
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin keçirəcəyi oyunların təqvimi açıqlanıb.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, “A” qrupunda yer alan milli komandamız ilk matçını mayın 8-də “Bayıl Arena”da Kamerun yığması ilə keçirəcək. Futbolçularımız mayın 11-də həmin stadionda Səudiyyə Ərəbistanı, mayın 15-də isə Mərakeş yığmaları ilə qarşılaşacaqlar.
- Oxunub: 4620 |
- Tarix: 20-04-2017 |
-
Çap et |