Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 10 saylı Binəqədi üçüncü seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar davam edir

10 saylı Binəqədi üçüncü seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar davam edir

23.08.2016 [14:28]

Avqustun 23-də 10 saylı Binəqədi üçüncü seçki dairəsi dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üç günlük ixtisaslaşdırılmış kurslar davam etdirilib.
AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən reallaşdırılır.
Binəqədi üçüncü seçki dairəsi dairə seçki komissiyasında keçirilən kurslara 47 nəfər qatılıb.
Dairə seçki komissiyasının sədri İsgəndər Əliyev “Referenduma hazırlıq, referendumun keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” mövzusunda məruzə edib.
Diqqətə çatdırılıb ki, sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ölkəmizdə çox əlamətdar ictimai-siyasi hadisədir. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən referendumun hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq məntəqələrdə genişmiqyaslı işlər aparılır. Qeyd edilib ki, hazırlıq tədbirləri MSK-nın müvafiq təlimatlarına uyğun olaraq həyata keçirilir.
İ.Əliyev vurğulayıb ki, referendumun tam demokratik şəraitdə və şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür. Artıq 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Kurslarda referenduma hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələr barədə ətraflı məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb.
İxtisaslaşdırılmış kurslar avqustun 24-də başa çatacaq.

Paylaş:
Baxılıb: 293 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30