Ana səhifə »  Qəzetin pdf formatı »  Səfir: İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini əsirgəməyəcək
A+   Yenilə  A-
Səfir: İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini əsirgəməyəcək

Bir azərbaycanlı kimi baş verənləri bu gün xatırlamaq bir sıra səbəblərdən çox ağrılıdır. İlk öncə ona görə ki, qətlə yetirilənlər dinc sakinlər olublar və onların yeganə günahı azərbaycanlı olmaları idi. Bu, mənim xalqıma qarşı etnik təmizləmə idi.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Agenparl” xəbərlər agentliyinin saytında dərc olunmuş müsahibəsində deyib.
Dilpomat Xocalı soyqırımı, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ölkəmizin mövqeyi, habelə gələn il İtaliyanın ATƏT-ə sədrilyindən gözləntilərimizlə bağlı sualları cavablandırarkən bildirib ki, bəşəriyyətin müasir tarixinin ən kədərli səhifələrindən biri olan Xocalı soyqırımının baş verməsindən 25 il ötüb.
M.Əhmədzadə Ermənistan silahlı qüvvələrinin Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışıb: “Bu faciədən sağ qalmış azsaylı şahidlərin xatirələrini oxuduqda onların məruz qaldığı vəhşiliklər və işgəncələrin qarşısında söz tapmaq olmur. İkincisi ona görə ağrılıdır ki, Xocalı soyqırımı ayrılıqda baş vermiş bir hadisə deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ən ağrılı anıdır və bu təcavüz indiyə qədər də davam edir”
Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ və ətraf yeddi rayon olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdiyini, Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz əzəli torpaqlarına qaytımaqdan məhrum olduğunu deyən M.Əhmədzadə Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldiyini və beynəlxalq ictimaiyyət tərəfindən lazımi hüquqi və siyasi qiymət verilərək pislənilməli olduğunu, əks halda, cəzasız qalan cinayətlərin yeni cinayətlərə yol açacağını bildirib. “Beynəlxalq ictimaiyyətin bu məsələyə dair qəti mövqeyi Ermənistanın Xocalı soqyırımı ilə bağlı öz inkarçı mövqeyindən və Azərbaycana qarşı hərbi işğaldan əl çəkməsi üçün önəmlidir. Bunun üçün, hər şeydən öncə, Xocalıda baş verənlərə dair beynəlxalq səviyyədə daha geniş məlumatlandırma vacibdir”, deyən diplomat bu il Xocalı soyqırımının 25-ci ildönümünün İtaliyanın müxtəlif şəhərlərində çoxsaylı tədbirlərlə qeyd ediləcəyini, Romada 20 fevral tarixində italyan musiqiçilərinin və aktyorlarının ifasında ədəbi-musiqili tamaşanın nümayiş etdiriləcəyini bildirib.
Diplomat Azərbaycanın hərbi təcavüzün qurbanı olduğunu, beynəlxalq hüququn tam şəkildə Azərbaycanın tərəfində olduğunu, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin ölkəmizin mövqeyi ilə üst-üstə düşdüyünü, lakin onların heç birinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini bildirib. Ermənistan ordusunun Azərbaycanın işğal altında olan ərazilərində qalmasının münaqişənin nizamlanmasına ən böyük maneə və regionda sülhə təhdid olduğunu deyən diplomat əlavə etmişdir: “Hazırkı status-kvo dəyişməli, Ermənistan ordusu işğal olunmuş bütün ərazilərdən çıxmalı, ölkəmin ərazi bütövlüyü bərpa olunmalı, bütün azərbaycanlı qaçqın və məcburi köçkünlər, o cümlədən Dağlıq Qarabağdan qovulmuşlar, öz evlərinə qayıtmalıdırlar. Bundan sonra, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa erməni və azərbaycanlı icmalarının sülh içində birgə yaşayışını təmin edəcək mümkün ən yüksək muxtariyyət statusu nəzərdən keçirilə bilər. Bu, münaqişənin beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərə, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına uyğun yeganə həlli yoludur”.
Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək öz ərazi bütövlüyünü bərpa etmək hüququna hər zaman malik olsa da, münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, buna görə də ölkəmizin uzun illərdir ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara sadiq qaldığını, lakin Ermənistanın destruktiv fəaliyyəti nəticəsində bu danışıqların nəticə vermədiyini bildirmişdir. “Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaqdır və öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün imkanlardan istifadə edəcəkdir. Ermənistan anlamalıdır ki, vaxt onun xeyrinə işləmir və hər gün imkanlar itirməkdədir. Ermənistanın öz işğalçı siyasətindən əl çəkməsi regionda sülhü təmin edəcək, habelə bu ölkənin qarşılaşdığı ağır iqtisadi və sosial problemlərin həllinə yardım göstərəcəkdir” - deyə M.Əhmədzadə vurğulayıb.
