Ana səhifə »  Qəzetin pdf formatı »  Bu il hansı ciddi struktur islahatları gözlənilir? - Siyavuş Novruzovla MÜSAHİBƏ
A+   Yenilə  A-
Bu il hansı ciddi struktur islahatları gözlənilir? - Siyavuş Novruzovla MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun Publika.az-a müsahibəsi:
- Ötən həftə Prezident İlham Əliyev “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb. Bu sərəncamın əhəmiyyəti nədən ibarətdir?
- Mən bu sərəncamın əhəmiyyətini çox yüksək qiymətləndirirəm. Ümumiyyətlə, onu qeyd edim ki, ulu öndər Heydər Əliyev siyasətinin əsasını humanizm təşkil edir. O, ikinci dəfə hakimiyyətə qayıdandan sonra Azərbaycanda ölüm hökmü ləğv edilib. Həm ümummilli liderin, həm də Prezident İlham Əliyevin dövründə Azərbaycanda 70-dən çox əfv sərəncamı, 14 Amnistiya aktı imzalanıb. Amnistiya aktının 4-ü isə Heydər Əliyev Fondunun təklifi ilə həyata keçirilib. Yəni, Azərbaycanda məhbuslarla bağlı da dövlət tərəfindən humanist addımlar atılıb. Cənab Prezidentin imzaladığı bu sərəncam da müəyyən cəzaların yüngülləşdirilməsi, yüngül cinayət törətmiş şəxslərə qarşı humanist addımlar atılması, bəzi cəzaların başqa fəaliyyət növü ilə əvəz olunması və sairə kimi məsələləri əhatə edir. Bu cür humanist addımlar Avropanın bir çox ölkələrində, ABŞ-ın bir sıra ştatlarında hələ də mövcud deyil. Ancaq Azərbaycan bu sistemi tətbiq etməklə insanları həyatdan təcrid etməyi deyil, əksinə, ehtiyatsızlıq, avtomobil qəzaları və digər bu kimi yüngül cinayətlər törətmiş məhbusları cəmiyyətə qaytarmağı üstün tutur. Bu cür insanlar islah olunaraq, yenidən cəmiyyətə qayıda bilərlər. Çünki çox zaman həbsxanaya düşən insanlar azadlığa çıxdıqdan sonra yenidən həbsxanaya qayıtmaq istəyirdi. Həbsxanaya düşən şəxslərdən eləsi var idi ki, 10-12 il cəza çəkəndən sonra azadlığa çıxır, ancaq azadlıqda işləmək istəmir. Bütün bunları da nəzərə alaraq, keçmişdə olduğu kimi, indi də Penitensiar Xidmətin nəzdində müxtəlif peşə fəaliyyətləri həyata keçirilir. Həmin fəaliyyət çərçivəsində məhbuslar mütəmadi olaraq peşə işlərinə cəlb olunurlar. Bütün bunlar keçmişdə də var idi. Hətta, elə məhbuslar var idi ki, onlar normal peşə fəaliyyəti ilə məşğul olaraq pul qazanırdı, ailəsinə göndərirdi. Artıq Azərbaycanda da bu sistemin yaradılmasına start verilib. Bu cür addımlar atılandan sonra onun müsbət töhfəsi olacaq. Hesab edirəm ki, ölkə başçısının bu sərəncamı çox humanist qərardır və kifayət qədər insana şamil olunacaq.
- Bu həftə isə dövlət başçısı tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Buna münasibətiniz necədir?
