Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Məclis Amnistiya aktını qəbul edib

Milli Məclis Amnistiya aktını qəbul edib

20.05.2016 [13:30]

Mayın 20-də parlamentin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüskarı olduğu “28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsi yekdilliklə qəbul edilib.
İclası açan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, 1995-ci ildən indiyədək ölkəmizdə 61 əfv fərmanı, 10 amnistiya aktı qəbul edilib. Bu, hər şeydən əvvəl Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. İndiyə qədər amnistiya aktlarından üçü Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilib. Bir neçə gün əvvəl isə birinci xanım Mehriban Əliyeva dördüncü amnistiya aktının qəbul olunması təşəbbüsü ilə Milli Məclisə müraciət edib.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva iclasda çıxış edərək deyib ki, 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzalarından azad edilib. Heydər Əliyev Fondunun prezidenti 2007-ci, 2009-cu və 2013-cü illərdə Fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insana azadlıq bəxş edən həmkarlarına minnətdarlıq edib.
Mehriban Əliyeva bildirib ki, Heydər Əliyev Fondu özünün 12 illik fəaliyyəti ilə həm ölkəmizdə, həm də xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır. Fond hər bir addımında, hər bir fəaliyyətində insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz bu ümidi daim doğrultmağa çalışmışıq. Bu gün azadlıqdan məhrum olmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzini qurmaqdır.
Amnistiya aktının layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, ərazimizin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad olunacaqlar.
Həmçinin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad ediləcəklər. On min şəxs amnistiya aktının təsiri altına düşüb. Onlardan 3500-ə yaxın məhkum azadlıqdan məhrumetmə yerlərindən azad ediləcək.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31