Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan-Bolqarıstan diplomatik əlaqələrinin 25 illiyi ilə bağlı Sofiyada konfrans təşkil edilib
A+   Yenilə  A-
Azərbaycan-Bolqarıstan diplomatik əlaqələrinin 25 illiyi ilə bağlı Sofiyada konfrans təşkil edilib

Azərbaycanla Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı 2017-ci ilin əvvəlindən keçirilən silsilə tədbirlər çərçivəsində Sofiyada konfrans təşkil edilib.
“Bolqarıstan-Azərbaycan: diplomatik əlaqələrin 25 ili. İkitərəfli tərəfdaşlıq və çoxtərəfli əməkdaşlığın perspektivləri” mövzusunda tədbir Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə keçirilib.
Bolqarıstanın Xarici İşlər Nazirliyi nəzdindəki Diplomatik İnstitutun və bu ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarından olan Atlantik Klubun birgə təşkil etdiyi konfransda Azərbaycan və Bolqarıstan arasında ikitərəfli münasibətlərin, ölkəmizin Avropa İttifaqı ilə əlaqələri çərçivəsində Bolqarıstanla əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Tədbirdə Bolqarıstanın dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, işgüzar dairələrin, təhsil və elm ocaqlarının, yerli mətbu orqanların, həmçinin ölkədə akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri iştirak etdilər.
Konfransın açılışında Bolqarıstanın Xarici İşlər Nazirliyi nəzdindəki Diplomatik İnstitutunun direktoru Tanya Mixaylova, Atlantik Klubunun prezidenti, keçmiş xarici işlər naziri Solomon Passi və fəxri qonaq qismində Bolqarıstanın energetika naziri Temenujka Petkova çıxış ediblər.
Tədbiri açan Tanya Mixaylova Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edərək ölkələrimiz arasında münasibətlərin tarixinin vacib məqamlarına diqqət çəkib, bu xüsusda rəhbərlik etdiyi Diplomatik İnstitutun Azərbaycan ilə 10 ilə yaxın müddətdə tərəfdaşlıq etdiyini bildirib.
Solomon Passi ölkəmizə səfəri və Prezident İlham Əliyev ilə görüşü barədə məlumat verib. O, hər iki ölkənin Avropa ilə Asiyanın kəsişməsində strateji mövqeyə malik olduğunu vurğulayaraq Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Azərbaycan ilə Bolqarıstan arasında mədəni, iqtisadi və digər sahələrdə əlaqələrin, həmçinin insanlararası bağlantıların 1992-ci il iyunun 5-də diplomatik münasibətlərin qurulmasından əvvəl də olduğunu söyləyib. O, son 25 ildə hər iki ölkənin uğurlu sosial-iqtisadi inkişaf prosesi keçdiyini, Bolqarıstanın Avratlantik qurumlara qoşulduğunu, Azərbaycanın ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində böyük nailiyyətlər əldə etdiyini və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb. Müstəqilliyimizin ilk günlərindən Bolqarıstanla dostluq əlaqələrinin və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin ölkəmizin xarici siyasətinin prioritetlərindən biri olduğunu qeyd edən səfir ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin multikulturalizmin və dinlərarası dialoqun bariz nümunəsi olduğunu diqqətə çatdırıb.
Konfransın fəxri qonağı qismində çıxış edən Bolqarıstanın energetika naziri Temenujka Petkova son 25 il ərzində Bolqarıstan-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib O, Bolqarıstanın Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyini vurğulayıb. Energetika sahəsinin iki ölkə arasında iqtisadi əlaqələrin mühüm hissəsi olduğunu və Avropanın enerji təchizatının təhlükəsizliyi və diversifikasiyası nöqteyi-nəzərindən Azərbaycanın əhəmiyyətli tərəfdaş olduğunu qeyd edən nazir ölkəsinin Cənub Qaz Dəhlizində iştirak etdiyini, bu layihənin tərkib hissələri olan Bolqarıstan-Yunanıstan və Bolqarıstan-Türkiyə qaz bağlantılarının tikintisi ilə bağlı zəruri tədbirlər həyata keçirdiyini deyib.
