Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Siyavuş Novruzov: Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik mövcuddur, dövlətimiz və cəmiyyətimiz inkişafa köklənib

Siyavuş Novruzov: Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik mövcuddur, dövlətimiz və cəmiyyətimiz inkişafa köklənib

21.07.2016 [17:14]

«Bu gün dünyada çox mürəkkəb proseslər baş verir. Eləcə də, regionda da baş verən xoşəgəlməz hadisələr narahatlıq doğurur. Bütün bunlar ictimai-siyasi sabitliyin hər bir cəmiyyət üçün nə qədər önəmli olduğunu təsdiqləyir». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bu gün dünya ictimaiyyətini narahat edən əsas problemlər terrorizm, etnik qarşıdurmalar, münaqişələrdir. Onun sözlərinə görə, Azərbaycan hərbi təcavüzə və terrora məruz qalan ölkə olduğu üçün bunun fəsadlarını yaxşı bilir.
«Bu gün dünya həmçinin qaçqın və miqrasiya problemi ilə üz-üzədir. Azərbaycanın bir milyon vətəndaşı qaçqın-köçkün həyatı yaşayır. Onlar Ermənistanın hərbi təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşüblər. Buna baxmayaraq, dövlətimiz qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı olaraq addımlar atır. Əsas məsələ isə bu insanların doğma torpaqlarına qayıtmalarıdır. Bu gün işğalçı Ermənistanda böyük gərginlik var. Dövlətimizin siyasəti ona yönəlib ki, danışıqlar prosesi nəticəsində  münaqişə tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Azərbaycanın güclü ordusu var. Əgər sülh danışıqları nəticə verməsə, Ali Baş Komandanın əmri ilə hər an ordumuz  torpaqlarımızı işğaldan azad edə bilər. Aprel hadisələri bunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan özünü daha da gücləndirir. Ona görə də, dünyada baş verən maliyyə-iqtisadi böhranı Azərbaycanda hiss olunmur. Çünki Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik mövcuddur, dövlətimiz və cəmiyyətimiz inkişafa köklənib. Çünki sabitlik olmayan yerdə sosial-iqtisadi inkişafdan danışmaq mümkün deyil. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə mühüm islahatlar aparılır. Bu islahatlar gələcək inkişafımızı şərtləndirir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 439 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31