Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Afinada “Heydər Əliyev: Öndər və onun dövrü” kitabının təqdimatı olub

Afinada “Heydər Əliyev: Öndər və onun dövrü” kitabının təqdimatı olub

25.04.2016 [12:39]

Xəbər verdiyimiz kimi, Yunanıstanın paytaxtı Afina şəhərində Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun həmmüəllifi olduğu “Görkəmli adamların həyatı” (JZL) seriyasından “Heydər Əliyev” kitabının yunan dilinə nəşr olunmuş variantının təqdimat mərasimi keçirilib.
Mərasimin keçirildiyi dövlət sarayının qarşısında hər il aprelin 24-də qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd edən Afinadakı erməni diasporunun nümayəndələri bir neçə dəqiqə hay-küy salaraq etiraz aksiyası keçirməyə cəhd edib və qısa müddətdən sonra oradan uzaqlaşdırılıblar.
“Heydər Əliyev: Öndər və onun dövrü” kitabının təqdimat mərasimində Yunanıstan ictimaiyyətinin görkəmli nümayəndələri, ictimai xadimlər, deputatlar, ölkədəki diplomatik korpusun təmsilçiləri daxil olmaqla, 300-dən artıq nümayəndə iştirak edib.
2006-cı ildə işıq üzü görən kitab Azərbaycanın Yunanıstandakı səfirliyinin və Azərbaycan–Yunanıstan parlamentlərarası dostluq qrupunun dəstəyi ilə Dimitris Patelis və Panayota Materi tərəfindən rus dilindən yunan dilinə tərcümə edilib.
Afinanın “Enalios” Nəşriyyat Evi tərəfindən nəfis şəkildə və yüksək poliqrafik tərtibatla çap olunmuş kitabın təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev deyib ki, nəşrin yunan dilinə tərcümə edilməsi xalqlarımız arasında dostluğun nümunəsi olmaqla yanaşı, həm də Azərbaycanın sülhsevər siyasətinin xarici ölkələrdə təbliğidir.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Hadi Rəcəbli, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyani, Yunanıstanın sabiq xarici işlər naziri Teodoros Panqalos, bu ölkənin Azərbaycandakı ilk səfiri Karolos Qadis, Harvard və Tessaliya universitetlərinin qonaq professoru Nikos Kiriazis çıxış edərək təqdim olunan kitabın məziyyətləri haqqında danışıblar.
Azərbaycandan iştirak edən nümayəndələrimiz kitabın yunan dilində nəşrinin Ümummilli Liderin anadan olmasının 93-cü ildönümünə böyük töhfə olduğunu söyləyiblər. Ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutmasından, müstəqilliyimizin möhkəmləndirilməsi, demokratiyanın inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün fədakarlıqlarından ətraflı söhbət açıblar. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uğurlu dövlət siyasəti, ölkədə həyata keçirilən islahatlar və yeniliklər barədə də iştirakçılara məlumat verilib.
Kitabın müəllifi, Milli Məclisin deputatı Hüseynbala Mirələmov çıxış edərək təqdimat mərasiminin təşkilatçılarına, tərcüməçilərə, səfir Rəhman Mustafayevə, Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Hadi Rəcəbliyə, Afinanın “Enalios” Nəşriyyat Evinin əməkdaşlarına minnətdarlığını bildirib. O qeyd edib ki, dünyanın siyasi xadimləri arasında Heydər Əliyev obrazı öz parlaqlığı və təkrarsızlığı ilə diqqəti daim cəlb edəcək.
Mərasimdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş etdirilib. Daha sonra Afina Konservatoriyasının orkestrinin müşayiəti ilə Azərbaycan Opera və Balet Teatrının gənc ifaçısı Aytac Şıxəlizadə tərəfindən Azərbaycan musiqisi ifa olunub.
Qeyd edək ki, müəllifin “Görkəmli adamların həyatı” seriyasından olan “Heydər Əliyev” kitabı dünyanın 38 dilinə tərcümə edilib. Ən böyük azərbaycanlının, müasir Azərbaycan dövlətinin qurucusu və yaradıcısı Heydər Əliyevin ruhu qarşısında az da olsa öz vətəndaşlıq borcunu yerinə yetirməyə çalışan H.Mirələmov “Heydər Əliyev” kitabından başqa “Amalın işığında”, “Həqiqət”, “Zəfər yolu”, “Millətin atası”, “İşığın izi ilə”, “Bir günəş var” kitablarımın da müəllifidir. Ulu Öndərin siyasi və mənəvi varisi, ölkə Prezidenti haqqında “İlham Əliyev” və Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyeva haqqında qələmə aldığı “Zərifə Əliyeva” monoqrafiyaları da Moskvada “JZL” seriyasında nəşr olunub.
Çoxsaylı yunan oxucularına avtoqraf verən müəllif bildirib ki, “Heydər Əliyev: Öndər və onun dövrü” kitabı Yunanıstanın ali məktəblərinə, dövlət xadimlərinə, parlament deputatlarına hədiyyə olunacaq.

Paylaş:
Baxılıb: 420 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30