Ana səhifə »  Qəzetin pdf formatı »  IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Qəbələdə
A+   Yenilə  A-
IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Qəbələdə

Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 16-da öz işini Qəbələdə davam etdirib.
Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, Qəbələ Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov və Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor Gülnar Hüseynzadə “Azərbaycan Respublikasının multikulturalizm siyasəti və ölkənin xarici siyasəti” mövzusunda təqdimatla çıxış ediblər. 
Professor Etibar Nəcəfov qeyd edib ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir: “Ölkəmizdə multikulturalizm siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaratdı. Müasir dövrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsində multikulturalizm siyasətinə yüksək önəm verməsinin əsas göstəricilərindən ilk növbədə cənab Prezidentin 2014-cü il fevralın 28-də imzaladığı müvafiq Sərəncam ilə Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, 2014-cü il mayın 7-də imzaladığı müvafiq Fərman ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və 2014-cü il may 15-də imzaladığı Fərman ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını qeyd etmək olar. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas məqsədi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etməkdən ibarətdir.
Multikulturalizmi təbliğ edən Azərbaycan onu azərbaycançılıq məfkurəsinin tərkib hissəsi, dövlət siyasəti səviyyəsinə qaldırıb. Bir sosial hadisə kimi meydana gələn multikulturalizmin inkişafının sonrakı mərhələləri onun dövlət ideologiyasına və dövlət siyasətinə çevrilməsi ilə bağlıdır”.
Mühazirədə vurğulanıb ki, multikulturalizm Azərbaycan Respublikasının daxili siyasətinin mühüm istiqaməti kimi ölkənin xarici siyasət fəaliyyətinə də müsbət təsir edir: “Multikulturalizm Azərbaycan Respublikasının uğurlu xarici siyasətinin mühüm amili kimi çıxış edir. Bu özünü, ilk növbədə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında göstərir. Azərbaycanın multikulturalizm siyasəti sahəsində əldə etdiyi uğurlar dünya ölkələri tərəfindən etiraf olunur. Ölkənin uğurlu xarici siyasəti isə öz növbəsində onun daxili siyasətinin tərkib hissəsi olan multikulturalizm siyasətinə müsbət əks təsir göstərir. Bu siyasətin daha da davamlı olmasına şərait yaradır”.
Qış məktəbinin iştirakçıları Nicdə
IV Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları tədris vaxtından sonra Nic qəsəbəsinə yola düşüblər. Yerli əhali ilə görüşən tələbələr udi gənclərinin müşayiəti ilə qəsəbəni gəziblər. Gəzinti zamanı Nic qəsəbəsinin, buradakı Alban kilsəsinin və udi xalqının tarixi ilə bağlı məlumatlar tələbələrin diqqətinə çatdırılıb: “Alazan-Həftəran vadisində ən iri yaşayış məskəni olan Nic ərazisinə görə Qəbələdə birincidir. 2005-ci ildən Nic kəndinə şəhər tipli qəsəbə statusu verilib. Nicdə ilk udi məktəbi 1854-cü ildə açılıb, müəllimlər içərisində yerli sakinlərdən udilər də var idi. İndi Nic qəsəbəsində “Ürayin” Udi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Qəsəbə ərazisində Alban kilsəsi və digər qədim tarixi abidələr var. İbtidai sinif şagirdləri üçün udi dili də tədris olunur”.
Sonra tələbələr qəsəbədəki “Cotari” Alban kilsəsini ziyarət ediblər. Alban-Udi xristian dini icmasının sədr müavini, keşiş Rafik Danakari tələbələrlə görüş zamanı udi xalqının və Alban kilsəsinin tarixindən söz açaraq deyib: “Dünyada yaşayan udilərin sayı 10 minə yaxındır. Altı mindən artıq əhalisi olan qəsəbəmizdə 4 mindən çox udi yaşayır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Dünyanın etnik xəritəsində udi adlı etnos bu gün təkcə Azərbaycan ərazisində mövcuddur. Alban-udi kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından (I-II əsrlər) olub. Kilsə İsa peyğəmbərin həvarilərindən (apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə tikilib. Qəsəbədə daha iki qədim Alban kilsəsi var”.
Udi icmasının nümayəndələri tələbələrə Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən söhbət açıblar, həmişə dövlətin diqqət və qayğısını hiss etdiklərini qeyd ediblər: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir və hər bir kəsin dini etiqad azadlığını təmin edilir. Azərbaycanda mövcud zəngin mədəni irsin qorunub saxlanılması təqdirəlayiqdir. Nic kilsəsinin bərpasından sonra udilər öz müqəddəs bayramlarını layiqincə qeyd edirlər. Bütün bunlar Azərbaycanda tolerantlıq ənənələrinin və multikultural əhvalın olduğunun bariz təcəssümüdür, dünyaya örnəkdir”.
