Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xaçmazda “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçirilir

Xaçmazda “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçirilir

24.06.2016 [13:48]

Xaçmaz şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçirilir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi çərçivəsində “Multikulturalizmin alternativi yoxdur” şüarı altında təşkil olunan festivalın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, ölkəmizdə akkreditə olunmuş səfirliklərin nümayəndələri və xarici qonaqların qatıldığı festivalın məqsədi Azərbaycanda tarixən mövcud olan multikultural dəyərlərin qorunması, yaşadılması və təbliğidir.
Festival iştirakçıları Fəvvarələr Bağında Azərbaycandakı multikultural dəyərləri tərənnüm edən müxtəlif səpkili sərgi və stendləri izləyiblər. Ölkəmizdə yaşayan milli azlıqların mədəniyyətinə aid tətbiqi sənət əsərləri, kulinariya, folklor, musiqi, xalçaçılıq, dulusçuluq və digər sənət əsərlərinin nümunələri maraqla qarşılanıb. Festival çərçivəsində folklor musiqisindən ibarət “Bizim vətənimiz Azərbaycandır” konsert proqramı təqdim olunub. Uşaq musiqi və incəsənət məktəbləri şagirdləri yerli və xarici ölkələrin bəstəkarlarına məxsus klassik musiqilər ifa ediblər. “Azərbaycan – dünya multikulturalizminin ünvanlarından biridir” adlı rəsm sərgisi də festivalın diqqətçəkən məqamlarından olub.
Azərbaycanın 40 rayonundan 400 nəfərə yaxın qonağın qatıldığı festival müxtəlif tədbirlərlə davam etdirilir.

Paylaş:
Baxılıb: 424 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30