- Cənab Prezidentin məcburi köçkünlərlə bağlı bu fərmanı tamamilə doğru və zamanında atılmış addımdır. Artıq Azərbaycanda məcburi köçkünlər üçün xeyli müasir binalar inşa edilib, bütün kommunal xətləri çəkilib və insanlara verilib. Həmin binalara sayğaclar da quraşdırılıb. Ona görə də həmin binalarda yaşayan məcburi köçkünlər istifadə etdikləri kommunal xidmətlərin xərclərini özləri ödəyirlər. Ancaq məcburi köçkünlərin yaşadıqları elə yerlər var ki, orada sayğac quraşdırmaq mümkün deyil. Çünki müxtəlif yataqxanalarda, köhnə sanatoriyalarda və digər binalarda yaşayan məcburi köçkünlər var. Həmin binalara sayğac quraşdırmaq texniki baxımdan da mümkünsüzdü. Ona görə də cənab Prezident çox vaxtında və düzgün olaraq fərmana dəyişiklik edib. Bu, bir daha cənab Prezidentin Azərbaycan xalqına və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
- Ötən ilin dekabrında Biləsuvar rayonunda bir qrup məcburi köçkün elektrik enerjisi ödənişlərinə etiraz olaraq aksiya keçirmişdi. Onlardan bəziləri polisə qarşı zor tətbiq etməkdə ittiham edilərək, saxlanılıb. Həmin şəxslərin əfv olunması gözlənilir?
- Bu mümkün ola bilər. Həmin şəxslərin törətdikləri cinayətlərin maddələri orada müəyyən olunan kateqoriyaya uyğun gələrsə, bu məsələ də öz həllini tapacaq.
- Məcburi köçkünlərin son aksiyaları da göstərdi ki, bəzi məmurlar insanlarla dövlət başçısı arasında sədd yarada bilən addımlar atır...
- Cənab Prezidentin əsas tapşırığı bundan ibarətdir ki, vəzifəyə təyin olunan hər bir kəs insanlara vicdanla xidmət göstərməlidir. Vəzifəli şəxsin borcu insanlara yaxşı xidmət göstərməkdir. Hər bir məmura vəzifə verilib ki, o xalqın problemlərini dinləsin, onun təklif və şikayətlərinə baxsın, lazımı addımlar atsın. Məmurlara vəzifə səhərdən axşamadək kabinetdə oturmağa və qapını bağlayıb içəri heç kəsi buraxmamağa görə verilməyib.
Cənab Prezident müşavirədə də qeyd etdi ki, hər hansı məmur əhaliyə qarşı laqeyd və biganə münasibət göstərəcəksə, çox ciddi şəkildə cəzalanacaq. Yəni, hansı məmur xalqın maraqlarına xidmət etmirsə, deməli o Azərbaycan dövlətinə xidmət edən insan deyil. Hər bir məmur çalışmalıdır ki, müraciət edən vətəndaşlar onların işindən razı qalsın.
Görürsünüz, Prezidentin tapşırığı ilə artıq bütün hökumət üzvləri, nazirlər və komitə sədrləri rayonlara gedir, əhali ilə görüşür, onların problemləri ilə məşğul olur. Məmurlar əhalinin problemləri ilə yerindəcə məşğul olurlar. Bununla da həmin vətəndaşlar əziyyət və xərc çəkib Bakıya gəlmir. Halbuki, vətəndaşlar əziyyət çəkib Bakıya gələn zaman dəqiq bilmir ki, nazirin qəbuluna düşə biləcək, yoxsa yox. Ancaq vətəndaşlar rayonlarda istənilən nazir və müavinləri ilə görüşüb, öz problemlərini diqqətə çatdıra bilirlər.
Prezidentin yaratdığı, qurduğu hər bir uğurlu iş Azərbaycan dövləti və xalqı üçündür.
- Bu il hansı ciddi struktur islahatları gözlənilir?
- Mən deyim ki, islahatlar ötən il Azərbaycanda keçirilən referendumla Konstitusiyaya edilən bir sıra dəyişikliklərlə başladı. Həmin islahatlardan biri də dövlət strukturlarının təkmilləşdirilməsi, iqtisadiyyatın inkişafı, sosial problemlərin həll edilməsi və digər məsələlər idi.
