Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nurlana Əliyeva: Tərcüməşünaslıq elminin kökündə multikultural dəyərlər dayanır

Nurlana Əliyeva: Tərcüməşünaslıq elminin kökündə multikultural dəyərlər dayanır

01.04.2017 [20:50]

Tərcüməşünaslıq elminin kökündə multikultural dəyərlər dayanır.
Bunu aprelin 1-də Bakı Slavyan Universitetində (BSU) tələbə və magistrantların “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda keçirilən respublika elmi konfransında bu ali məktəbin rektoru, professor Nurlana Əliyeva deyib.
BSU-dan AZƏRTAC-a bildiriblər ki, rektor konfransın mahiyyəti barədə danışıb. Qeyd olunub ki, konfransın məqsədi gənclərin müasir dövrdə azərbaycanşünaslığın inkişafı və dünya ölkələrində Azərbaycan dilinin tədrisi ilə bağlı məsələlərin tədqiqinə cəlb edilməsidir.
N.Əliyeva multikulturalizmin hökm sürdüyü BSU-da təşkil edilən konfransın tərcüməçilərimiz üçün faydalı olduğunu diqqətə çatdırıb.
BSU-nun prorektoru, professor Rafiq Novruzov tərcüməşünaslıq elminin bütün elmləri özündə ehtiva etdiyini söyləyib. Prorektor tərcüməşünaslığın peşəkarlıq tələb etdiyini, bu konfransın gənclərin bilik və bacarıqlarının ortaya çıxarılmasına imkan yaratdığını deyib. O, eyni zamanda, konfransın tərcümə fakültəsi ilə yanaşı, digər fakültələrdə də keçiriləcəyini, müxtəlif mövzuları əhatə edəcəyini vurğulayıb.
Sonra BSU-nun tələbə elmi cəmiyyətinin sədri Aygün Mahmudova elmi konfransın işi barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, respublikanın 12 ali məktəbini əhatə edən konfrans işini beş bölmə üzrə davam etdirəcək. Bölmələrdə iştirak edən tələbə və magistrantlara sertifikatlar, fərqlənən iştirakçılara isə diplomlar təqdim olunacaq.
Konfransda müxtəlif universitetlərin tələbə və magistrantlarının iştirakı ilə elmi diskussiyalar aparılıb.
Bölmələr üzrə məruzələr dinlənilib, fərqlənən tələbələrə diplomlar təqdim edilib.

Paylaş:
Baxılıb: 564 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31