Ana səhifə »  Qəzetin pdf formatı »  Aleksandr Lukaşenko: Belarus və Azərbaycan arasında strateji əməkdaşlıq etimad, dostluq və qarşılıqlı yardıma əsaslanır
A+   Yenilə  A-
Aleksandr Lukaşenko: Belarus və Azərbaycan arasında strateji əməkdaşlıq etimad, dostluq və qarşılıqlı yardıma əsaslanır

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Trend informasiya agentliyinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.
- Azərbaycan və Belarus arasında əməkdaşlığın cari səviyyəsini necə qiymətləndirirsiniz?
- Azərbaycan Belarusun mühüm və etibarlı siyasi və iqtisadi tərəfdaşlarından biridir. Bizim ikitərəfli münasibətlərimiz zamanın sınağından keçib və strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq səmimiyyət, etimad, dostluq və qarşılıqlı yardıma əsaslanır. Belarus çətin vəziyyətlə qarşılaşdıqda Azərbaycan rəhbərliyinin vaxtında dost yardımı etdiyini çox yaxşı xatırlayırıq.
Belarus-Azərbaycan əməkdaşlığının inkişafına Heydər Əliyev əhəmiyyətli töhfə verib. Biz Heydər Əliyevlə birgə ikitərəfli əməkdaşlığın möhkəm əsasını qoymuşuq.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin müvafiq diqqəti olmadan ölkələrimiz arasında münasibətlərin cari səviyyəsi belə yüksək ola bilməzdi. Vaxtilə biz ikitərəfli əməkdaşlığın prioritetlərini düzgün müəyyən etdik və praktiki nəticə verən razılaşmaları indi əlaqələndirilmiş şəkildə həyata keçiririk.
Bilirsiniz ki, bizim Azərbaycan Prezidenti ilə etibarlı, dost münasibətlərimiz var. Bu, təbii olaraq bütün dövlətlərarası əlaqələr sisteminə sirayət edib. Yüksək səviyyələrdə mütəmadi görüşlər üzrə yaxşı təcrübə formalaşıb, hökumətlər, parlamentlər, əsas nazirlik və qurumlar, işgüzar dairələr arasında ən əlverişli əməkdaşlıq əlaqələri yaradılıb.
Belarus və Azərbaycan beynəlxalq arenada yaxın mövqeyə malikdirlər, xalqlarımızın marağına uyğun müstəqil xarici siyasət yürüdürlər.
Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyası aktiv fəaliyyət göstərir. Qarşılıqlı ticarətdə hər iki tərəfdən 270-dən çox müəssisə iştirak edir və onlar yüzlərlə növ məhsulun tədarükünü həyata keçirirlər. Azərbaycanın 45-ə yaxın şirkəti ölkənizdə Belarus müəssisələrinin diler və distribüteridir.
İki ölkə arasında istehsalat və xidmət sahələrində əməkdaşlıq genişlənir. Xüsusilə investisiya sahəsində ikitərəfli əməkdaşlığın fəallaşdığını qeyd etmək xoşdur. Azərbaycan biznesi bizə logistika və iş mərkəzlərinin, mehmanxana biznesi və ictimai iaşə obyektlərinin, infrastrukturun yaradılması ilə bağlı layihələrlə təşrif buyurur. Tikinti, qida sənayesi, maşınqayırma, nəqliyyat, turizm, bank və sığorta xidmətləri kimi sahələr investorlarda maraq oyadır.
Daimi əsasda innovasiya layihələri üzrə işçi qruplarının iclasları, eləcə də hər iki ölkənin Rabitə nazirliklərinin xətti ilə biznes-forumlar keçirilir. Bu istiqamətdə daimi əməkdaşlıq innovasiyaların irəliləyişi sistemini – onların layihə işləmələrindən tutmuş praktiki tətbiqinədək – yaratmağa imkan verib.
Digər sahərlərdə də əməkdaşlıq tam sürətlə inkişaf edir. Hər iki ölkənin elm adamları arasında uzunmüddətli əlaqələr qurulub. Onlar birgə elmi layihələri icra edirlər. Hər il Belarus və Azərbaycan artistləri daim uğurla keçən qarşılıqlı qastrol səfərləri edirlər.
Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, təhsil, mədəni və digər münasibətlərin hazırkı sistemi ikitərəfli strateji tərəfdaşlığın dinamik inkişafının mühüm amilidir.
Mən bir daha Azərbaycanla əməkdaşlıq haqqında dəfələrlə dediyim ifadəni təkrar etmək istərdim: “Kaş hər dövlətlə belə münasibətlərimiz olsun”.
- İki ölkə arasındakı cari əməkdaşlıq forması real imkanları nə dərəcədə əks etdirir?
- Belarus və Azərbaycan güclü intellektual, təhsil, elmi, iqtisadi, texnoloji və istehsalat potensialına malikdirlər. Bu gün Minsk və Bakı məhz qarşılıqlı səmərəli layihələrin axtarışına və reallaşdırılmasına istiqamətləniblər. Buna ilk növbədə hər iki prezidentin səyləri yönəlib. Yaxşı nəticələr var. Məsələn, 2007-ci ildən Gəncə avtomobil zavodunda təqribən 8 min ədəd "Belarus" traktoru və 3500 ədəddən çox "MAZ" markalı texnika yığılıb. 2015-ci ildə Azərbaycanın bu müəssisəsi Avrasiya İqtisadi Birliyi xaricində Belarus traktorlarının yığılması ilə məşğul olan ən böyük istehsalat sahəsi olub.
Ölkələrimiz üçün faydalı olan belə nümunələr daha çox ola bilər və olmalıdır. Biz adi ticarət çərçivəsindən kənara çıxan layihələrdə fəal iştirak etməyə hazırıq. Bu, iqtisadiyyatın müxtəlif sahələrində innovasiya ideyalarına əsaslanan birgə istehsalatın yaradılması və kənd təsərrüfatı, istehlak mallarının istehsalı, nəqliyyat, informasiya texnologiyalarının inkişafı sahələrində əməkdaşlığın intensivləşdirilməsidir.
Standartlaşdırma, rəqəmsal televiziyanın inkişafı, elektrik rabitəsi şəbəkələrinin və telekommunikasiya avadanlıqlarının modernləşdirilməsi, informasiya təhlükəsizliyi, trafik mübadiləsi sahələrində birgə işə qarşılıqlı maraq mövcuddur. Belarus tərəfinin nüvə tədqiqatları sahəsində mövcud təcrübəsini nəzərə alaraq, Azərbaycanın mənimsəməyə başladığı atom enerjisinin inkişafı üzrə birgə fəaliyyət perspektivləri var.
Bizim əməkdaşlığımızın əsas hədəflərindən biri də birgə səylərlə istehsal olunan məhsulların üçüncü ölkələrə satışıdır. Yeri gəlmişkən, Azərbaycan bu məhsulların həm Qafqaz regionu, həm də Yaxın Şərq bazarlarında irəliləməsində əhəmiyyətli rol oynaya bilər.
- Azərbaycan hökuməti ölkədə bir sıra sənaye parkları və məhəllələri yaradır. Belarus sahibkarları belə layihələrə maraq göstərə və bu layihələrdə iştirak edə bilərlərmi?
- Şübhəsiz ki, Belarus tərəfi bu planların reallaşdırılmasında iştirak etməkdə maraqlıdır. Biz xarici bazarda infrastruktur layihələrinin müşayiəti sahəsində əhəmiyyətli iş təcrübəsinə malikik. Bu həm tikinti xidmətləri, həm “tam hazır” obyektlərin təhvil verilməsi, həm də maşın və avadanlıqların tədarüküdür. Fikrimcə, bizim sahibkarlar azərbaycanlı sifarişçilərlə ümumi dil tapa biləcək. Çünki Belarus qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığa açıqdır və dövlətlərimizin möhkəmlənməsinə və vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən istənilən ideyanın həyata keçirilməsinə hazırdır.
- Avrasiya İqtisadi Birliyinin yaradılması azərbaycanlı investorların Belarusa gəlişini nə dərəcədə stimullaşdırdı? Onlar hansı imtiyazları əldə etdilər?