İnsan hüquqlarının qorunması ilə bağlı da Konstitusiyaya yeni əlavələr olundu. Struktur islahatları ilə bağlı da hər zaman müəyyən fikirlər səslənir. Cənab Prezident də bu məsələ ilə bağlı öz fikirlərini bildirir. Görürsünüz ki, Azərbaycanda yeni-yeni strukturlar yaradılır, bəzi qurumlar isə ləğv edilir, ona ehtiyac qalmır. Çünki iqtisadi inkişaf getdikcə, ortaya yeni hədəflər çıxır və yeni addımların atılmasını zəruri edir. Son illər Azərbaycanda müxtəlif komissiyalar, o cümlədən Ərzaq Təhlükəsizliyi Komissiyası yaradılır. Bu qurumlar maliyyə, bank sistemi, korrupsiya ilə mübarizə və digər sahələri əhatə edir. Təbii ki, Azərbaycanda bu cür islahatlar artıq başlayıb. Azərbaycanın müstəqillik yaşı cəmi 25 ildir. Bu illər ərzində Azərbaycan dövləti öz müstəqilliyini daha da möhkəmləndirib və inkişaf edib. Artıq oturuşmuş Azərbaycan dövləti yaranıb. İndi isə yeni struktur islahatları həyata keçirilir.
- Ziya Məmmədovun vəzifədən azad edilməsini yeni islahatlar kimi başa düşmək olar?
- Bəzən görürsən ki, bir çoxları bu islahatlarla bağlı öz düşüncələrini ortaya qoymağa çalışır. Ancaq struktur islahatları cənab Prezidentin həyata keçirdiyi addımlardır. Cənab Prezident kifayət qədər böyük dünya təcrübəsinə malik olan insandır. Ona görə də nəyi nə zaman təyin, azad və ya ləğv etmək onun səlahiyyətlərinə aiddir. Hər kəs görür ki, cənab Prezident bütün bu addımları zamanı çatanda atır.
- Son vaxtlar cəbhə xəttində ermənilər ard-arda silahlı təxribatlara cəhd etdilər. Yaranan bu gərginlik aprel döyüşləri kimi növbəti hərbi əməliyyatlara səbəb ola bilərmi?
- Erməni hərbiçilərinin cəbhədə gərginlik yaratması Ermənistanın daxili vəziyyəti ilə bağlıdır. Çünki hazırda Ermənistanda daxili sosial-iqtisadi vəziyyət çox gərgindir. Ermənistanın cinayətkar rəhbərliyi ölkəni idarə etmək gücündə deyil. Orada olan sosial-iqtisadi tənəzzül, insanların səfalət içərisində yaşaması, iş yerlərinin bağlanması və digər bu kimi amillər Ermənistan əhalisini ayağa qaldırıb. Ermənistan Statistika Komitəsinin məlumatına görə, hər il 100 mindən çox adam acından ölməmək üçün ölkəni tərk edir, xaricdə sığınacaq alır.
Dağlıq Qarabağda məskunlaşan separatçı və quldur erməni rejimi isə Azərbaycanın işğal altında olan ərazilərində narkotik bitkilər əkib-becərməklə, terrorçulara qanunsuz silah-sursat satışı ilə özləri üçün pul toplayır. Bütün bunlar isə Ermənistan əhalisinə yaxşı bəllidir. Ona görə də Ermənistan müxalifəti birləşərək, hakimiyyətə qarşı mübarizəyə başlayıb. İndi Ermənistan hakimiyyəti də ölkə əhalisinin diqqətini başqa yerə yönəltmək üçün cəbhədə yeni təxribatlara əl atır, gərginlik yaratmağa çalışır.
