Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycanın maliyyə yatırımı məsələsi müzakirə edilib

Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycanın maliyyə yatırımı məsələsi müzakirə edilib

27.07.2016 [17:09]

Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycanın maliyyə yatırımı məsələsi müzakirə edilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, müzakirə iyulun 27-də Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran İslam Respublikası yol və şəhərsalma nazirinin maliyyə təminatı və beynəlxalq məsələlər üzrə müavini Əsgər Fəxriyyə Kaşanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı aparılıb.
Cavid Qurbanov Azərbaycan dəmir yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında məlumat verib. Bildirib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tikintisinin reallaşdırılması iştirakçı ölkələrin tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.
Əsgər Fəxriyyə Kaşan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəyini bildirib.
Görüşdə Azərbaycan tərəfinin Astara-Rəşt dəmir yolu tikintisinə Azərbaycanın maliyyə yatırımı, dəmir yolu tikintisinin qrafiki, bununla bağlı işlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Paylaş:
Baxılıb: 427 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31