Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Parlamentin komitə iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi müzakirə olunub

Parlamentin komitə iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi müzakirə olunub

28.04.2017 [14:55]

Aprelin 28-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verib. İclasda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.
Komitə sədri Ziyad Səmədzadə bildirib ki, birinci oxunuşda layihə ilə bağlı səslənən fikir və təkliflər qısa zaman kəsiyində qanun layihəsində yer alıb. Milli Məclisin iqtisadi qanunvericilik şöbəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə qanun layihəsinə xüsusilə də sadələşdirilmə, texniki, eləcə də mahiyyət baxımından bir sıra dəyişikliklər edilib.
Dəyişikliklər haqqında məlumat verən Milli Məclisin iqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qeyd edib ki, qanun layihəsinin bəzi maddələrinə redaktə xarakterli düzəlişlər edilib, dili sadələşdirilib. "Qanun layihəsinin 5.1-ci maddəsi yeni redaktədə verilir. İlkin variantda deyilirdi ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qaydada üçüncü şəxslərə açıqlanması yüklülüyün etibarlılığına təsir göstərmir. Bu o demək idi ki, yüklülüyün üçüncü şəxslərə açıqlanması könüllü xarakter daşıyırdı. Amma indi bu müddəa daha da konkretləşdirilib. Təklif olunan redaksiyada qeyd olunur ki, yüklülük sahibinin yüklülüyü bu qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə açıqlanması xüsusi yüklülük növləri üçün könüllü, dövlət və bələdiyyə yüklülük növləri üçün məcburi xarakter daşıyır", - deyə M.Bazıqov deyib.
Bildirilib ki, dövlət və bələdiyyə yüklülüyünün növləri sənədin 4.2-ci maddəsində göstərilib. Sənədin 6.1-ci maddəsi eyni daşınar əmlak üzərində yüklülük sahiblərinin tələblərinin ödənilməsinin növbəliliyini müəyyən edir. Məhəmməd Bazıqov diqqətə çatdırıb ki, bu qanun layihəsinə əsasən hər bir daşınar əmlak bir neçə yüklülük predmeti ola bilər. Bu maddədə tələblərin ödənilməsi baxımından növbə ardıcıllığı müəyyən edilib. Məlumdur ki, pul vəsaitləri də daşınar əmlak olaraq yüklülük predmeti ola bilər. Təklif olunur ki, hesabda olan pul vəsaitləri bu qanun layihəsi ilə müəyyən olunmuş ödəmə növbəliliyindən istisna edilsin və yeni 6.4-cü maddə əlavə edilsin. Həmin maddədə qeyd olunur ki, bu qanun layihəsinin digər maddələrinin müddəalarından asılı olmayaraq hesabda olan pul vəsaitlərinə yüklülük sahiblərinin tələbləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965-ci maddəsində müəyyən edilmiş növbəliliklə bağlıdır. "Mülki Məcəllənin 965-ci maddəsi isə hesabdan pul vəsaitlərinin silinməsini aşağıdakı ardıcıllığını müəyyən edir. Yəni, burada birinci növbədə həyata və sağlamlığa vurulmuş zərər, aliment tutulması ilə bağlı tələblər ödənilməlidir. İkinci növbədə işçilərin işdən çıxma ilə əlaqədar əmək haqqının ödənilməsi ilə bağlı tələblər ödənilməlidir. Üçüncü növbədə isə dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqları üzrə büdcədənkənar dövlət fondlarına ödəmələr həyata keçirilməlidir”,- deyə M.Bazıqov vurğulayıb.
Qanun layihəsində daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb.
Müzakirələr zamanı deputatlar qanun layihəsi ilə bağlı təkliflərini bildiriblər.
Sonda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Paylaş:
Baxılıb: 288 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31