindən olanların indiki müsbət reallıqları tənqid obyektinə çevirməsi sadəcə gülüş doğurur.
- Siyavuş müəllim, həmin şəxslərin zaman-zaman bu cür manipulyativ fikirlərlə çıxış etməsi Azərbaycan ictimaiyyəti tərəfindən də haqlı narazılıqla qarşılanır. Cəmiyyətin bu mövqeyini necə dəyərləndirirsiniz?
- Şübhəsiz ki, Azərbaycan ictimaiyyətinin bu cür əsassız, qeyri-obyektiv və qərəzli fikirlərə qarşı haqlı narazılıqla çıxış etməsi təbiidir. Çünki əvvəla, Azərbaycan xalqı bir neçə siyasi komandanın tərkibində fəaliyyət göstərən belə şəxslərin fəaliyyəti barədə kifayət qədər məlumatlıdır, onların yüksək dövlət vəzifəsində çalışdıqları zaman xalqımızın və dövlətimizin başına gələn iqtisadi təlatümlərin nəticələrini yaxşı bilir. Həmin dövrdə insanlar əməkhaqlarını, təqaüdlərini aylarla ala bilmir, hətta bunun əvəzinə keyfiyyətsiz və vaxtı keçmiş ərzaq məhsulları ilə “təmin olunurdular”. Həmçinin sovet dövrünün mənfi ənənələrindən biri olan “talon sistemi” bərpa olunmuşdu. İkincisi isə, Azərbaycan cəmiyyəti hazırda dövlətimizin inkişafına xidmət edən siyasəti dəstəkləyir, görülən işlərin nəticələrini olduqca yüksək qiymətləndirir. Xalqımıza yaxşı məlumdur ki, bu tip insanları danışdıran səbəb onların öz şəxsi biznes maraqları və gerçəkləşməmiş hansısa ambisiyalarının doğurduğu hikkədir. Belə olan halda, cəmiyyət, təbii ki, öz şəxsi biznes maraqlarını ölkəmizin mənafeyindən üstün tutan belələrinin Azərbaycanı, onun inkişafını hədəfə alan fikirlərini qeyri-ciddi və əsassız, absurd yanaşmalardan ibarət olan qərəzli münasibət kimi dəyərləndirir. Bir sözlə, Azərbaycan cəmiyyəti belələrinin Azərbaycan xalqı və dövlətinə qarşı çıxış edən “beşinci kolon” və antiazərbaycan dairələrlə paralel və koordinasiyalı fəaliyyət göstərdiyini bilərək bu qüvvələrə öz etirazını bildirir.

 
  • Oxunub:  2280  |  
  • Tarix:  18-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında böyük tarixi qələbəyə imza atdı

12:24
26 May
Azərbaycan ilə Rumıniya arasında təhsil sahəsində əməkdaşlıq daha da genişlənəcək
12:18
26 May
Azərbaycan İslam Ölkələrinin Maliyyə Mərkəzinin yaradılması ideyasını dəstəkləyir
12:15
26 May
Ər-Riyadda 28 May - Respublika Günü münasibətilə qəbul təşkil olunub
12:08
26 May
Yan Hamaçek: Azərbaycan Cənubi Qafqazda Çexiya üçün çox mühüm tərəfdaşdır
12:06
26 May
ABŞ-ın bir sıra şəhərlərində 28 may “Azərbaycan Milli Günü” elan edilib
11:26
26 May
Neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay uzadılması qərarına Azərbaycan da razılıq verib
11:05
26 May
Vu Honq Nam: Azərbaycanın Vyetnamın quruculuq və inkişafına verdiyi dəstəyi minnətdarlıqla xatırlayırıq
10:59
26 May
Romada 28 May-Respublika Günü qeyd edilib
10:42
26 May
Klaudio Kajado: Braziliya-Azərbaycan əlaqələri sürətlə inkişaf edir
10:34
26 May
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 28 may qeyri-iş günüdür
10:31
26 May
Əhəd Qəzayi: Prezident İlham Əliyev hər bir siyasi addımını vaxtında və dəqiqliklə atan dövlət xadimidir
10:19
26 May
Elmar Məmmədyarov: Azərbaycan sülh, təhlükəsizlik və dayanıqlı inkişafa töhfə verən güclü tərəfdaşdır
10:18
26 May
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
10:10
26 May
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Respublika Günü ilə bağlı bəyanat yayıb
10:05
26 May
Müdafiə Nazirliyi: Atəşkəs rejimi 130 dəfə pozulub
10:01
26 May
Astanada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib
17:54
25 May
Mərakeş səfiri: IV İslam Həmrəyliyi Oyunlarında idmançılar üçün hər cür şərait yaradılmışdı
17:51
25 May
28 May-Respublika Günü Ankarada da qeyd olunub
17:47
25 May
Sahib Məmmədov: Sahibkarlığın inkişafı ölkə başçısı tərəfindən həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir
17:46
25 May
Misirli yazıçı: Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü müsəlman ölkələri arasında əlaqələri gücləndirəcək
17:44
25 May
NATO PA-nın yaz sessiyasında müdafiə və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq
17:24
25 May
Hindistan Prezidenti: Hindistan ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən uzunmüddətli dostluq münasibətlərinin möhkəmlənməsi və dərinləşməsi həqiqətən bizi məmnun edir
17:09
25 May
Anna Finoççiaro: TAP qaz boru kəməri İtaliya üçün strateji əhəmiyyət kəsb edir
17:05
25 May
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Yeni Azərbaycan" qəzetinin redaksiyasında olub
16:59
25 May
Kiyevdə keçirilən tədbirin iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətləri barədə məlumatlandırılıblar
16:55
25 May
Respublika Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü qeyd olunub
16:52
25 May