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələrə həsr olunmuş birinci paneldə Bolqarıstanın Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr üzrə baş direktoru Kostadin Kocabaşev əsas məruzəçi qismində çıxış edib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm təmələ əsaslandığını bildirən baş direktor bu xüsusda 1995-ci ildə imzalanmış dostluq və əməkdaşlıq haqqında Sazişi və 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd edib. O, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, energetika və nəqliyyat sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu diqqətə çatdırıb. Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə müzakirələrin başlanmasını yüksək qiymətləndirən K.Kocabaşev bu sənədin tərəflər arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyinə inandığını bildirib. O, həmçinin Azərbaycan və Bolqarıstan arasında çoxtərəfli formatda, xüsusilə NATO və Qara dəniz hövzəsi çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Bu paneldə, həmçinin Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev, Bolqarıstan Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin direktoru Qanço Qanev və İqtisadiyyat Nazirliyinin Rusiya Federasiyası, MDB ölkələri və Gürcüstan şöbəsinin müdiri İliyan Kostov çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.
Azərbaycan və Bolqarıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Rauf Əliyev iki ölkənin parlamentləri arasında həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiklərini vurğulayıb və bu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
İki ölkənin liderləri arasında daim səmimi münasibətlərin olduğunu qeyd edən Qanço Qanev Azərbaycan və Bolqarıstan arasında 70-dən çox sənədin, o cümlədən 2015-ci ilin may ayında Azərbaycanın Prezidenti İlham Əliyevin Sofiyaya səfəri zamanı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını, həmçinin Veliko Tirnovo şəhərindəki “Trapezitsa” muzey-qoruğunun bərpası layihəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə uğurla həyata keçirildiyini söyləyib.
İliyan Kostov Bolqarıstanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq bu sahədə həyata keçirilən tədbirlər haqqında danışıb. O, Azərbaycanla Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 2016-cı il sentyabrın 29-da Bakıda keçirilmiş 4-cü iclası barədə də məlumat verib. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa həsr olunan ikinci paneldə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev əsas məruzəçi qismində çıxış edib. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin tarixi haqqında məlumat verən və ölkəmizin Avropanın enerji sahəsində strateji tərəfdaşı olduğunu vurğulayan nazir müavini Azərbaycanın Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Bu xüsusda 2015-ci ilin may ayında Riqada keçirilmiş Şərq Tərəfdaşlığının 4-cü Zirvə görüşü çərçivəsində ölkəmiz tərəfindən Avropa İttifaqına strateji tərəfdaşlıq haqqında saziş layihəsinin təqdim edildiyini xatırladan nazir müavini sözügedən sənəd üzrə rəsmi danışıqların başlandığını diqqətə çatdırıb və Bolqarıstanın bu prosesə fəal dəstək verəcəyinə ümid ifadə edib. O, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından nəqliyyatın perspektiv sahə olduğunu deyib və Avropa ilə Asiya arasında yük daşımaları kontekstində beynəlxalq nəqliyyat və tranzit dəhlizlərinin inkişafı üçün strateji coğrafi yerləşməyə və müvafiq infrastruktura malik olan Azərbaycanın və Bolqarıstanın əməkdaşlığının əhəmiyyətini vurğulayıb.
İkinci paneldə, həmçinin SOCAR Balkan şirkətinin icraçı direktoru Murad Heydərov, Bolqarıstan Enerji Holdinqinin icraçı direktoru Petyo İvanov və Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və rabitə nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nadejda Buxova çıxış ediblər.
Azərbaycanın və Bolqarıstanın enerji sahəsində əməkdaşlığının inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğunu qeyd edən Murad Heydərov ölkəmizin bu sahədə Bolqarıstanla əlaqələrə böyük önəm verdiyini bildirib, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi sahəsində görülən işlər haqqında məlumat verib.
Petyo İvanov rəhbərlik etdiyi Bolqarıstan Enerji Holdinqi haqqında danışıb, bu şirkətin SOCAR ilə əməkdaşlığından, həmçinin Azərbaycan qazını nəql edəcək Bolqarıstan və Yunanıstan arasında qaz bağlantısı layihəsinin həyata keçirilməsindən söhbət açıb.