Ermənistan müstəqil dövlət deyil və müstəqil siyasət yürüdə bilmir. Ermənistanın yürütdüyü bütün siyasət böyük dövlətlərlə razılıq əsasında həyata keçirilir. Ermənistanın vassal dövlət olması da əhalini ciddi şəkildə narahat edir. Ermənistan rəhbərliyi də bu gərginliyi cəbhə bölgəsinə yönəltmək istəyir. Bunun nəticəsidir ki, ermənilər cəbhə xəttində müxtəlif təxribatlara əl atırlar, uğursuz hücumlar təşkil edirlər. Bu hücumlara Azərbaycan Milli Ordusunun qəhrəman əsgər və zabitləri çox layiqli cavab verirlər, düşmən bütün məkrli niyyətlərini darmadağın edirlər. Bu gün nəticə göz qabağındadır. Doğrudur, Allah rəhmət etsin, Azərbaycan ordusu bu qələbələrə verdiyi şəhidlərin sayəsində nail olur. Ancaq bununla yanaşı, ermənilərin onlarla əsgər və zabiti məhv edilir. Ermənistan ordusu verdiyi itkilərin böyük hissəsini gizlədir. Yəni, Ermənistanda olan valideynlərə xəbər vermədən öldürülən erməni hərbiçilərini Qarabağda dəfn edirlər. Sonra isə həmin erməniləri “itkin düşmüş” və ya “xidmətdə olan” şəxslər kimi qeyd edirlər. Hələ ötən ilin aprel döyüşlərində də Ermənistan tərəfi öldürülən yüzlərlə hərbiçisini Qarabağda basdıraraq, gizlədib. Onların bir hissəsini isə “itkin düşmüş”, bir hissəsini “xidmətdə olan”, bir hissəsini isə guya “Azərbaycana əsir düşmüş” kimi təqdim edib. Ermənistan tərəfi cəbhədə verdiyi itkiləri ölkə əhalisinə indi də eyni cür çatdırır. Ona görə də Ermənistanda əksər valideynlər öz övladlarını hərbi xidmət üçün Dağıq Qarabağa buraxmaq istəmir. Erməni əhalisi artıq anlayır ki, Qarabağa gedən ermənilərin sonu ölümdür.
- Son vaxtlar Rusiyanın ayrı-ayrı şəxslərinin dilindən Azərbaycanın dövlət müstəqilliyinə açıq təhdid bəyanatları verilir. Misal üçün Rusiya Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovskinin Azərbaycan və Qarabağla bağlı son bəyanatına münasibətiniz necədir?
- Bilirsiz, Vladimir Jirinovski bir gün Azərbaycanın əleyhinə, bir gün də xeyrinə danışır, bir gün Ermənistanı, bir gün də Gürcüstanı söyür. Ona görə də bu cür adamların cəfəng fikirlərinə əhəmiyyət vermək lazım deyil. Bu cür fikirlər səsləndirməklə gündəmdə qalmağa çalışır.
Azərbaycan 25 ildən çoxdur ki, müstəqil dövlətdir. Azərbaycanın ərazi bütövlüyü işğal altında olan Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla bütün BMT-yə üzv olan dövlətlər tərəfindən tanınır. Ona görə də Jirinovskinin guya Azərbaycanda Bakı quberniyası yaradılması barədə fikirləri absurddur. Bu gün Rusiyanın kifayət qədər böyük ərazisi var. Öz ərazisinə yiyəlik etsə, bəs edər. Rusiya dünyada ən böyük əraziyə malik dövlətdir. Yaxşı olar ki, onun kimi siyasətçilər başqa dövlətlərin daxili işlərinə qarışmaq əvəzinə, gedib öz daxili işləri ilə məşğul olsunlar. Mən Vladimir Jirinovskinin bu fikirlərini Rusiyanın Azərbaycana təzyiqi kimi qiymətləndirmirəm. Çünki Jirinovski ondan öncə də Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə müdafiə edib, dəfələrlə Ermənistan əleyhinə çıxışlar edib.
- Son vaxtlar Milli Məclisin deputatı Araz Əlizadə və onun qardaşı Zərdüşt Əlizadə tərəfindən türklər və Nuru Paşa haqqında aşağılayıcı fikirlər səsləndirilir. Bu cür fikirlərə sizin münasibətiniz necədir?
