Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin İqtisadi və Sosial Şurasında üzvlüyün əhəmiyyəti haqqında

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin İqtisadi və Sosial Şurasında üzvlüyün əhəmiyyəti haqqında

17.06.2016 [11:45]

Xəbər verildiyi kimi, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Azərbaycanı 3 il müddətinə (2017-2019-cu illər) BMT-nin İqtisadi və Sosial Şurasına (EKOSOS) üzv seçib.
BMT-nin altı əsas orqanından biri olan EKOSOS Təşkilatın davamlı inkişafın üç əsas istiqamətinin (iqtisadi, sosial və ekoloji istiqamətlər) təbliği üzrə fəaliyyətində mərkəzi yer tutur.
Baş Məclisin 70-ci, yubiley sessiyasında “2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf üçün gündəlik” təsdiq ediləndən sonra İqtisadi və Sosial Şura davamlı inkişafın 17 hədəfinin reallaşdırılması tədbirlərinin, vasitələrinin və yollarının müzakirə edilməsi üçün mühüm platformaya çevrilib.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev AZƏRTAC-ın ABŞ-dakı xüsusi müxbiri ilə söhbətində deyib: “Ölkəmizin EKOSOS üzvü seçilməsi milli iqtisadiyyatın gələcək inkişafının prioritetlərinin optimallaşdırılması baxımından çoxtərəfli beynəlxalq münasibətlər sistemində milli maraqların daha da irəlilədilməsi üçün xüsusi əhəmiyyət kəsb edir”.
İqtisadi və Sosial Şuranın tərkibinə BMT-nin üzvü olan 193 dövlətdən 54-ü daxildir.

Paylaş:
Baxılıb: 443 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30