Nadejda Buxova Bolqarıstanın nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi məqsədilə görülən işlər haqqında məlumat verib. O, ikitərəfli iqtisadi əlaqələrin gücləndirilməsi baxımından bu sahədə böyük potensialın olduğunu və bu baxımdan Azərbaycan tərəfi ilə beynəlxalq nəqliyyat və tranzit dəhlizləri çərçivəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

 
  • Oxunub:  3510  |  
  • Tarix:  18-05-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nikolay Patruşev və Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı məsələlərini müzakirə ediblər

17:52
24 Noyabr
“Azərbaycanın İntellektual Birincisi” layihəsi çərçivəsində Aran zonası üzrə regional turnir keçirilib
17:51
24 Noyabr
Pakistanın nümayəndə heyəti hərbi təhsil müəssisələrini ziyarət edib
17:46
24 Noyabr
Professor Timuçin Əfəndiyev: Sankt-Peterburq forumu Azərbaycanın təmsil olunduğu nüfuzlu mədəniyyət tədbirlərindəndir
17:45
24 Noyabr
Səhiyyə naziri Biləsuvarda vətəndaşları qəbul edib
17:43
24 Noyabr
Tahir Budaqov: Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində konkret addımlar atılıb
17:41
24 Noyabr
Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi
17:35
24 Noyabr
Sevinc Fətəliyeva: NATO Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir
17:25
24 Noyabr
Brüssel Sammitinin Birgə Bəyannaməsində Şərq Tərəfdaşlığı dövlətlərinin ərazi bütövlüyü və suverenliyi bir daha dəstəklənib
17:18
24 Noyabr
Vergilər naziri Ağdaşda vətəndaşları qəbul edib
17:14
24 Noyabr
Astanada beynəlxalq parlament konfransı keçiriləcək
17:12
24 Noyabr
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında qərargah danışıqları keçirilib
17:01
24 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
16:53
24 Noyabr
Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
16:43
24 Noyabr
Kiyev meriyası Bakıda aparılan yenidənqurma işləri ilə bağlı təcrübəni öyrənir
16:24
24 Noyabr
"Xocalıya ədalət" beynəlxalq kampaniyasının Mərakeşdə təqdimatı keçirilib
16:12
24 Noyabr
Bakıda “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçirilir
16:02
24 Noyabr
Britaniyanın dövlət naziri: Əminəm ki, Azərbaycanla müxtəlif sahələrdə əlaqələrimiz genişlənəcək
15:50
24 Noyabr
Nikolay Patruşev və Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı məsələlərini müzakirə ediblər
15:22
24 Noyabr
Mərkəzi Seçki Komissiyasında Qazaxıstan MSK-nın nümayəndə heyəti ilə görüş olub
15:19
24 Noyabr
İtaliyanın populyar turizm portalı Bakının görməli yerləri haqqında yazır
15:11
24 Noyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Neftçalada vətəndaşların müraciətlərini dinləyəcək
15:09
24 Noyabr
Beyləqanda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
15:03
24 Noyabr
“Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
14:35
24 Noyabr
Qafqaz Müsəlmanları İdarəsinin sədri Sankt-Peterburqda bir sıra görüşlər keçirib
14:24
24 Noyabr
Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada növbəti xeyriyyə aksiyası keçirilib
14:21
24 Noyabr
Əhliman Əmiraslanov: 2018-ci ilin dövlət büdcəsi mükəmməl və peşəkarlıqla hazırlanıb
14:19
24 Noyabr
İlham Quliyev: Dövlət tərəfindən kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir
14:12
24 Noyabr
Milli Məclisdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələri müzakirə olunub
14:05
24 Noyabr
Avropa İttifaqı ölkələri Azərbaycana 21 milyard dollar investisiya yatırıb
14:02
24 Noyabr
Londonda Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirilən audit yoxlamasının nəticələrinin hesabatı dinləniləcək
14:00
24 Noyabr
Qahirədə keçirilən forumda multikulturalizmin Azərbaycan modelindən danışılıb
13:57
24 Noyabr
UNESCO-da “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı müzakirələr aparılıb
13:53
24 Noyabr
Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində iştirak edib