Qış məktəbinin iştirakçıları həmçinin Bilik Fondunun Nic qəsəbə nümayəndəsi Şahid İslamovun müşayiəti ilə Fond tərəfindən udilər üçün təşkil olunan Azərbaycan dili kursunun dinləyiciləri ilə görüşüblər.
“Cəngi” Udi Folklor Ansamblının təqdim etdiyi konsert proqramı qış məktəbi iştirakçılarında xoş təəssürat yaradıb.
Azərbaycan multikulturalizmi Tufandağ zirvəsində
Gəzintidən sonra qış məktəbinin iştirakçıları üçün Tufandağ yay-qış turizm istirahət kompleksində kanat gəzintisi təşkil edilib. IV Beynəlxalq multikulturalizm məktəbinin tələbələri qəbələli gənclərlə birgə Tufandağda istirahət ediblər, səmimi söhbət aparıblar. Litva, Polşa, Rumıniya, Bolqarıstan, Almaniya, Yunanıstan və Misirdən olan tələbələr “Öz xalqını təqdim et” adlı musiqili video təqdimatla çıxış ediblər.

 
  • Oxunub:  2910  |  
  • Tarix:  16-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən Serj Sarkisyana dərs

14:17
21 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edib
14:09
21 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib
13:34
21 Sentyabr
Van Veyquan: Azərbaycan-Çin əlaqələri beynəlxalq arenada hər iki ölkəni strateji tərəfdaşa çevirib
12:57
21 Sentyabr
Akademik İsa Həbibbəyli: Bakı-Tbilisi-Qars XXI əsrin dəmir İpək Yoludur
12:30
21 Sentyabr
“ASAN xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələri açıqlanıb
12:24
21 Sentyabr
21 sentyabr - Beynəlxalq Sülh Günüdür
12:20
21 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət yetirir
12:12
21 Sentyabr
Əli Həsənov: Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı ermənilərin 200 illik yalanı üzərində böyük qələbə idi
12:10
21 Sentyabr
AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir
11:55
21 Sentyabr
Baş nazirin müavini: Sarkisyan özünü bütün dünya qarşısında biabır etdi
11:49
21 Sentyabr
Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupunun növbəti görüşü gələn ay Tehranda keçiriləcək
11:48
21 Sentyabr
Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası ilk dəfə Rusiyada nümayiş olunacaq
11:38
21 Sentyabr
Silahlı Qüvvələrin genişmiqyaslı təlimlərinin döyüş atışlı mərhələsi icra olunub
11:31
21 Sentyabr
Bakıda Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair konfrans keçirilir
11:30
21 Sentyabr
Mərkəzi Seçki Komissiyasının sədri Rusiya Federasiyasında səfərdədir
11:25
21 Sentyabr
Böyük Qayıdışa – Cocuq Mərcanlının bərpasına həsr olunan kitabın və filmin təqdimatı keçirilir
11:23
21 Sentyabr
Prezidenti İlham Əliyev: Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq
10:51
21 Sentyabr
Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair beynəlxalq konfransın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər
10:44
21 Sentyabr
Prezidenti İlham Əliyev: Bu gün Azərbaycan nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən əqli məhsullarını ixrac edir
10:41
21 Sentyabr
Flora Qasımova: Serj Sarkisyanın BMT Baş Assambleyasındakı çıxışı cəfəngiyyatdan başqa bir şey deyil
10:20
21 Sentyabr
Prezident İlham Əliyev: Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir
10:17
21 Sentyabr
2019-cu ildə UEFA Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək
10:15
21 Sentyabr
Ermənilərin dağıtdığı Azərbaycan abidələri ilə bağlı məsələ AŞPA-da müzakirəyə çıxarılacaq
19:03
20 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Baş Assambleyasının 72-ci sessiyasının açılışında çıxış edib
17:54
20 Sentyabr
Elman Məmmədov: Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri cəfəngiyyatdan başqa bir şey deyil
17:50
20 Sentyabr
XİN: ABŞ Konqresinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır
17:47
20 Sentyabr
Ramin Quluzadə: Beynəlxalq tranzit üçün əlverişli coğrafi mövqeyə malik Azərbaycanda nəqliyyat sahəsi xüsusi əhəmiyyət kəsb edir
17:44
20 Sentyabr
SOCAR-ın kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17:11
20 Sentyabr
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 44-cü kitabı çapdan çıxıb
16:55
20 Sentyabr
Azərbaycan ilə Pakistan arasındakı münasibətlər möhkəm təməllər üzərində qurulub
