Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Siyavuş Novruzov: 2017-ci ilin dövlət büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb

Siyavuş Novruzov: 2017-ci ilin dövlət büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb

07.12.2016 [17:54]

«2017-ci ilin dövlət büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb. Büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub. Bu, Prezidentin ölkədə apardığı iqtisadi siyasətin nəticəsidir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin  Siyavuş Novruzov Milli Məclisin Plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.
S.Novruzov bildirib ki, bu sahədə ölkə parlamentinin də rolu az deyil. Onun sözlərinə görə,   2016-ci ilin ötən dövründə Milli Məclisin qəbul etdiyi qanunlar  və qanunlara dəyişikliklər iqtisadiyyatın inkişafına, vergi, maliyyə-kredit sisteminin formalaşmasına, o cümlədən,  sosial sahələrə həsr olunub: “Bu müddət ərzində biz yüzlərlə  qanun qəbul etmişik ki, bunun nəticəsində Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək”.
S.Novruzov qeyd edib ki, gələn ilin dövlət büdcəsində  aztəminatlı ailələr nəzərə alınmalı və onlara ayrılan vəsait azaldılmamalıdır. Onun sözlərinə görə, xüsusilə, şəhid ailələri, müharibə veteranları və digər sosialo kateqoriyalar nəzərə alınmalıdır: «Büdcədə sosial sahəyə ayrılan vəsaitin dəyişməməsi çox yaxşı haldır. Azərbaycan sosial dövlət olduğu üçün bu sahə ilə bağlı gedən proseslər davamlı şəkildə həyata keçirilir. Hesab edirəm ki, müəyyən sahələrdə islahatlar aparılmalıdır. İlk növbədə kiçik və orta sahibkarlığa yaşıl işıq yandırılmalı, bəzi hallarda kiçik sahiblarlar ümumiyyətlə, vergidən azad edilməli, orta sahibkarlıqda isə vergi dərəcələri aşağı salınmalıdır ki, inkişaf etsinlər. Bu da növbəti il üçün yeni gəlirlərin gətirilməsinə imkan yarada bilər”.
YAP İcra katibinin müavini  qeyd edib ki,  Azərbaycan neft strategiyasından ən uğurlu istifadə edən ölkələrdən biri olub: “Neftin qiyməti yüksək olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə saxlanmalı, digərləri isə düşünürdü ki, gəlirlər Dövlət Neft Fondunda yığılmalıdır. Lakin Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək sosial sahəyə diqqət etdi və nəticə etibarı ilə ölkədə 3 mindən artıq məktəb, 600 xəstəxana və diaqnostika mərkəzi, 100-ə yaxın idman obyektləri tikildi, yollar, körpülər salındı. Milli Məclisdə oturan  insanlar həmişə bunu uğurlu siyasət kimi tərif edirdilər, lakin indi görürəm ki, bəziləri tənqidi hissəyə keçiblər. Misal üçün dünən həmkarlarımızdan  biri çıxışında 7 il bundan öncə olan məsələyə toxunaraq idman obyekləri və tədbirləri ilə bağlı fikirlər səsləndirməyə başlayıb. İdman Azərbaycanın təbliğidir. Olimpiya Oyunlarında Azərbaycan bayrağının qaldırılması ölkəmizin maraqlarına xidmət edir. Bu təmsilçiliyə də maliyyə ayrılmalıdır. Maliyyə ayrılmadıqda hansı işləri görə bilərik? Olimpiya Oyunlarında Tacikistandan cəmi 1 nəfər medal aldı az qaldılar ona Milli Qəhrəman adı versinlər. Lakin Azərbaycanda kifayət qədər idmançıları ölkəmizi təbliğ edirlər. Hesab edirəm ki, indiyə olduğu kimi ölkəmiz idman tədbirlərinə xüsusi diqqət yetirməlidir. Bu baxımdan,  ölkəmizdə keçiriləcək  Formula-1, 4-cü İslam Həmrəylik Oyunlarını yüksək səviyyədə başa vurmalıyıq”.
Millət vəkili çıxışı zamanı diplomatik korpusların bağlanması ilə bağlı məsələyə də münasibətini bildirib. Onun sözlərinə görə, diplomatik korpusların açılışı Milli Məclisin qərarı ilə həyata keçirilir. Onun bağlanması məsələsinə diqqət yetirilməlidir. Çünki səfirliyin fəaliyyət göstərdiyi ölkəyə onun bağlanmasını necə izah edəcəyimizi düşünməliyik. Bu yaxınlarda biz Özbəkistanda səfərdə olduq və bu ölkədə keçirilən prezident seçkilərini müşahidə etdik. Özbəkistan Azərbaycanın strateji tərəfdaşıdır və çox az ölkələrdəndir ki, Ermənistanda səfirliyini açmayıb. Lakin Özbəkistandakı səfirliyimizdə  hərbi atteşə vəzifəsi ixtixara salınıb. Onlar bu ixtisari heç cür anlaya bilmirlər. Biz indi deməliyik ki, vəsaitimiz çatmadığına görə onu ixtisara salmışıq? Bunu Müdafiə Nazirliyi ölçüb-biçməli, kimi ixtisar etdiyinə diqqət etməlidir. O cümlədən Xarici İşlər Nazirliyi də bu məsələyə diqqət etməlidir”.
Parlamentin komitə sədri təklif edib ki,   dövlət strukturlarında islahatlar aparılmalı və artıq strukturlar ləğv olunmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərindəki islahatları xatırladan S.Novruzov bildirib ki, bunun  nəticəsində büdcə vəsaitinə xeyli qənaət olunur.
«Bizim sosial qanunvericilimizdə belə bir müddəa var ki, müharibə veteranları, şəhid ailələr və qaçqın-köçkünlər işlədikləri strukturlarda  ən sonda ixtisara salına bilərlər. Amma təəssüflər olsun ki, harda ixtisar olursa, birinci onlardan başlayırlar. Bu da qanunvericiliyin pozulmasına gətirib çıxarar. Ona görə də bu məsələyə diqqət yetirilməlidir»- deyə, S.Novruzov çıxışının sonunda vurğulayıb.

Paylaş:
Baxılıb: 340 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31