Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP GB “Milli Qurtuluş Günü”nü qeyd edib

YAP GB “Milli Qurtuluş Günü”nü qeyd edib

14.06.2016 [14:15]

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Ofisində  15 iyun – “Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov 1993-cü ilin 15 iyun gününün Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olduğunu deyib və qeyd edib ki, bugün onun fəlsəfəsini dərindən dərk edən, özünü millət, vətən adına məsuliyyətli hesab edən hər bir gənc üçün çox əzizdir. Ulu Öndər uzaqgörən və dahiyanə siyasəti ilə xalqımızı və dövlətimizi düşdüyü ağır durumdan xilas edib. Məhz buna görə Heydər Əliyevin 15 iyun tarixində hakimiyyətə qayıdışını "Milli Qurtuluş Günü" kimi qeyd edirik.
Tədbirdə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP İcra katibliyinin müşaviri Kərim Kərimov qonaq qismində iştirak edib. Kərim Kərimov gənclərə  Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində istər hakimiyyətinin birinci dövründə, istərsə də, ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açdı və müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin adının xalqımızın yaddaşına əbədi həkk olunacağını, Azərbaycan xalqının hər zaman Ulu Öndərin xatirəsini dərin hörmət və ehtiramla yad edəcəyini, Onun xatirəsini hər zaman uca tutacaqlarını qeyd edib.
Daha sonra tədbir diskussiya formatında davam edib.

Paylaş:
Baxılıb: 422 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30