- Türklərə ən böyük qiyməti ulu öndər Heydər Əliyev verib və deyib ki, biz bir millət, iki dövlətik. Yəni, azərbaycanlılar və türklər bir millətdir. Türkləri kim aşağılayırsa, həm də azərbaycanlıları aşağılayır.
Digər tərəfdən isə həmin şəxslər bu gün paytaxt Bakı şəhərində yaşayırsa, buna görə Nuru Paşaya təşəkkür etməlidir. Çoxumuz Nuru Paşaya ona görə borcluyuq ki, vaxtilə o gəlib Bakını erməni quldurlarından təmizlədi. Misal üçün, ulu öndər Heydər Əliyev Naxçıvanda Musa Kazım Qarabəkir Paşanın abidəsini ucaldıb, adına məscid inşa etdirib, həmin yerlərin açılışına da Kazım Qarabəkir Paşanın ailə üzvləri dəvət edilib. Yəqin ki, Bakıda da Nuru Paşanın adına abidə qoyulacaq və bununla bağlı dövlət tərəfindən müvafiq addımlar atılacaq. Elə məsələlər var ki, o heç zaman unudulmur və tarixə əbədi olaraq həkk olur. Həmin məsələlərdən biri də Nuru Paşa ilə bağlıdır. Nuru Paşa çox uzaq tarixdə də yaşamayıb. Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin bərqərar olmasında Nuru Paşanın xüsusi rolu var. Ona görə də bu gün Nuru Paşa haqqında mənfi fikirlər söyləmək yersizdir.
- Gələn il Azərbaycanda prezident seçkiləri ilidir. Belə bir ərəfədə Müsavat-AXCP birliyinin seçkilərə vahid namizədlə gedəcəkləri təqdirdə, şanslarını necə qiymətləndirirsiz?
- Guya birləşəndə nə edəcəklər? Məgər ötən seçkilərdə Milli Şurada bir yerdə deyildilər? Ümumi 40-45 min imzanı toplayıb təqdim edə bilməmişdilər. İndi guya birləşsələr, nə edəcəklər? Bu insanlar Azərbaycan cəmiyyətində yaxşı tanınırlar. Gördünüz də, yaxın keçmişdə Milli Şuranın üzvü olan Şahin Mirzəyev adlı xain Ermənistandan sığınacaq aldı və bəh-bəhlə Ermənistan vətəndaşlığını qəbul etdi. İndi ermənilər bundan Azərbaycan əleyhinə ömrü boyu sui-istifadə etməyə çalışacaqlar. İndi xeyli sayda erməni jurnalisti və politoloqu Serj Sarkisyan rejimindən xilas olmaq üçün gəlib Azərbaycana sığınıb. İndi ermənilər də həmin Milli Şura üzvü olmuş Şahin Mirzəyevdən Azərbaycana qarşı istifadə etməyə çalışacaq. Mənim yaxşı yadımdadır, Şahin Mirzəyev ötən seçkilərdə Milli Şuranın ən aparıcı adamlarından biri idi, onların təbliğatını aparırdı, “Tolışi Sədo” qəzetinin bütün səhifələrini Milli Şuranın reklamına sərf etmişdi. Ancaq indi Milli Şura susur, danışmır. Çünki danışa bilmir, deməyə sözü yoxdur, Milli Şuranın keçirdiyi aksiyalarda Şahin Mirzəyevin əlində bayraqla çəkilən fotoları var, hamısı ortadadır.
- Son vaxtlar səhhətinizdə problemlərin olması ilə bağlı sosial şəbəkələrdə müxtəlif məlumatlar yayılır.
