Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cüdoçularımız Rio-de-Janeyroda mükafatlandırılıblar

Cüdoçularımız Rio-de-Janeyroda mükafatlandırılıblar

10.08.2016 [11:00]

Rio-de-Janeyrodakı Atletlər kəndində, Azərbaycan nümayəndə heyətinin qərargahında XXXI Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk səkkizlikdə yer almış cüdoçularımız Rüstəm Orucov və Orxan Səfərovun mükafatlandırılması mərasimi təşkil olunub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova AZƏRTAC-a bildirib ki, mərasimdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, şef-de-mission İlham Mədətov, cüdoçular və məşqçilər iştirak ediblər.
İlham Mədətov Azərbaycana ilk gümüş medalı qazandırdığına görə Rüstəm Orucova təşəkkürünü bildirib. O vurğulayıb ki, R.Orucovun medal qazanması digər idmançılar üçün də stimul olacaq, onlara qələbə əzminin artmasında böyük ruh yüksəkliyi verəcək.
Daha sonra İlham Mədətov Rüstəm Orucova və Orxan Səfərova Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və “Rio-2016” Təşkilat Komitəsinin sədri Karlos Vuzmanın imzaları ilə sertifikatları təqdim edib.

Paylaş:
Baxılıb: 436 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30