Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri yüksələn xətlə inkişaf edir
A+   Yenilə  A-
Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələri yüksələn xətlə inkişaf edir

Məlum olduğu kimi, yanvar ayının 31-dən fevralın 10-dək Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun rəhbərliyi ilə bir qrup media nümayəndələri Səudiyyə Ərəbistanına səfərdə oldular. Səfər çərçivəsində  iki dövlət arasında münasibətlər, o cümlədən media qurumları arasındakı qarşılıqlı əlaqələr və bu əməkdaşlığın bundan sonra da inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olundu. Həmin məsələlər ətrafında suallarımızı nümayəndə heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu cavablandırır.
- Hikmət müəllim, bu, Səudiyyə Ərəbistanına ilk səfəriniz idi?
-Bəli, ilk dəfə idi.
- Belədə istərdik müsahibəmizə səfər təəssüratlarınızla başlayaq.
-Təəssüratlar çox zəngindir.  Biz müsəlman ölkəsində yaşayırıq. Bilirsiniz ki, Azərbaycan əhalisinin  90 faizi müsəlmanlardan ibarətdir. Hər bir insan müəyyən yaş mərhələsində öz dini kimliyini dərk edir. Sosial münasibətlərdə, davranışlarda, qarşılıqlı münasibətlərdə, ümumiyyətlə, bütün dünyanı dərk etməyimizdə, şəxsiyyətimizin formalaşmasında bu faktorun mühüm rolu var. Hər bir insan öz müsəlman dini kimliyini dərk etdikdən sonra adını çəkdiyimiz bu ölkə - Səudiyyə Ərəbistanı ona bir cazibə mərkəzi kimi görünür. İslam tarixinin başlanğıcı, fəlsəfəsinin beşiyi Məkkə, Mədinədir. Hər bir müsəlman  o müqəddəs məkana getməyə can atır. Əlbəttə, bu səfər mənim üçün də olduqca əlamətdar idi. İnsan mənəvi baxımdan zənginləşir, xeyli sayda bilgilər əldə edir və özündə, daxili mənəviyyatında bir növ yeni keyfiyyətlər aşkar edir. Olduqca maraqlı idi.
- Bəs səfərin əsas məqsədi nə idi və bu səfərin Azərbaycan-Səudiyyə Ərəbistanı media qurumlarının qarşılıqlı əlaqələrinin bundan sonrakı inkişafına təsiri nədən ibarət olacaq?
-Hazırda informasiya əlahiddə bir vasitədir. Bilirsiniz ki, beynəlxalq münasibətlər sistemində, dövlətlərarası münasibətlərdə informasiyanın əhəmiyyəti get-gedə artır. İnformasiya bu gün bizə baş verən hadisələr haqqında məlumat verməklə yanaşı, onun real və ya qeyri-real obrazını təsəvvürümüzdə canlandırır. Real təsəvvür yaradan obyektiv informasiyadır. Cəmiyyətin şüurunda yanlış portret cızan informasiya isə monopulyativ informasiyadır. Qeyd etdik ki, Azərbaycan müsəlman ölkəsidir. Bilirik ki, hazırda müsəlman dünyasına qarşı bir informasiya təxribatı var. Qərbdə çoxsaylı islamofob mərkəzlər var ki, həmin mərkəzlər İslamı dünyaya terrorist din kimi təbliğ etməyə çağırırlar. İslamın fəlsəfəsini təhrif edirlər, müsəlman ölkələrini terrorçu yetişdirən bir coğrafiya kimi təqdim etməyə çalışırlar. Bu şəkildə bir düşmən obrazı yaratdıqdan sonra isə ən müxtəlif vasitələrlə müsəlman ölkələrinə hücum təşkil edirlər. Müsəlman ölkələri bir-bir sıradan çıxır, onların dövlətləri dağılır. İnsanlar mənəvi, fiziki əziyyətlərə düçar olurlar və s. Bu prosesdə Qərb imperializminin ən əsas məqsədi müsəlman ölkəsində olan bütün resursları mənimsəmək, istismar etməkdir. Əlbəttə ki, mənimsəməkdən söhbət gedirsə, ilk növbədə karbohidrogen ehtiyatları göz önünə gəlir. Dünyanın qısaca mənzərəsi bu şəkildədir. Bu proses dayanmır. Şimali Afrikada, Yaxın Şərqdə bəzi dövlətlər yıxıldı. Bu proses indi ardıcıl olaraq digər İslam ölkələrinə, onun dərinliklərinə, Orta və Mərkəzi Asiyaya doğru irəliləyir. Bu prosesin qarşısının alınması üçün bu gün “yumşaq güc” kimi səsləndirilən