Tehranda Azərbaycanın turizm potensialından danışılıb
16:11
25 May
İslam Əməkdaşlıq Təşkilatının və COMCEC-in 5-ci illik koordinasiya iclası başlayıb
16:02
25 May
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının VIII konfransı keçirilib
15:28
25 May
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər Bakıda toplaşıblar
15:20
25 May
28 May - Respublika Günü Los-Ancelesdə təntənəli şəkildə qeyd olunub
15:15
25 May
Fövqəladə Hallar Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə işçi müşavirəsi keçirilib
15:12
25 May
Kamilə Əliyeva: Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə sülh və sabilik məkanı olduğunu nümayiş etdirir
15:04
25 May
Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı hüquqi rəy BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin sənədi kimi yayılıb
15:02
25 May
Formula-1 Azərbaycan Qran-prisi ilə əlaqədar hazırlıq işləri intensiv davam edir
14:57
25 May
Kaxa Kaladze: “Azərbaycan enerji təhlükəsizliyimizdə mühüm rol oynayır”
14:27
25 May
Tbilisidə “Regional Enerji Sammiti” keçirilib
14:21
25 May
Parlamentdə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olunub
14:18
25 May
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:56
25 May
Antonio Quterreş: Azərbaycan BMT-nın təşəbbüslərində və proqramlarında yaxından iştirak edir
12:42
25 May
Azər Bayramov: Azərbaycanda iqtisadiyyatın inkişaf tempi ilə bağlı müsbət dəyişikliklər gözlənilir
12:25
25 May
Ziyad Səmədzadə: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını uğurla başa çatdırdı
12:20
25 May
Bakı Olimpiya Stadionu “Dünyanın ən yaxşı yeni stadionu” mükafatına layiq görülüb
12:11
25 May
İspaniyanın Rey Juan Calos Universitetində Azərbaycanın multikulturalizm modelinə dair seminar keçirilib
12:07
25 May
Bakı Dövlət Universitetində 28 May - Respublika Günü qeyd edilib
11:55
25 May
Əbülfəs Qarayev: Növbəti Bakı Şopinq Festivalına 500-dək ticarət obyektinin qoşulacağı nəzərdə tutulur
11:52
25 May
Bakıda “IV İslam Həmrəyliyi Oyunlarının İslam ölkələri mediasında işıqlandırılması” mövzusunda “dəyirmi masa” təşkil edilib
11:48
25 May
Hikmət Babaoğlu: Bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasəti və zəngin dövlətçilik ənənələri ilə təmsil olunur
11:43
25 May
Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Baş katibi ilə görüşüb
11:35
25 May
Xalq Cümhuriyyətinin yaradılması Azərbaycanın dövlətçilik tarixinin çox mühüm bir səhifəsidir
11:26
25 May
İslam Həmrəyliyi Oyunlarında vəzifələrinin öhdəsindən layiqincə gəlmiş hərbi qulluqçular mükafatlandırılıb
11:21
25 May
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan daha mühüm nailiyyətlər qazanacaqdır
11:10
25 May
XİN: Xocalı aeroportundan turizm səyahətləri adı altında uçuşlar həyata keçirmək planları Ermənistanın növbəti təxribatıdır
11:08
25 May
Mayın 30-dan güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qeydiyyatı başlayacaq
11:05
25 May
ABŞ-da keçirilən konfransda Ermənistan-Azərbaycan münaqişəsinin həllinin vacibliyi vurğulanıb
11:03
25 May
“Huffington Post” qəzeti: Azərbaycan idman və mədəniyyət vasitəsilə qarşılıqlı anlaşmanı təşviq edir
11:00
25 May
Roma Papası: Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm
10:48
25 May
Elman Məmmədov: İslamiada Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi
10:06
25 May
Pakistan Prezidenti: Pakistan Azərbaycan ilə ortaq etiqada əsaslanan münasibətlərə yüksək qiymət verir
09:58
25 May
Kişineuda Azərbaycan və Moldova arasında diplomatik münasibətlərin 25 illiyi qeyd edilib
09:57
25 May
Azərbaycanın Gürcüstandakı səfirliyi Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib
17:56
24 May
Millət vəkili: Azərbaycan özünü stabillik adası kimi təqdim etməyi bacardı
17:46
24 May
Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyəti ÜAK-ın ləğvi qərarı ilə bağlı Rusiya Federal Məclisinə müraciət edib
17:34
24 May
Sevinc Fətəliyeva: Həmsədrlərin son bəyanatı bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur
17:33
24 May
Avstraliya İttifaqının General-qubernatoru: Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləməkdə davam edir
17:31
24 May
Tbilisidə Formula-1 Azərbaycan Qran-Prisinin təqdimatı olub
16:51
24 May
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının IX konfransı keçirilib
16:48
24 May
“Bakı-2017”: dünyaya idman dili ilə ötürülən sülh, tolerantlıq və həmrəylik mesajları
16:42
24 May
Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir
16:34
24 May
Abşeron rayon YAP təşkilatı sıralarında 122 ərazi ilk partiya təşkilatını birləşdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+20 +25
gecə+14 +16