16:48
20 Sentyabr
Mikayıl Cabbarov Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib
16:40
20 Sentyabr
Aİ-nin siyasət və təhlükəsizlik məsələləri üzrə nümayəndə heyəti Bakıya səfər edəcək
16:34
20 Sentyabr
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib
16:29
20 Sentyabr
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevirdə sağlamlıq həftələrinin açılış mərasimini keçirib
16:21
20 Sentyabr
Müdafiə naziri səfərbərlik və ehtiyat üçün yaradılmış birlik və birləşmələri yoxlayıb
16:10
20 Sentyabr
Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası və “Şahbuz” yarımstansiyası istifadəyə verilib
15:53
20 Sentyabr
Sentyabrın 20-dək ölkə üzrə 15 min tona yaxın pambıq yığılıb
15:04
20 Sentyabr
Neftçilərin peşə bayramı təntənəli şəkildə qeyd edilib
14:48
20 Sentyabr
Deputat: "Prezidentin ABŞ-a səfəri böyük əhəmiyyətə malikdir"
14:47
20 Sentyabr
Arif Rəhimzadə: Azərbaycanda bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılır
14:24
20 Sentyabr
Rəfiqə Əliyeva öz ömür payını alim, insan və vətəndaş kimi şərəflə yaşadı
14:14
20 Sentyabr
MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri başçıları Qəbələyə toplaşıb
14:05
20 Sentyabr
Bakı Dövlət Universitetində akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi qeyd edilib
13:59
20 Sentyabr
Milli Məclisin komitə iclasında bir sıra məsələlər müzakirə olunub
13:55
20 Sentyabr
Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının qurultayı işini davam etdirir
12:43
20 Sentyabr
Rövnəq Abdullayev: İndiyədək "Şahdəniz"dən 85 milyard kubmetr qaz hasil edilib
12:35
20 Sentyabr
Bakı MDB məkanında turizm üçün cəlbedici olan ilk üç şəhər sırasındadır
12:30
20 Sentyabr
Ziyad Səmədzadə: Yeni Saziş ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir
12:27
20 Sentyabr
Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi tamhüquqlu regional əməkdaşlığa maneə yaradır
12:24
20 Sentyabr
“Cənub Qaz Dəhlizi”nin təməlinin qoyulmasından 3 il ötür
12:04
20 Sentyabr
Bakı Dövlət Universitetinin kollektivi Fəxri xiyabanı ziyarət edib
11:42
20 Sentyabr
Nizami rayonunda YAP-ın 25 illiyi münasibətilə kütləvi futbol yarışlarına start verildi
11:37
20 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycan humanitar böhranlara yol açan müharibələrdən ciddi narahatlıq keçirir
11:27
20 Sentyabr
Azərbaycanda əsas qeyri-neft sənaye sahələrinin rəqabətqabiliyyətinin artırılması layihəsinin icrasına başlanılıb
11:21
20 Sentyabr
Bakıda “Caspian Energy Transport Forum”u keçirilir
11:14
20 Sentyabr
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
11:10
20 Sentyabr
Çində II İpək yolu Beynəlxalq Mədəniyyət Sərgisinin açılışı olub
11:07
20 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 127 dəfə pozub
11:05
20 Sentyabr
İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupunun iclası keçirilib
11:01
20 Sentyabr
V Bakı Beynəlxalq Kitab Sərgi–Yarmarkası çərçivəsində çoxsaylı tədbirlər keçiriləcək
10:55
20 Sentyabr
Aşqabadda qapalı məkanlarda və döyüş növləri üzrə V Asiya Oyunları davam edir
10:54
20 Sentyabr
RİİB regionlarda könüllülük proqramına start verir
17:49
19 Sentyabr
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin II konfransı keçirilmişdir
17:42
19 Sentyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:40
19 Sentyabr
Tahir Rzayev: Düşünülmüş siyasətin həyata keçirilməsi qarşıdakı hədəflərə nail olmağa imkan verəcək
17:36
19 Sentyabr
Mikayıl Cabbarov: qarşılıqlı tələbə mübadiləsi təhsillə yanaşı, xalqlar arasında dostluğun güclənməsində də mühüm rol oynayacaq
17:34
19 Sentyabr
Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında danışıqlar gələn həftə Brüsseldə keçiriləcək
17:19
19 Sentyabr
Kamran Nəbizadə: Gələcəkdə təbii sərvətlərimiz yalnız ehtiyat faktoru kimi önəm kəsb edəcək
17:17
19 Sentyabr
Müdafiə naziri cəbhəboyu zonada yerləşən yeni hərbi hissənin açılışını edib
17:11
19 Sentyabr
Qarabağ münaqişəsinə dair təmas qrupu toplandı

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+19 +22