- Bu gün iki il əvvəl fəaliyyətə başlayan Avrasiya İqtisadi Birliyinin azərbaycanlı investorların Belarusa gəlişinə necə təsir etdiyini birmənalı şəkildə ifadə etmək olmaz. Bu cür rəqəmləri misal çəkə bilərəm: 2015-ci ildə Belarusa azərbaycanlı tərəfdaşlardan daxil olan investisiyaların həcmi təqribən 5,5 milyon ABŞ dolları təşkil edib. Bu, Birliyin olmadığı 2014-cü ilin göstəricisinin 80 faizindən bir qədər çoxdur. 2016-cı ilin yanvar-iyun aylarında belə daxilolmaların həcmi 4 milyon dolları ötüb, bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən təxminən 50 faiz çoxdur. Özünüz qiymət verin. Lakin şübhəsiz ki, Avrasiya İqtisadi Birliyi haqqında müqavilənin qüvvəyə minməsindən sonra Belarus iqtisadiyyatına investisiya qoyan azərbaycanlı iş adamları özlərinin bütün məhsul çeşidləri ilə Birlik ölkələrinin bazarlarına birbaşa çıxış imkanına malikdirlər. Bəs bu bazarın xüsusiyyəti nədən ibarətdir? Bu birləşmənin əsas məqsədlərindən biri mal, xidmət, kapital və işçi qüvvəsinin Birlik daxilində sərbəst hərəkətini təmin etmək olub. Bundan başqa, bu, müvafiq tarif siyasəti olan vahid gömrük ərazisidir. Burada təşkilat üzvləri üçün bərabər təsərrüfat şərtləri, eləcə də vahid texniki nizamlama qaydaları, sanitar, baytarlıq və fitosanitar normaları mövcuddur.
Həmçinin qeyd etmək lazımdır ki, Belarusda kifayət qədər cəlbedici investisiya və vergi mühiti yaradılıb. Burada bir sıra preferensial rejimlər var ki, bunlar da beynəlxalq şirkətlər üçün, o cümlədən vergi planlaşdırılması və optimallaşdırılması baxımından çox faydalı ola bilər. Mən azad iqtisadi zonalarda, Yüksək Texnologiyalar Parkında və Çinlə birgə yaratmaqda olduğumuz “Böyük daş” sənaye parkında biznesin təşkili zamanı güzəştli təsərrüfatçılıq şərtlərini nəzərdə tuturam. İstənilən şirkət Belarusun kiçik və orta şəhərlərinin ərazilərində fəaliyyətə başlayaraq investisiya xərclərinin və vergi yükünün maksimum azaldılması kimi əlavə mənfəət əldə edə bilər.
- Uzun fasilədən sonra, oktyabrda Belarus Azərbaycan neftinin alışını bərpa etdi. Azərbaycan və Belarus arasında energetika sahəsində daha hansı əməkdaşlıq istiqamətlərinə baxmaq olar?
- Bu, Belarus üçün ikitərəfli əməkdaşlığın, o cümlədən enerji resursları mənbələrinin diversifikasiyası kontekstində prioritet istiqamətlərindən biridir. Artıq bu sahədə müsbət birgə iş təcrübəsinə sahibik. Respublikamız hələ SSRİ vaxtından inkişaf etmiş neft-kimya kompleksinə malikdir. Bu müəssisələr dünya standartlarına cavab verən yüksək texnoloji səviyyə ilə, neft emalının dərinliyi və neft məhsullarının keyfiyyəti ilə xarakterizə olunur. Belarus neft-kimya məhsullarının 70 faizdən çoxu xarici bazarlarda satılır. Ona görə də Azərbaycan neftinin Belarus zavodlarında emalı bizim üçün böyük maraq kəsb edir. Biz bu işi təşkil edərək kimya sahəsində qarşılıqlı fəaliyyəti əhəmiyyətli dərəcədə genişləndirə bilərik. Bu, xüsusilə xammalın qarşılıqlı tədarükü və Belarus və Azərbaycan kimya müəssisələri arasında sıx əməkdaşlığın qurulması ola bilər.
Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində əməkdaşlıq da perspektivlidir. Bu sahədə qarşılıqlı fəaliyyətin diapazonu çox geniş ola bilər – birgə elmi tədqiqatların aparılmasından müasir yüksək effektli enerji qurğularının yaradılmasınadək.
- Belarus Azərbaycanın təşəbbüs göstərdiyi, Avropa və Asiya arasında yüklərin daşınması vaxtına əhəmiyyətli dərəcədə qənaət etməyi nəzərdə tutan beynəlxalq Transxəzər nəqliyyat dəhlizi layihəsinə maraq göstərirmi?
- Bəli, bu bizə maraqlıdır. Müasir şərtlərdə malların dövlətlər arasında hərəkəti iştirakçılara geniş xidmətlərin göstərilməsini nəzərdə tutan çox mürəkkəb prosesdir. Bu planda Belarusun Transxəzər nəqliyyat marşrutunun bir hissəsinə çevrilməsi məntiqli olardı. Axı bizim ölkəmiz əlverişli coğrafi mövqeyi, inkişaf etmiş logistika infrastrukturu, ixtisaslaşmış kadrların mövcudluğu sayəsində yüksək tranzit potensiala malikdir.
- Ölkənizin son illərdə sülhməramlı meydançaya çevrildiyini nəzərə alsaq, Belarus Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına öz töhfəsini verəcəkmi?
- Əslində, Belarus həm milli maraqlara, həm də Avropa regionunda sabitliyin möhkəmləndirilməsinə xidmət edən məsuliyyətli siyasətinə görə sülhməramlı statusunu əldə edib, sülhməramlıya "çevrilməyib". Bu gün bu danılmaz faktı bizim opponentlərimiz də qəbul edir. Minsk dünya ictimaiyyəti tərəfindən haqlı olaraq Ukraynanın şərqindəki vəziyyətin nizamlanması üzrə daha rahat platforma kimi tanınır.
Tam məsuliyyətlə bəyan edirəm: biz bundan sonra da Belarusun paytaxtında müxtəlif formatlarda, müxtəlif səviyyələrdə istənilən münaqişə tərəflərinin barışığı üzrə görüşlərin keçirilməsini təmin etməyə hazırıq. Bu şərtlə ki, münaqişə tərəfləri bizdən müvafiq xahişi etsinlər.
Bu, Dağlıq Qarabağ probleminə də aiddir. Sizə açıq şəkildə deyirəm: belaruslular Donbassdakı hadisələrə laqeyd qalmadıqları kimi, Qarabağdakı hadisələrə də ürək ağrısı ilə yanaşırlar. Bu da təsadüfi deyil. Axı biz hamımız – ukraynalılar, ruslar, belaruslular, azərbaycanlılar, ermənilər və digər xalqların nümayəndələri – böyük bir dövlətin tərkibindən, Sovet İttifaqı adlı mehriban ailədən çıxmışıq. Buna görə də biz harada olmasından asılı olmayaraq, sülhün, normal həyatın və əmin-amanlığın bərqərar olması üçün əlimizdən gələni edəcəyik.
Dağlıq Qarabağla bağlı mövqeyimiz dəyişməz olaraq qalır: problem yalnız danışıqlar masası arxasında və beynəlxalq hüquq prinsiplərinə uyğun həll oluna bilər. ATƏT-in Minsk qrupunun üzvü olaraq Belarus tərəflərə bu münaqişənin sülh yolu ilə həll olunmasında lazımi yardımı göstərməyə hazırdır. Biz bu mövqedən çıxış edirik ki, insanlar üçün öz doğma torpaqlarında sülh və əmin-amanlıqdan daha qiymətli bir şey yoxdur.

 
  • Oxunub:  8100  |  
  • Tarix:  25-11-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

16 Oktyabr 22:34
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16 Oktyabr 22:29
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır
16 Oktyabr 22:18
Prezident İlham Əliyev: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
16 Oktyabr 22:13
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16 Oktyabr 22:09
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 21:37
Lerik rayonunda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
16 Oktyabr 21:31
“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir
16 Oktyabr 21:24
Astarada Dövlət Müstəqilliyi Günü bir sıra tədbirlərlə qeyd olunub
16 Oktyabr 21:18
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16 Oktyabr 21:17
Dövlət İdarəçilik Akademiyasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd edilib
16 Oktyabr 21:14
Rektor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
16 Oktyabr 21:10
İsveçrədə keçirilən tədbirdə ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılmasından danışılıb
16 Oktyabr 20:59
Hərbi hissədə hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib
16 Oktyabr 20:56
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş
16 Oktyabr 20:50
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
16 Oktyabr 20:49
Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondu arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
16 Oktyabr 20:41
Rüstəm Cabbarov: Türk Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistanın xarici siyasətində tarixi bir addımdır
16 Oktyabr 20:34
Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış
16 Oktyabr 20:30
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir
16 Oktyabr 17:43
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
16 Oktyabr 17:42
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
16 Oktyabr 17:39
İsmayıllı gənclərindən möhtəşəm yürüş
16 Oktyabr 17:34
Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib
16 Oktyabr 17:31
Azərbaycan XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16 Oktyabr 17:21
Mirhəsən Seyidov: Türk Şurasının Bakıdakı Zirvə görüşü türk dünyası üçün yeni strateji inkişaf xəritəsi müəyyənləşdirdi
16 Oktyabr 17:18
Sevinc Fətəliyeva: Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir
16 Oktyabr 17:11
Politoloq: Azərbaycanın da yaxından iştirakı ilə türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb
16 Oktyabr 16:58
Azərbaycanda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb
16 Oktyabr 16:54
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb
16 Oktyabr 16:51
Koreya Respublikası Milli Assambleyasının sədri İçərişəhərlə tanış olub
16 Oktyabr 16:33
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
16 Oktyabr 16:30
Bütün Türkdilli dövlətlər birlik və bərabərliklərini qorumalıdır
16 Oktyabr 16:14
Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
16 Oktyabr 16:09
Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb
16 Oktyabr 16:03
Naqif Həmzəyev: İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna daha bir mesaj verdi
16 Oktyabr 16:00
Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
16 Oktyabr 15:57
Vüqar Rəhimzadə: Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir
16 Oktyabr 15:56
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16 Oktyabr 15:52
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azərbaycan Türk Şurasının Zirvə Görüşündə güclü nüfuza malik dövlət olduğunu bir daha sübut etdi
16 Oktyabr 15:48
Elçin Quliyev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın azadlığı uğrunda mübarizədə əsas ideoloji faktorlardan biridir
16 Oktyabr 15:46
İradə İbrahimova: Balıqların qadağan olunmuş alətlərlə ovlanmasına qarşı aksiyaya başladıq
16 Oktyabr 15:43
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16 Oktyabr 15:22
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir
16 Oktyabr 15:20
Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür
16 Oktyabr 15:05
Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib
16 Oktyabr 15:03
Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub
16 Oktyabr 14:55
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir
16 Oktyabr 14:35
Koreya Respublikası Milli Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Oktyabr 14:33
NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib
16 Oktyabr 14:31
Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir
16 Oktyabr 14:27
Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir
16 Oktyabr 14:22
ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb
16 Oktyabr 14:20
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16 Oktyabr 14:17
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
16 Oktyabr 14:15
Statistika Komitəsi: Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb
16 Oktyabr 13:38
Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi zorakılıq hərəkətləri ilə bağlı cinayət işi başlanıb
16 Oktyabr 13:26
Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq
16 Oktyabr 13:21
Alim, müəllim, vətəndaş
16 Oktyabr 13:16
Paytaxt məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır
16 Oktyabr 13:03
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
16 Oktyabr 12:56
Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 12:49
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 Oktyabr 12:42
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
16 Oktyabr 12:40
Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub
16 Oktyabr 12:36
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
16 Oktyabr 12:06
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
16 Oktyabr 12:05
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
16 Oktyabr 11:58
Şamaxıda “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi
16 Oktyabr 11:52
Prezident İlham Əliyev: Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir
16 Oktyabr 11:50
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18