Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin ilkin nəticələrini açıqlayıb

MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin ilkin nəticələrini açıqlayıb

20.06.2016 [11:15]

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinə təkrar seçkilərin ilkin nəticələrinə dair mətbuat konfransı keçirib.
MSK sədri deyib ki, dairə üzrə məntəqələrdə seçkilərə yüksək səviyyədə hazırlıq görülüb, iyunun 18-də saat 08:00-da başlayan səsvermə 19:00-da yekunlaşıb. Səsvermədə 40 min 203 seçicidən 23 min 292 nəfəri (57,9 faiz) iştirak edib, seçki baş tutub.
Məzahir Pənahov qeyd edib ki, Mərkəzi Seçki Komissiyası gün ərzində səsvermənin gedişi barədə ictimaiyyəti beş dəfə məlumatlandırıb. Səsvermə prosesini beynəlxalq və yerli müşahidəçilər, çoxsaylı mətbuat işçiləri izləyiblər.
Diqqətə çatdırılıb ki, seçkilərdə 1 yer uğrunda 7 namizəd mübarizə aparıb. 90 saylı Ağdaş seçki dairəsi üzrə 40 seçki məntəqəsinin hamısı hesabat verib. Beləliklə, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə 19 min 674 səslə (85,56 faiz) Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov liderdir. Ümid Partiyasının namizədi İqbal Ağazadə 1802 səslə (7,84 faiz) ikinci, öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən bitərəflər Rəşad Abdullayev 409 səslə (1,78 faiz) üçüncü, Əli Haqverdiyev 341 səslə (1,48 faiz) dördüncü, Anar İbrahimli 295 səslə (1,28 faiz) beşinci, Elmir Gözəlov 253 səslə (1,10 faiz) altıncı və Rəşid Gözəlov 220 səslə (0,96 faiz) yeddinci yerlərdədirlər. Bunlar ilkin nəticələrdir. Səsvermənin nəticələrini əks etdirən dairə seçki komissiyasının rəsmi protokolu iki gün ərzində Mərkəzi Seçki Komissiyasına çatdırılacaq və Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə MSK-da baxılaraq təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə təqdim ediləcək.
Seçkilərin şəffaf keçirildiyini deyən Məzahir Pənahov MSK-nın 115 “Qaynar xətt”inə dörd müraciətin daxil olduğunu, bunların da informasiya almaq xarakteri daşıdığını diqqətə çatdırıb. Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi şikayət, müraciət daxil olmayıb.
Qeyd edilib ki, müşahidəçilər səsvermə prosesinin gedişindən razı qalıblar. Müşahidəçilərlə bağlı nə dairə, nə də məntəqə seçki komissiyalarında hər hansı problem yaranmayıb. Təkrar seçkiləri 4-ü beynəlxalq müşahidəçi olmaqla, 740-dan çox müşahidəçi izləyib. Onlar seçkilərin Seçki Məcəlləsinə uyğun, sakit, şəffaf, ədalətli şəkildə keçdiyini xüsusi vurğulayıblar.
Sonra MSK sədri jurnalistlərin suallarını cavablandırıb.

Paylaş:
Baxılıb: 456 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30