Azərbaycan diplomatı İtaliyanın Minsk Qrupunun ilk sədri olduğunu və vaxtikən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması planını da təqdim etdiyini, təəssüf ki, çox illər keçsə də vəziyyətin dəyişmədiyini və Ermənistan silahlı qüvvələrinin hələ də işğal olunmuş ərazilərdə qaldığını bildirib: “İtaliyanın rəhbər şəxsləri dəfərlərlə bəyan ediblər ki, ATƏT-in növbəti sədri kimi İtaliya münaqişənin həllinin tapılması istiqamətində öz səylərini əsirgəməyəcəkdir. Bunları nəzərə alaraq, İtaliyanın sədrliyinin münaqişənin həllinə töhfə verəcəyini gözləyirik və münaqişənin həlli status-kvonun dəyişməsindən keçir ki, bunun üçün də ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır” - deyə diplomat fikirlərini tamamlayıb.

 
  • Oxunub:  1440  |  
  • Tarix:  17-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisin sədri Sankt-Peterburqda ATƏT-in Parlament Assambleyasının prezidenti ilə görüşüb

17:49
29 Mart
İlham Məmmədov: Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlamaqdadır
17:43
29 Mart
Oqtay Əsədov: Danışıqlar prosesi sonsuza qədər davam edə bilməz
17:38
29 Mart
Azərbaycanın din xadimləri 31 mart soyqırımı ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıblar
17:31
29 Mart
Bahar Muradova: Beynəlxalq təşkilatlar yekdil mövqe nümayiş etdirməlidirlər
17:26
29 Mart
IV İslam Həmrəyliyi oyunları ilə bağlı yollarda “Oyunlar zolağı"nın çəkilişinə başlanılır
17:20
29 Mart
Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu dünyada ən güclü ordular sırasındadır
17:18
29 Mart
Muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi artıb
16:43
29 Mart
Yaqub Mahmudov: Ermənilərin törətdiyi hadisələr bütün dünya tarixi üçün silinməz ləkədir
16:21
29 Mart
31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir
16:00
29 Mart
Portuqaliya səfiri: Regiondakı mürəkkəb geosiyasi vəziyyət Dağlıq Qarabağ münaqişəsinin nəticəsidir
15:31
29 Mart
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsində yeddi qanun layihəsinə baxılıb
15:19
29 Mart
BDU-da 31 mart soyqırımı qurbanları anılıb
14:54
29 Mart
İqbal Məmmədov: Ölkəmizdə aqrar sahəyə qoyulan investisiyaların həcmi hər il mütəmadi olaraq artmaqdadır
14:50
29 Mart
Səlim Müslümov: Azərbaycan dünya çempionatına işçi göndərmək üçün Qətərlə müqavilə bağlayacaq
14:38
29 Mart
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi-praktik konfrans keçirilib
14:21
29 Mart
YAP Gənclər Birliyi “31 Mart Azərbaycanlıların soyqırımı” günü ilə əlaqədar tədbir keçirmişdir
14:09
29 Mart
Aprel döyüşləri Azərbaycan tarixində qızıl hərflərlə yazılan şanlı səhifədir
14:02
29 Mart
Berndə “Multikulturalizm və mədəniyyətlərarası dialoq: İsveçrə və Azərbaycan modelləri” mövzusunda konfrans keçirilib
13:25
29 Mart
Prezident Həsən Ruhani: Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığı xalqlarımızın mənafeyinə uyğundur
12:38
29 Mart
Azərbaycanın daxili işlər naziri Dubay şəhərinin polis rəisi ilə görüşüb
11:42
29 Mart
Əbülfəs Qarayev Portuqaliya səfiri ilə görüşüb
11:14
29 Mart
Məmməd Musayev: Azərbaycanda əlverişli biznes mühiti mövcuddur
11:10
29 Mart
Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək
11:03
29 Mart
Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi iyunun sonunda baş tutacaq
10:58
29 Mart
Prezident İlham Əliyev BP şirkətinin regional prezidentini qəbul edib
10:44
29 Mart
Rauf Əliyev: Ölkəmizdə turizmin daha da inkişafı üçün geniş potensial var
10:40
29 Mart
Güləşçilərimiz Avropa çempionatının ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar
10:35
29 Mart
Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin hüquq mühafizə orqanları arasında əməkdaşlıq məsələləri müzakirə edilib
10:30
29 Mart
“Bakı-2017”də cüdo və atletika idman növlərində iştirak edəcək paralimpiyaçılarımızın sayı müəyyənləşib
10:27
29 Mart
“İrəli” İctimai Birliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı sosial şəbəkələrdə aksiyalara start verib
10:25
29 Mart