informasiya dediyimiz vasitədən milli maraqlarımız üçün effektiv şəkildə istifadə etmək lazımdır. Azərbaycan İslam ölkələri sırasında öz intellektual göstəricilərinə, dünya siyasətini dərk etməsinə görə ön sıralardadır. Bəlkə dünya miqyasında ərazi baxımından kiçik dövlətdir, amma baş verən proseslərin mahiyyətini dərk etmək baxımından Azərbaycanda kifayət qədər savadlı auditoriya var. Təsadüfi deyil ki, hələ 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin media nümayəndələrinin Bakıda konfransı keçirildi və bu konfrans Azərbaycanın, cənab Əli Həsənovun təşəbbüsü ilə oldu. İƏT-ə üzv olan ölkələrin mediasının assosiyasiyasını yaratmaq bəyan edildi. Bu  layihənin gerçəkləşdirilməsi üçün İƏT-ə də müraciət olundu. Cənab Əli Həsənovun Səudiyyə Ərəbistanına olan səfəri məsələnin bu tərəfi idi. İkinci tərəfi isə, bildiyiniz kimi, cənab Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisidir, səfərin bununla da bağlı məqsədləri var idi. Bu prosesdə media nümayəndələri olaraq biz də iştirak etdik.
-  Azərbaycanda medianın inkişafından danışarkən ilk göz önünə gələn əsas məsələ ölkədə söz azadlığına verilən qiymət və dəyərdir. Bilirik ki, səfər çərçivəsində orada fəaliyyət göstərən məşhur qəzetlərin, informasiya agentliklərinin redaksiyalarında olmusunuz. Müşahidələrinizə əsasən, Səudiyyə Ərəbistanında azad sözə verilən qiyməti  necə şərh edərsiniz?
-Bilirsiniz ki, Azərbaycanda senzura hələ 1996-cı ildə ləğv edilib. Ölkəmizdə söz və mətbuat, internet azadlığı var. Azərbaycanda dövlət və media münasibətlərini koordinasiya edəcək qurum kimi 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunub. İstəməzdim müqayisə aparım. Amma hər bir ölkənin öz qanunvericiliyi, ictimai-siyasi institutları, informasiya resursları var. Bu resurslarından hər bir ölkə öz maraqları üçün istifadə edir.  Səudiyyə Ərəbistanında da çoxsaylı qəzetlər, informasiya agentlikləri var. Eyni zamanda , ölkədə söz və mətbuat azadlığı mövcuddur. Biz bunların hər birinin şahidi olduq. Səudiyyə Ərəbistanının bir neçə məşhur qəzetlərində, o cümlədən “Əl Cəzirə” qəzetinin redaksiyasında olduq. Hansı ki, bu qəzet gündə 100 min tirajla çıxır. Eyni zamanda “Əl Cəzirə” təkcə Səudiyyə Ərəbistanının ictimai mühitində deyil, həm də körfəz ölkələrinin əksəriyyətində nüfuzlu bir qəzet hesab olunur. Bilirik ki, körfəz ölkələrinin böyük əksəriyyəti elə ərəb dilli ölkələrdir. Ona görə də bu qəzetin geniş bir auditoriyası var. Eyni zamanda, orada “Səudiyyə Press” agentliyi var. Bu agentlik də regionun ən böyük agentliklərindən biridir. Çox yaxşı təchizatları, texniki avadanlıqları var. İş üçün çox rahat şəraitləri var. Eyni zamanda televiziya studiyaları var ki, müasir avadanlıqlarla təchiz olunub. Sevindirici hal odur ki, həmin agentliyin Azərbaycanın  AZƏRTAC xəbər agentliyi ilə sıx əlaqələri var. Ən əsası isə bütün bu informasiya resursları Azərbaycanı dost, qardaş ölkə kimi görür. Azərbaycanla bağlı çox yaxşı xəbərlər verirlər. Getdiyimiz bütün ünvanlarda sürücülərdə, bələdçilərdə, hər kəsdə Azərbaycana qarşı sevgi, hörmət gördük. Onlar Azərbaycandakı tolerantlığı, dini dözümlülüyü, inkişafı yüksək qiymətləndirirlər. Danışdığımız hər bir insanın ürəyində Azərbaycana gəlmək arzusu var idi.  Ayrıca qeyd etmək istəyirəm ki, Səudiyyə Ərəbistanı bu günə qədər işğalçılıq siyasətinə görə Ermənistanla diplomatik əlaqələrini kəsən dörd dövlətdən biridir. Düşünürəm ki, bunun özü Azərbyacana olan münasibəti səciyyələndirmək üçün  ən gözəl faktdır.
- Hikmət müəllim, qeyd etdiniz ki, bu gün dünyada İslama qarşı təxribat aparılır. Bir neçə müsəlman ölkəsinin dağıdılmasının şahidi olduq. Bu prosesə giriş isə sosial şəbəkələrlə oldu. Bu mənada hazırda Səudiyyə Ərəbistanında internet mediadan, sosial şəbəkələrdən istifadəyə məhdudiyyətlər varmı? Bu məsələyə nə dərəcədə həssas münasibət var?
-Maraqlı sualdır. Səudiyyə Ərəbistanında “Google” axtarış sisteminə girən zaman sizə dil, tərcümə seçimi verilir. Ərəb və ya digər dillərdən istifadə edə bilərsiniz. Burada azadlıq, sərbəstlik var. Əgər elə bir qorxu olsaydı, şübhəsiz ki, internet resurslarından, sosial şəbəkələrindən istifadəyə qadağa qoyulardı, ya da müəyyən məhdudiyyətlər olardı. Amma mən orada elə bir məhdudiyyət görmədim. Hər bir vətəndaş girib sərbəst şəkildə internetdən istifadə edə bilərdi. Amma mən həmin prosesə  digər böyük ölkələrdə rast gəlmişəm. Hansı ki, siz həmin ölkədə qlobal axtarış sisteminə girə bilməzsiniz. Amma Səudiyyə Ərəbistanında tam sərbəstlik var. Bilirsiniz, biz orada Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri ilə görüşdük. Müxtəlif fondlarda olduq. Zabitlər evində generallarla görüşümüz oldu. Ölkənin təhlükəsizliyində, hüquq-mühafizə orqanlarında işləyən bu insanlarla görüş də çox maraqlı idi. Çox maraqlı söhbətlərimiz oldu. Bu ölkədə dərk edilir ki, informasiya resurslarına qadağa qoymaq mümkün deyil, bəlkə buna heç ehtiyac da yoxdur. Əsas yanaşma bu resurslardan səmərəli istifadəni təşkil etmək və informasiya resurslarını milli maraqlara yönləndirməkdir. Düşünürəm ki, buna da nail olublar. Amma bütün ölkələrdə olduğu kimi, Səudiyyə Ərəbistanında da xaricdən maliyyələşdirilən radikal qruplar var. Amma onlara qarşı çox effektiv mübarizə metodları müəyyənləşdirilib.
- Necə düşünürsünüz, ümumilikdə müsəlman ölkələrinin media qurumlarının özlərinə məxsus, ortaq xüsusiyyətləri varmı? Varsa hansılardır?
-Bilirsiniz, din dediyimiz fəlsəfə, ilahi hökm hər bir məkanda, düşüncədə fərqli mənimsənilir. Məsələn, ərəbsayağı müsəlmançılıq fərqlidir, azərbaycansayağı müsəlmançılıq tamam fərqlidir. Eləcə də Cənub-Şərqi Asiyada, Malayziyada, İndoneziyada bir başqadır. Milli keyfiyyətlər, adət-ənənələr bu fərqliliyi aydın göstərir. Amma nəticə etibarilə fəlsəfə birdir. Əgər belədirsə, deməli, informasiyaya yanaşmada da  metodlar fərqlidir. Şübhəsiz ki, biz də islamafobiyadan əziyyət çəkirik. Bizim də informasiya məkanımızda vaxtaşırı təxribatlar törədilir, hücumlar edilir. Əslində islam mədəniyyətinə hücum, bütün müsəlman ölkələrinə ortaq hücumdur. Çünki biz də bu mədəniyyətin daşıyıcılarıyıq. Əgər İslamdan terrorist bir din çıxarmağa çalışırlarsa, bu, hər birimizin problemidir. Azərbaycanın irəli sürdüyü Müsəlman Ölkələrinin Media Assosiyasiyası ideyasının əsasında da bu durur ki, qlobal informasiya məkanında vaxtaşırı sistemli və ardıcıl hücumlar olur.  Ortaq dəyərləri qorumaq üçün ortaq cəhd olmalıdır. Bir çətir olmalıdır ki, bütün müsəlman ölkələrində islamofob qüvvələrin fəaliyyəti koordinasiya edilsin.
- Azərbaycan hər zaman İslam ölkələri arasındakı əlaqələri yüksək qiymətləndirir və bir dövlət kimi bu əlaqələrin inkişafına öz töhfəsini verməkdədir.  Deyə bilərikmi bu il ölkəmizdə keçiriləcək IV İslam Həmrəylik Oyunları da məhz bu prinsipə hesablanır?
-Tamamilə doğrudur. Bilirsiniz ki, İslam Həmrəylik Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. Cənab Prezidentin Sərəncamı ilə bu il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olunub. Eyni zamanda, ölkəmizdə IV İslam Həmrəylik  Oyunları keçiriləcək. Səudiyyə Ərəbistanında ölkə əhalisinin təqribən beş faizi şiə mənsəbinin daşıyıcısıdır. Onların Milli Dialoq Mərkəzi adlanan bir qurumu var. Orada bizə sual verdilər ki, burada on nəfərsiniz, neçə nəfər şiə, neçə nəfər sünnidir. Biz hamımız bir-birimizə baxdıq. Mənsəb kimliyimizi dəqiqləşdirməkdə çətinlik çəkdik. Onlar bu səmimiyyəti elə heyranlıqla qarşıladılar ki.. Bizim üçün bu sual əhəmiyyətsizdir. Çünki ölkəmizdə bu mövzular loyal, liberaldır. Ona görə də onlar deyirlər ki, sizdəki bu model bütün İslam dünyasında mənimsənilməlidir.
- Azərbaycanın Səudiyyə Ərəbistanında fəaliyyət göstərən diplomatik korpusları ilə tanış oldunuzmu? Onların fəaliyyətini necə qiymətləndirirsiniz?
-Çox səmərəli işləyirlər. Bütün diplomatlarımız dövlətimizin maraqlarını layiqincə təmsil edirlər. Dili çox yaxşı bilirlər, oranın cəmiyyətinə yaxşı inteqrasiya olunublar. Mövcud olan azsaylı Azərbaycan icmasının fəaliyyətini düzgün şəkildə koordinasiya edirlər. Aralarında internet üzərindən xəbərləşmək üçün xüsusi bir qrup yaradıblar. Bilirsiniz ki, orada ümumiyyətlə, erməni yoxdur. Buna baxmayaraq, Livanda, Suriyada yaşayan və bu ölkənin vətəndaşı olan ermənilər var ki, onlar Səudiyyədə fəaliyyət göstərə bilirlər. Əlbəttə, bunu tam olaraq məhdudlaşdırmaq olmur. Bu yaxınlarda orada törədilən erməni təxribatına qarşı səfirliyimiz məsələ qaldırıb və dövlət tərəfindən bu məsələyə dərhal münasibət göstərilib, müvafiq tədbirlər görülüb. Səfirliyimizin nümayəndələri bu qədər həssas işləyirlər. Düşünürəm ki, bu mənada Səudiyyə Ərəbistanının bütün yetkililərinə təşəkkür borcumuz var ki, onlar Azərbaycanın Dağlıq Qarabağ məsələsində bu cür qəti mövqe nümayiş etdirirlər.
- Ümumi fikirlərinizdən belə nəticəyə gəldik ki, bundan sonra da Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri, o cümlədən media əlaqələri yüksələn xətlə inkişaf edəcək
-Sözsüz. Artıq bu əlaqələrin özünəməxsus tarixi var. Düşünürəm ki, yuxarıda danışdığımız Media Assosiasiyası da yaransa, bu əlaqələr daha geniş xarakter alacaq. Əlbəttə ki, nəticə etibarilə bu əlaqələr bütün İslam dünyasının maraqlarına xidmət edəcək.
Şəmsiyyə Əliqızı, 
Şəfiqə Dadaşova, “İki sahil”

 
  • Oxunub:  2520  |  
  • Tarix:  17-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Respublika və Silahlı Qüvvələr günləri Londonda təntənəli şəkildə qeyd olunub

09:21
28 May
Praqada və Parisdə AŞPA-nın büro, komitə iclasları keçiriləcək
09:14
28 May
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 99 il ötür
09:10
28 May
28 May – Respublika Günü ilə əlaqədar Düşənbədə rəsmi qəbul keçirilib
09:06
28 May
Milli Aviasiya Akademiyası və ADA Universiteti 28 May - Respublika Gününü birgə tədbirlə qeyd ediblər
21:52
27 May
Moskvada Azərbaycanın dövlət bayramı – Respublika Günü qeyd edilib
21:00
27 May
NATO PA-nın komitə iclasında təcavüzkar Ermənistana qarşı tədbirlər görülməsi çağırışı edilib
19:35
27 May
Abbas Əfrasiabi: “Bakı Ürək Günləri” çox böyük elmi-praktiki əhəmiyyət daşıyır
18:57
27 May
28 May - Respublika Günü münasibətilə Bakıda idman yürüşü keçirilib
18:41
27 May
“Bakı Ürək günləri” V Beynəlxalq Konqresinin ikinci günü başa çatıb
17:14
27 May
Şahin Mustafayev: Minskdə yaradılan Azərbaycan Ticarət Evi sahibkarlarımız üçün Belarus bazarına açılan bir pəncərədir
16:18
27 May
Tbilisidə NATO PA-nın komitə iclasında Ermənistanın işğalçılıq siyasətindən danışılıb
16:06
27 May
Belarusda Azərbaycan Ticarət Evi açılıb
16:00
27 May
Azərbaycan Prezidenti: TAP layihəsini əngəlləmək üçün süni şəkildə, heç bir əsası olmadan qruplar təşkil edilir
15:49
27 May
Nizami Cəfərov: AXC-nin yaradılması türk dünyası üçün çox mühüm hadisə idi
15:44
27 May
YAP Zaqatala rayon təşkilatının IX konfransı keçirilib
13:36
27 May
Mariya Zaxarova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti dərin hörmət və heyranlıq doğurur
13:18
27 May
Prezident İlham Əliyev: Azərbaycan elə təşəbbüslər irəli sürür ki, bu, dünya üçün bir yenilikdir
12:55
27 May
Hadi Rəcəbli: Respublikamızda yeni iş yerləri yaradılmaqla yanaşı, işçilərin hüquqlarının qorunması da diqqət mərkəzindədir
11:34
27 May
Azad Rəhimov: Gənclər Azərbaycanın tarixini dərindən bilməlidirlər
11:23
27 May
“Bakı ürək günləri” Beynəlxalq Konqresinin işi seksiya iclaslarında davam edib
11:15
27 May
Musa Qasımlı: 28 May – Respublika Günü xalqımızın ən əlamətdar bayramları sırasında yer tutur
11:09
27 May
28 May - Respublika Günü və Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin 25 illiyi Tokioda qeyd edilib
11:04
27 May
Türkiyənin İstanbul şəhərində 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib
11:01
27 May
Azərbaycan Prezidenti: Əgər ölkələr bir-birinin işinə qarışmasalar onda nə müharibə, nə münaqişə olacaq
17:47
26 May
Donald Tramp: Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır
17:42
26 May
Yaqub Mahmudov: Xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yerini və rolunu daim yüksək qiymətləndirir
17:22
26 May
Şahin Mustafayev: Ölkə ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması istiqamətində mühüm tədbirlər görülür
17:15
26 May
Avstraliyada Azərbaycanın iqtisadi və investisiya imkanlarının təqdimatı keçirilib
16:47
26 May
Ukraynanın Prezidenti: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirərək, qətiyyətlə yüksək inkişaf templəri nümayiş etdirir
16:17
26 May
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının VIII konfransı keçirildi
16:13
26 May
Sahibə Qafarova: Azərbaycan istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə keçirə və eyni zamanda, öz standartlarını tətbiq edə bilər
15:38
26 May
28 May–Respublika Günü İspaniyada qeyd edilib
14:45
26 May
Çin Xalq Respublikasının Sədri: Çin Hökuməti Azərbaycanın dövlət quruculuğu, sosial-iqtisadi inkişaf sahələrində əldə etdiyi müvəffəqiyyətlərə sevinir
14:33
26 May
28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib
14:27
26 May
Anar İsgəndərov: Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə müstəsna yer tutur
14:23
26 May
“HuffPost Maghreb”: Azərbaycan Qafqazın sabitlik və inkişaf sütunudur
14:19
26 May
“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqres iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
12:24
26 May
Azərbaycan ilə Rumıniya arasında təhsil sahəsində əməkdaşlıq daha da genişlənəcək
12:18
26 May
Azərbaycan İslam Ölkələrinin Maliyyə Mərkəzinin yaradılması ideyasını dəstəkləyir
12:15
26 May
Ər-Riyadda 28 May - Respublika Günü münasibətilə qəbul təşkil olunub
12:08
26 May
Yan Hamaçek: Azərbaycan Cənubi Qafqazda Çexiya üçün çox mühüm tərəfdaşdır
12:06
26 May
ABŞ-ın bir sıra şəhərlərində 28 may “Azərbaycan Milli Günü” elan edilib
11:26
26 May
Neft hasilatının azaldılmasına dair sazişin müddətinin daha 9 ay uzadılması qərarına Azərbaycan da razılıq verib
11:05
26 May
Vu Honq Nam: Azərbaycanın Vyetnamın quruculuq və inkişafına verdiyi dəstəyi minnətdarlıqla xatırlayırıq
10:59
26 May
Romada 28 May-Respublika Günü qeyd edilib
10:42
26 May
Klaudio Kajado: Braziliya-Azərbaycan əlaqələri sürətlə inkişaf edir
10:34
26 May
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 28 may qeyri-iş günüdür
10:31
26 May
Əhəd Qəzayi: Prezident İlham Əliyev hər bir siyasi addımını vaxtında və dəqiqliklə atan dövlət xadimidir
10:19
26 May
Elmar Məmmədyarov: Azərbaycan sülh, təhlükəsizlik və dayanıqlı inkişafa töhfə verən güclü tərəfdaşdır
10:18
26 May
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
10:10
26 May
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Respublika Günü ilə bağlı bəyanat yayıb
10:05
26 May
Müdafiə Nazirliyi: Atəşkəs rejimi 130 dəfə pozulub
10:01
26 May
Astanada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib
17:54
25 May
Mərakeş səfiri: IV İslam Həmrəyliyi Oyunlarında idmançılar üçün hər cür şərait yaradılmışdı
17:51
25 May
28 May-Respublika Günü Ankarada da qeyd olunub
17:47
25 May
Sahib Məmmədov: Sahibkarlığın inkişafı ölkə başçısı tərəfindən həyata keçirilən iqtisadi siyasətin tərkib hissəsidir
17:46
25 May
Misirli yazıçı: Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü müsəlman ölkələri arasında əlaqələri gücləndirəcək
17:44
25 May
NATO PA-nın yaz sessiyasında müdafiə və təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq
17:24
25 May
Hindistan Prezidenti: Hindistan ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən uzunmüddətli dostluq münasibətlərinin möhkəmlənməsi və dərinləşməsi həqiqətən bizi məmnun edir
17:09
25 May
Anna Finoççiaro: TAP qaz boru kəməri İtaliya üçün strateji əhəmiyyət kəsb edir
17:05
25 May
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral "Yeni Azərbaycan" qəzetinin redaksiyasında olub
16:59
25 May
Kiyevdə keçirilən tədbirin iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətləri barədə məlumatlandırılıblar
16:55
25 May
Respublika Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü qeyd olunub
16:52
25 May
Tehranda Azərbaycanın turizm potensialından danışılıb
16:11
25 May
İslam Əməkdaşlıq Təşkilatının və COMCEC-in 5-ci illik koordinasiya iclası başlayıb
16:02
25 May
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının VIII konfransı keçirilib
15:28
25 May
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər Bakıda toplaşıblar
15:20
25 May
28 May - Respublika Günü Los-Ancelesdə təntənəli şəkildə qeyd olunub
15:15
25 May
Fövqəladə Hallar Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə işçi müşavirəsi keçirilib
15:12
25 May
Kamilə Əliyeva: Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə sülh və sabilik məkanı olduğunu nümayiş etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA