Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP İcra katibinin müavini Siyavuş Novruzov: Azərbaycan dünyaya nümunə göstərir

YAP İcra katibinin müavini Siyavuş Novruzov: Azərbaycan dünyaya nümunə göstərir

25.04.2017 [17:33]

«Azərbaycanda böyük işlər gedir və  bu işlərin ictimaiyyət arasında təbliğ olunmasında partiyamızın üzvləri fəal iştirak edirlər». Bu fikri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, YAP-ın 700 minə qədər üzvü var və partiyamızın üzvləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Onun sözlərinə görə, hazırda partiyanın rayon və şəhər təşkilatlarında hesabat-seçki konfransları keçirilir.
«Bundan başqa, Azərbaycanda ictimai-siyasi əhəmiyyəti böyük olan digər tədbirlər də keçirilir. İstər beynəlxalq tədbirlər, istərsə də, ölkədaxili tədbirlər. Biz də bu tədbirlərdə iştirak edirik. Bilirsiniz ki, bu yaxınlarda Bakıda IV İslam Həmrəyliyi  Oyunları keçiriləcək. Azərbaycanda görülən işlər, cənab Prezidentin apardığı işlər İslamın ölkəmizdə ən düzgün model kimi tətbiq olunmasına gətirib çıxarıb. Azərbaycan dünyaya nümunə göstərir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası böyük bir kadr bazasıdır. Partiyamız kadrların yetişdirilməsində, formalaşdırılmasında böyük rol oynayır. Bizim partiyanın həm gənc, həm orta, həm də yaşlı nəslindən müxtəlif dövlət strukturlarında təmsil olunan şəxslər var. Onlar öz vəzifə borclarını da layiqincə yerinə yetirirlər. Çünki onların ikiqat məsuliyyəti var. Həm dövlət, həm də partiya məsuliyyəti. Partiya məsuliyyəti onları daha da aktiv olmağa, xalqı, milləti, vətəni üçün daha da ciddi işləməyə çağıran bir amildir. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının kadrları öz fəaliyyəti ilə ölkənin idarə olunmasında aktiv iştirak edir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 299 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30