13:48
24 Noyabr
Hikmət Babaoğlu: 2018-ci il dövlət büdcəsini ilk növbədə, sosialyönümlü və milli təhlükəsizliyimizi etibarlı şəkildə təmin edəcək büdcə kimi qiymətləndirməliyik
12:54
24 Noyabr
Azərbaycan Silahlı Qüvvələrində “NATO günləri” keçirilib
12:47
24 Noyabr
Milli Gimnastika Arenasında ən güclülər müəyyənləşir
12:31
24 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib
12:29
24 Noyabr
Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunub
12:24
24 Noyabr
Milli Məclisin dekabrın 1-nə olan iclasının gündəliyi müəyyənləşib
12:20
24 Noyabr
Energetika Nazirliyinin əməkdaşları Belarus təcrübəsini öyrəniblər
12:17
24 Noyabr
Bakı Ali Neft Məktəbi Çin şirkətləri ilə əməkdaşlığı genişləndirir
12:11
24 Noyabr
Gələn il İranda Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələri komandanlarının görüşü olacaq
12:03
24 Noyabr
Şahin Mustafayev: Avropa İttifaqı ölkələrinin Azərbaycanda 1400 şirkəti fəaliyyət göstərir
12:00
24 Noyabr
Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfrans keçirilir
10:56
24 Noyabr
Heydər Əliyev Fondu fəaliyyətini Çin Xalq Respublikasında genişləndirir
10:27
24 Noyabr
UNESCO-da almanların Azərbaycana gəlişinin 200 illiyinə həsr edilən konsert olub
10:18
24 Noyabr
Vüqar Gülməmmədov: Gələn il Hesablama Palatasının büdcəsi 3,8 milyon manat nəzərdə tutulub
10:16
24 Noyabr
Çində Bakı-Tbilisi-Qars dəmir yolunun təqdimatı keçiriləcək
10:13
24 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 122 dəfə pozub
21:25
23 Noyabr
Bakıda Latviyanın milli bayramı qeyd edilib
21:17
23 Noyabr
Azərbaycan ilə Tacikistan arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
21:02
23 Noyabr
M.Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir
20:55
23 Noyabr
Sankt-Peterburqda konfessiyalararası dialoq və İslam həmrəyliyi mövzusunda konfrans keçirilib
19:52
23 Noyabr
Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycanın iqtisadi perspektivlərinə dair təqdimat keçiriləcək
19:39
23 Noyabr
Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
18:00
23 Noyabr
“ADA” Universitetində Bakı Fond Birjasının “Bilik mübadiləsi” layihəsi çərçivəsində təlim keçirilib
17:50
23 Noyabr
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIII Yüksək Səviyyəli Afina Toplantısı başa çatıb
17:32
23 Noyabr
Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə “Hərəyə bir ağac əkək” kampaniyasına start verilib
17:23
23 Noyabr
Azərbaycan Prezidenti və NATO-nun baş katibi mətbuata bəyanatla çıxış ediblər
17:20
23 Noyabr
Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq əlaqələri uğurla inkişaf edir
17:01
23 Noyabr
MM-də büdcə müzakirələri başa çatıb
16:44
23 Noyabr
Azərbaycanla Pakistan arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq müzakirə olunub
16:41
23 Noyabr
Azərbaycan və Benilüks ölkələri arasında xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş imzalanıb
16:34
23 Noyabr
Ziyad Səmədzadə: Gələn il üçün yaşayış minimumu 11 faiz artırılacaq
16:30
23 Noyabr
Bakı-Tbilisi-Qars layihəsi İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Müşavirəsində müzakirə edilir
16:21
23 Noyabr
Gələn il əmək pensiyaları üzrə xərclər 193,2 milyon manat artacaq
16:17
23 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün gəlir və xərcləri 3,5 milyard manat proqnozlaşdırılır
16:13
23 Noyabr
Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan polad magistrallarına birləşdirilməsi 2020-ci ildə başlanıla bilər
15:56
23 Noyabr
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Bakıda yerləşəcək Əmək Mərkəzinin Nizamnaməsi imzalanıb
15:47
23 Noyabr
Səfir: "Cənub Qaz Dəhlizi Azərbaycanın dünyada iri enerji ixracatçısına çevrilməsinə imkan yaradacaq”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA