Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Silahlı Qüvvələrin Baş Qərargah rəisi beynəlxalq müdafiə sərgisində iştirak edib

Silahlı Qüvvələrin Baş Qərargah rəisi beynəlxalq müdafiə sərgisində iştirak edib

27.04.2017 [10:39]

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Xorvatiya Respublikasının Split şəhərində keçirilən dördüncü Adriatik Dəniz Müdafiə və Hava Məkanı Sərgisində iştirak edib.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Xorvatiya Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin məqsədi hərbi sənaye mütəxəssisləri və istehsalçıları ilə bu sahənin liderlərini, icraçılarını və siyasətini təyin edən rəsmiləri bir araya gətirmək və satınalma sahəsində müasir müdafiə texnologiyalarını müzakirə etməkdir.
Sərgidə 70-ə yaxın xarici nümayəndə heyəti və 500-dən çox yerli və xarici şirkət iştirak edir.
Açılış mərasimində Xorvatiyanın Prezidenti, Baş nazirin müavini - müdafiə naziri və digər dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Səfər zamanı general-polkovnik N.Sadıkov sərgi ilə tanış olub və ikitərəfli görüşlər keçirib.

Paylaş:
Baxılıb: 255 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31