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 125 dəfə pozub
17:51
28 Mart
Azərbaycan Prezidenti: Azərbaycanda dövlət həmişə sahibkarlara kömək göstərir
17:42
28 Mart
Nizami Cəfərov: V Qlobal Bakı Forumunun keçirilməsi əlamətdar hadisələrdən biridir
17:38
28 Mart
ATƏT PA-nın vitse-prezidenti: Demokratik dəyərlər və insan hüquqları terrorla mübarizəyə qurban verilməməlidir
17:26
28 Mart
ABŞ-ın Dövlət katibi: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində maraqlıdır
17:22
28 Mart
Joao Mestre: “Azərbaycanla bağlı sənədli filmimlə bu ölkənin ali dəyərlərini dünyaya təqdim etməyi düşünürəm”
17:18
28 Mart
Formula-1 Azərbaycan Qran-prisi üçün yerli media nümayəndələrinin qeydiyyatı davam edir
16:55
28 Mart
IDEA “Eko-skaut” layihəsinə start verib
16:19
28 Mart
Azərbaycan Milli Məclisi ilə Sankt-Peterburq Qanunvericilik Məclisi arasında əməkdaşlıq genişlənir
16:05
28 Mart
Prezident: Pambıqçılığın inkişafı Azərbaycanda yüngül sənayenin inkişafına da böyük təkan verəcək
15:46
28 Mart
Azərbaycan parlamentinin AŞPA və Rusiya Dövlət Duması ilə əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
15:31
28 Mart
Azərbaycan Əbu-Dabidə keçirilən “Təhlükəsizlik naminə birlik” adlı beynəlxalq konfransda təmsil olunub
15:18
28 Mart
Milli Məclisin sədri Sankt-Peterburqda ATƏT-in Parlament Assambleyasının prezidenti ilə görüşüb
14:47
28 Mart
Prezident İlham Əliyev: Bu gün dünya miqyasında ən yüksək inkişaf göstəriciləri məhz bizim göstəricilərimizdir
14:44
28 Mart
Bir qrup yüksək rütbəli hərbi qulluqçu ehtiyata və istefaya buraxılıb
14:35
28 Mart
Dilarə Cəbrayılova: Belə bir mötəbər beynəlxalq tədbirdə dünyada mövcud olan aktual məsələlər geniş müzakirə olunur
14:19
28 Mart
İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verib
14:11
28 Mart
Prezident İlham Əliyev: Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir
14:07
28 Mart
Yanvarda Türkiyə Azərbaycandan 590,35 milyon kubmetr təbii qaz idxal edib
12:56
28 Mart
Hadi Rəcəbli: Həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir
12:36
28 Mart
Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir
12:20
28 Mart
Bakıda 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisi keçiriləcək
11:18
28 Mart
Prezident İlham Əliyev Saatlı şəhərinin su təchizatı sistemlərinin istismara verilməsi mərasimində iştirak edib
11:16
28 Mart
Heydər Əliyev Fondu tərəfindən Saatlıda inşa edilmiş 100 yerlik körpələr evi - uşaq bağçasının açılışı olub
11:13
28 Mart
İslam Oyunlarında tibbi yardım göstərəcək xəstəxanalar müəyyənləşib
11:01
28 Mart
Prezident İlham Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisindəki pambıq sahəsi ilə tanış olub
10:58
28 Mart
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 130 dəfə pozub
10:37
28 Mart
Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib
10:26
28 Mart
Prezident İlham Əliyev Saatlıda “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib
10:17
28 Mart
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib
10:12
28 Mart
Azərbaycan Prezidenti İlham Əliyev Saatlıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
10:03
28 Mart
TÜRKSOY-un Buxarestdə möhtəşəm konserti keçirilib
10:01
28 Mart
UNESCO-nun baş qərargahında Novruz bayramı qeyd olunub
09:57
28 Mart
Azərbaycanlı deputat Avropa Parlamentində AŞPA-nı təmsil edib
17:52
27 Mart
“Moment istinı” qəzetinin Azərbaycanın müasir ictimai-siyasi həyatına dair xüsusi buraxılışı işıq üzü görüb
17:50
27 Mart
Eldar İbrahimov: Həyata keçirilən iri layihələr sosial-iqtisadi inkişafa xidmət edir
17:48
27 Mart
Ziyad Səmədzadə: Görülən işlər Azərbaycanın iqtisadi həyatını canlandırır
17:27
27 Mart
“Olimpiya Hərəkatı-2017” proqramı çərçivəsində rayondaxili yarışlar davam edir
17:27
27 Mart
Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçiriləcək
16:27
27 Mart
Paralimpiyaçılarımız IX Fəza Beynəlxalq Qran-pri yarışında uğurla çıxış ediblər

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+12 +17
gecə+4 +7