- Əslində, mən bu cür yazılara əhəmiyyət verən adam deyiləm. Gördüyünüz kimi, hazırda iş başındayam, səhhətimdə heç bir problem yoxdur. Səhhətim normaldır. Əgər kimsə mənim səhhətimə görə narahatlıq keçiribsə, onlara təşəkkür edirəm. Mən idmanla məşğul olan adamam. İstədiyim vaxt istədiyim qədər çəki ata bilirəm. Bəzi adamlar arıqlamaq üçün pul xərcləyir, mən isə pəhriz saxlayıram, idmanla məşğul oluram. İstədiyim qədər arıqlaya bilirəm. Hətta, istəsəm kökələ də bilərəm!

 
  • Oxunub:  3990  |  
  • Tarix:  17-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən Serj Sarkisyana dərs

14:17
21 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edib
14:09
21 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib
13:34
21 Sentyabr
Van Veyquan: Azərbaycan-Çin əlaqələri beynəlxalq arenada hər iki ölkəni strateji tərəfdaşa çevirib
12:57
21 Sentyabr
Akademik İsa Həbibbəyli: Bakı-Tbilisi-Qars XXI əsrin dəmir İpək Yoludur
12:30
21 Sentyabr
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələri açıqlanıb
12:24
21 Sentyabr
21 sentyabr - Beynəlxalq Sülh Günüdür
12:20
21 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət yetirir
12:12
21 Sentyabr
Əli Həsənov: Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı ermənilərin 200 illik yalanı üzərində böyük qələbə idi
12:10
21 Sentyabr
AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir
11:55
21 Sentyabr
Baş nazirin müavini: Sarkisyan özünü bütün dünya qarşısında biabır etdi
11:49
21 Sentyabr
Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü gələn ay Tehranda keçiriləcək
11:48
21 Sentyabr
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilk dəfə Rusiyada nümayiş olunacaq
11:38
21 Sentyabr
Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinin döyüş atışlı mərhələsi icra olunub
11:31
21 Sentyabr
Bakıda Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair konfrans keçirilir
11:30
21 Sentyabr
Mərkəzi Seçki Komissiyasının sədri Rusiya Federasiyasında səfərdədir
11:25
21 Sentyabr
Böyük Qayıdışa – Cocuq Mərcanlının bərpasına həsr olunan kitabın və filmin təqdimatı keçirilir
11:23
21 Sentyabr
Prezidenti İlham Əliyev: Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq
10:51
21 Sentyabr
Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair beynəlxalq konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
10:44
21 Sentyabr
Prezidenti İlham Əliyev: Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir
10:41
21 Sentyabr
Flora Qasımova: Serj Sarkisyanın BMT Baş Assambleyasındakı çıxışı cəfəngiyyatdan başqa bir şey deyil
10:20
21 Sentyabr
Prezident İlham Əliyev: Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir
10:17
21 Sentyabr
2019-cu ildə UEFA Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək
10:15
21 Sentyabr
Ermənilərin dağıtdığı Azərbaycan abidələri ilə bağlı məsələ AŞPA-da müzakirəyə çıxarılacaq
19:03
20 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib
17:54
20 Sentyabr
Elman Məmmədov: Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri cəfəngiyyatdan başqa bir şey deyil
17:50
20 Sentyabr
XİN: ABŞ Konqresinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır
17:47
20 Sentyabr
Ramin Quluzadə: Beynəlxalq tranzit üçün əlverişli coğrafi mövqeyə malik Azərbaycanda nəqliyyat sahəsi xüsusi əhəmiyyət kəsb edir
17:44
20 Sentyabr
SOCAR-ın kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:11
20 Sentyabr
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 44-cü kitabı çapdan çıxıb
16:55
20 Sentyabr
Azərbaycan ilə Pakistan arasındakı münasibətlər möhkəm təməllər üzərində qurulub
16:48
20 Sentyabr
Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib
16:40
20 Sentyabr
Aİ-nin siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək
16:34
20 Sentyabr
