Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov referendumun nəticələri ilə əlaqədar mətbuat konfransı keçirib

Baş nazirin müavini, YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov referendumun nəticələri ilə əlaqədar mətbuat konfransı keçirib

26.09.2016 [23:59]

Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq səsverməsinin (referendum) yekunları ilə əlaqədar mətbuat konfransı keçirib.  
Azərbayanda növbəti referendumun uğurla baş tutduğunu  deyən Əli Əhmədov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Konstitusiyasına bir sıra əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar keçirilən referendum səsverməsində vətəndaşların böyük əksəriyyəti yaxından iştirak ediblər: «YAP-ın bütün ölkə üzrə müşahidəçilərinin verdiyi məlumatlar əsasında tam məsuliyyətlə səsvermədə vətəndaşların yüksək fəallıq göstərdiyini söyləyə  bilərəm. Bu da ondan xəbər verir ki, Azərbaycan vətəndaşları ölkəmizdə keçirilən referenduma kifayət qədər məsuliyyətlə yanaşıblar, referenduma çıxarılan məsələlərə biganə olmadıqlarını göstəriblər və nəticə etibarilə ölkəmizdə növbəti demokratik prosedur həyata keçirilib».
YAP-ın Sədr müavini qeyd edib ki, referendum ayrı-ayrı ölkələrin həyatında tez-tez tətbiq olunan demokratik alətlərdən biridir: «Müxtəlif ölkələrdə bu və digər ictimai məsələlərlə əlaqədar ümumxalq səsverməsi keçirilir. Azərbaycanda da artıq 3-cü referendum keçirildi. Bu, Azərbaycan vətəndaşlarının iradəsinin ifadə olunmasının bir nümunəsidir. Güman edirəm ki, gələcəkdə də təkcə əsas qanunun dəyişdirilməsi ilə bağlı deyil, ictimai həyatımızın digər vacib məsələləri ilə əlaqədar ümumxalq səsverməsi keçirilə bilər. 26 sentyabrda keçirilən referenduma ilk növbədə Prezident İlham Əliyevə ümumxalq etimadının testi kimi qiymət verilməlidir. İnsanların səsvermə prosesində fəal iştirakı bu amillə əlaqədardır və bu test kifayət qədər uğurlu olub. Bu gün Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dərindən dəstəklədiklərini ifadə etdilər. Digər tərəfdən, referendum Konstitusiyamızın müasir tələblər baxımından təkmilləşdirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.  Konstitusiya dəyişikliklərinin əksəriyyəti insan hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, siyasi sistemin təkmilləşdirilməsi, idarəçilik mexanizmlərinin daha çevik formaya salınması ilə əlaqədardır. Digər tərəfdən, referenduma çıxarılan məsələlər Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən iqtisadi və siyasi islahatların siyasi və hüquqi bazasının etibarlı mexanizminin yaradılması məqsədi daşıyır. Bu mənada referendumda həll olunan məsələlər Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən siyasi və iqtisadi islahatların davamı kimi nəzərdən keçirilə bilər. Referendumdan sonra yaradılan siyasi və hüquqi baza ölkəmizdə iqtisadi və siyasi islahatların daha cəsarətlə, etibarlı şəkildə və qarşıya qoyulan məqsədlərə nail olunmasına  hədəflənmiş formada həyata keçirilməsini təmin edəcək».
Referendumun beynəlxalq aləmdə də əhəmiyyətli rezonans yaratdığını deyən Əli Əhmədovun sözlərinə görə, ayrı-ayrı ölkələrdən, beynəlxalq təşkilatlardan çoxlu sayda müşahidəçilərin gəlməsi bu fikri söyləməyə əsas verir: «Bilirsiniz ki, 30-dan çox ölkədən, nüfuzlu beynəlxalq təşkilatlardan müşahidəçilər referendumun gedişini izləyiblər. Həmin müşahidəçilər KİV vasitəsilə referendumun demokratik prosedurlara, Seçki Məcəlləsinə tam uyğunluğu haqqında öz qənaətlərini bölüşüblər. Mən öz müşhidəçilərimizin məlumatları əsasında da deyə bilərəm ki, bütün ölkə üzrə  referendum normal, sakit, Seçki Məcəlləsinin müddəalarına uyğun keçirilib. Bu referendum Azərbaycanda demokratiyanın inkişafı sahəsində irəliyə doğru  atılan əhəmiyyətli bir addımdır».
Əli Əhmədov həmçinin qeyd edib ki, YAP referendumun təşviqat kampaniyasında yaxından iştirak edib: «Bu məqsədlə «Yeni Azərbaycan» təşviqat qrupu yaradıldı və geniş fəaliyyət göstərdi. Bu kampaniyada YAP-ın on minlərlə fəalı bütün bölgələrdə yaxından iştirak edib. Hesab edirəm ki, partiyamızın fəallarının bu fədakarlığı kampaniyanın uğurlu keçməsinə öz töhfəsini verib. Eyni zamanda, belə bir inam ifadə etmək istəyirəm ki, vətəndaşlarımızın əksəriyyəti referenduma çıxarılan məsələlərə müsbət münaisbət bildiriblər. Bunu EXİT-Polların nəticələri də göstərir. Hesab edirəm ki, bu referendumdan sonra Azərbaycanın inkişafında yeni bir səhifə başlayacaq, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi, sosial və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində daha ciddi, cəsarətli addımlar atılacaq. Xalqımız yaxın zamanlarda bu islahatların nəticələrini hiss edəcək.  Qarşıdakı dövrdə Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək və bunun nəticəsində də əhalinin rifahının  daha da yüksəlməsi istiqamətində zəruri addımlar atılacaq. Mən referendumun uğurla baş tutması nəticəsində bütün Azərbaycan xalqını, xüsusilə Prezident İlham Əliyevi təbrik edirəm. Çünki bu amil Azərbaycan xalqının növbəti dəfə Prezident İlham Əliyevə etimad göstərməsinin parlaq nümunəsidir».
Daha sonra YAP-ın Sədr müavini Əli Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

Paylaş:
Baxılıb: 321 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31