Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabı təqdim edilib

Prezident Kitabxanasında “Soyqırım Muzeyi” kitabı təqdim edilib

16.02.2017 [12:02]

Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun birgə ərsəyə gətirdikləri “Soyqırım muzeyi” kitab-albomun və Hərbi Prokurorluğunun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanan “Əsrin faciəsi” sənədli filminin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bu günlərdə həm Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində XX əsrin faciəsi - Xocalı soyqırımının ildönümü ilə bağlı müxtəlif tədbirlərin keçirildiyini söyləyib. Vurğulanıb ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərin nəticəsi olaraq dünyanın bəzi ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələlik öz hüquqi qiymətini almayıb.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov qeyd edib ki, institutda aparılan elmi tədqiqatların mühüm istiqamətlərindən biri də xalqımıza qarşı ermənilərin həyata keçirdiyi soyqırımlar tarixinin araşdırılmasıdır.
Azərbaycan Respublikasının Hərbi prokuroru, Əməkdar Hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru Xanlar Vəliyev bildirib ki, Hərbi Prokurorluğun Soyqırımı Muzeyi XX əsrin əvvəllərindən bəri erməni-bolşevik silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar və soyqırımları nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib. Muzey dörd bölmədən – tarix, deportasiyalar-repressiyalar, soyqırımları və terror bölmələrindən ibarət olmaqla 320 kvadratmetrlik sahəni əhatə edir. Muzeyin yaradılmasının əsas məqsədi XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı cinayətləri barədə tarixi həqiqətləri gələcək nəsillərə əyani çatdırmaq və ictimaiyyət arasında onların təbliğini genişləndirməkdir.
Digər çıxış edənlər “Soyqırımı Muzeyi” kitabının əhəmiyyətindən danışıblar.

Paylaş:
Baxılıb: 250 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30