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
16:29
20 Sentyabr
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevirdə sağlamlıq həftələrinin açılış mərasimini keçirib
16:21
20 Sentyabr
Müdafiə naziri səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələri yoxlayıb
16:10
20 Sentyabr
Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Şahbuz” yarımstansiyası istifadəyə verilib
15:53
20 Sentyabr
Sentyabrın 20-dək ölkə üzrə 15 min tona yaxın pambıq yığılıb
15:04
20 Sentyabr
Neftçilərin peşə bayramı təntənəli şəkildə qeyd edilib
14:48
20 Sentyabr
Deputat: "Prezidentin ABŞ-a səfəri böyük əhəmiyyətə malikdir"
14:47
20 Sentyabr
Arif Rəhimzadə: Azərbaycanda bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılır
14:24
20 Sentyabr
Rəfiqə Əliyeva öz ömür payını alim, insan və vətəndaş kimi şərəflə yaşadı
14:14
20 Sentyabr
MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri başçıları Qəbələyə toplaşıb
14:05
20 Sentyabr
Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi qeyd edilib
13:59
20 Sentyabr
Milli Məclisin komitə iclasında bir sıra məsələlər müzakirə olunub
13:55
20 Sentyabr
Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının qurultayı işini davam etdirir
12:43
20 Sentyabr
Rövnəq Abdullayev: İndiyədək "Şahdəniz"dən 85 milyard kubmetr qaz hasil edilib
12:35
20 Sentyabr
Bakı MDB məkanında turizm üçün cəlbedici olan ilk üç şəhər sırasındadır
12:30
20 Sentyabr
Ziyad Səmədzadə: Yeni Saziş ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir
12:27
20 Sentyabr
Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi tamhüquqlu regional əməkdaşlığa maneə yaradır
12:24
20 Sentyabr
“Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasından 3 il ötür
12:04
20 Sentyabr
Bakı Dövlət Universitetinin kollektivi Fəxri xiyabanı ziyarət edib
11:42
20 Sentyabr
Nizami rayonunda YAP-ın 25 illiyi münasibətilə kütləvi futbol yarışlarına start verildi
11:37
20 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycan humanitar böhranlara yol açan müharibələrdən ciddi narahatlıq keçirir
11:27
20 Sentyabr
Azərbaycanda əsas qeyri-neft sənaye sahələrinin rəqabətqabiliyyətinin artırılması layihəsinin icrasına başlanılıb
11:21
20 Sentyabr
Bakıda “Caspian Energy Transport Forum”u keçirilir
11:14
20 Sentyabr
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
11:10
20 Sentyabr
Çində II İpək yolu Beynəlxalq Mədəniyyət Sərgisinin açılışı olub
11:07
20 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub
11:05
20 Sentyabr
İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun iclası keçirilib
11:01
20 Sentyabr
V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası çərçivəsində çoxsaylı tədbirlər keçiriləcək
10:55
20 Sentyabr
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir
10:54
20 Sentyabr
RİİB regionlarda könüllülük proqramına start verir
17:49
19 Sentyabr
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin II konfransı keçirilmişdir
17:42
19 Sentyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:40
19 Sentyabr
Tahir Rzayev: Düşünülmüş siyasətin həyata keçirilməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək
17:36
19 Sentyabr
Mikayıl Cabbarov: qarşılıqlı tələbə mübadiləsi təhsillə yanaşı, xalqlar arasında dostluğun güclənməsində də mühüm rol oynayacaq
17:34
19 Sentyabr
Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında danışıqlar gələn həftə Brüsseldə keçiriləcək
17:19
19 Sentyabr
Kamran Nəbizadə: Gələcəkdə təbii sərvətlərimiz yalnız ehtiyat faktoru kimi önəm kəsb edəcək
17:17
19 Sentyabr
Müdafiə naziri cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışını edib
17:11
19 Sentyabr
Qarabağ münaqişəsinə dair təmas qrupu toplandı

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+19 +22