Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ukrayna dövlət qulluğu sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

Ukrayna dövlət qulluğu sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır

24.04.2017 [14:11]

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Ukraynanın nümayəndə heyəti ilə görüşüb.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, Ukrayna Dövlət Qulluğu üzrə Milli Agentliyinin sədri Konstantin Vaşenko və Ukrayna Nazirlər Kabinetinin Dövlət Katibinin müavini Vladimir Fedorçuk, bu ölkənin Azərbaycandakı səfiri Aleksandr Mişenkonun iştirak etdikləri görüşdə M.Abbaszadə Azərbaycanda son illər dövlət qulluğu sahəsində gedən islahatlar, bu islahatların nəticəsi olaraq Dövlət İmtahan Mərkəzinin yaradılması, fəaliyyəti barədə ətraflı məlumat verib.
İmtahanların obyektiv və şəffaf keçirildiyini, bu zaman biliyə xüsusi dəyər verildiyini vurğulayan sədr ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində islahatların aparıldığını və DİM tərəfindən imtahanların təşkilinin bu sahədə bir nümunə olduğunu qeyd edib.
K.Vaşenko dövlət qulluğu sahəsində gedən islahatlar, rəhbərlik etdiyi qurumun fəaliyyəti, yeni Dövlət Qulluğu haqqında Qanunun qəbul edilməsi barədə danışıb.
DİM Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov Azərbaycanda dövlət qulluğunun inkişafı və bu sahədə əldə olunan nəticələr haqqında məlumat verib və qarşıya çıxan problemlərin həlli istiqamətində atılan addımlardan söz açıb.
Qonaqlar həm Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində, həm də ikitərəfli əsasda tərəflər arasında imzalanmış “Ukrayna və Azərbaycan hökumətləri arasında dövlət qulluğunun inkişafı sahəsində əməkdaşlıq haqqında” saziş çərçivəsində əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.
Xatırladaq ki, 2008-ci ildə imzalanmış müvafiq sazişin əsas məqsədi tərəflər arasında dövlət qulluğu və dövlət idarəçiliyi sahəsində əməkdaşlığın qurulması və daha da möhkəmləndirilməsidir.
Sonda DİM-in keçirdiyi imtahanlarda istifadə olunan materialların çapı, emalı ilə bağlı qısa video-çarxlar nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 263 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30