Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Strateji yol xəritəsi Azərbaycanın iqtisadi inkişafının yeni konturlarını müəyyənləşdirir

Strateji yol xəritəsi Azərbaycanın iqtisadi inkişafının yeni konturlarını müəyyənləşdirir

08.12.2016 [17:31]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev imzaladığı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyur. İqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən islahatlar, eyni zamanda, yeni strateji hədəflərə uyğun olaraq strateji yol xəritəsi iqtisadiyyatın şaxələnməsinə və neftdən asılılığın aradan qaldırılmasına imkan yaradacaq.
Bunu AZƏRTAC-a İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin yaradılmasına münasibət bildirərək deyib.
Strateji yol xəritəsi milli iqtisadi perspektivi və fərqli iqtisadi sektorlara dair yol xəritəsini özündə birləşdirən sənəd olmaqla, hər bir aparıcı sektor üzrə strategiyanın müəyyənləşdirilməsinə imkan yaradır. Nəzərə almaq lazımdır ki, strateji yol xəritələrinin əvvəllər qəbul edilən dövlət proqramlarından əsas fərqi ondan ibarətdir ki, bu xəritələrdə fəaliyyətlər qruplaşdırılaraq hər bir fəaliyyətin nəticələrini ölçmək üçün konkret indikatorlar müəyyənləşdirilib. Belə indikatorların müəyyənləşdirilməsi bir tərəfdən bu sahədəkı proqramların icrasında səmərəliliyin müəyyən edilməsinə imkan verəcək, digər tərəfdən isə dövlət qurumlarının hesabatlılığını artıracaq. Eyni zamanda, fəaliyyətlərin illər üzrə qruplaşdırılması, məsul dövlət qurumlarının və eləcə də hər bir fəaliyyət üçün tələb edilən maliyyə vəsaitinin həcminin də ayrıca qeyd edilməsi, həm strateji xəritələrin müasir standartlara uyğun olaraq hazırlanmasına, həm də onların səmərəli şəkildə icra edilməsinə imkan yaradacaq.
Dövlət başçısının tapşırığı ilə strateji xəritələrin hazırlanmasına yalnız xarici mütəxəssislər deyil, eyni zamanda, yerli ekspertlər də cəlb edilib ki, bu sənədlərin Azərbaycan iqtisadiyyatının real xüsusiyyətlərinə uyğun olaraq hazırlanmasına şərait yaradıb. Bu baxımdan, mən də yerli ekspert olaraq sənədlərin hazırlanmasına töhfə vermək imkanı əldə etmişdim. Birmənalı şəkildə deyə bilərəm ki, sənədlərdəki hər bir fəaliyyətin bütün keyfiyyət indikatorlarına əsasən hərtərəfli əsaslandırılması həyata keçirilib.
Strateji sənədlərin təsdiqi Azərbaycanın iqtisadiyyatında yeni mərhələnin əsasını qoyur. Bu sənədlər məhz iqtisadi inkişafa nail olunması, iqtisadi çətinliklərin təsirlərinin minimumlaşdırılması ilə bağlı strateji yol formalaşdırır. Bu baxımdan, sənəd imkan verir ki, Azərbaycanda həyata keçiriləcək iqtisadi islahatları məhz bu strateji xəritəyə uyğun olaraq müddətli şəkildə reallaşdırmaq mümkün olsun. Nəzərə almaq lazımdır ki, islahatların həyata keçirilməsi və bütövlükdə, iqtisadi inkişaf ilə bağlı fəaliyyətlər 2020-ci ilədək ayrıca qruplaşdırılır. Bu isə o deməkdir ki, milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışından ibarətdir.
Sənədin əhəmiyyətli tərəflərindən biri də ondan ibarətdir ki, müddətlər üzrə nəzərdə tutulan fəaliyyətlər arasında ardıcıllıq və davamlılıq vardır. 2020-ci ilədək həyata keçirilən islahatlar və fəaliyyətlər növbəti 5 ildə reallaşacaq tədbirlər üçün baza rolunu oynayacaq. Eyni zamanda, post-2025 baxışı daha strateji olmaqla yanaşı, iqtisadi islahatların davamlılığını təmin etmək məqsədi daşıyır.

Paylaş:
Baxılıb: 335 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30