Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Elman Nəsirov: Minsk qrupu həmsədrləri fəaliyyətlərinin əsl mahiyyətini bir daha nümayiş etdirdi

Elman Nəsirov: Minsk qrupu həmsədrləri fəaliyyətlərinin əsl mahiyyətini bir daha nümayiş etdirdi

03.02.2016 [14:54]

«Yanvarın 26-da AŞPA-da Ermənistanın işğalçılıq siyasətini ifşa edən 2 məruzənin müzakirəsi prosesi və onun nəticələri bir sıra qənaətlərə gəlməyə əsas verir. Birincisi, AŞPA-da Sərsəng su anbarı ilə bağlı qəbul edilmiş qətnamə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ölkəmizin mövqelərinin hüquqi-siyasi baxımdan daha da gücləndirilməsinə şərait yaradacaq». Bu fikirləri Milli Məclisin deputatı, politoloq  Elman Nəsirov deyib. 
E.Nəsirov bildirib ki, üzv olduğumuz istənilən beynəlxalq strukturda, o cümlədən AŞPA-da bütün il boyu işləmək lazımdır. Onun fikrincə, səfirliklərimiz, vətəndaş cəmiyyəti institutları və medianın bu sahədə koordinasiya olunmuş fəaliyyəti zəruridir.
«Digər tərəfdən, ATƏT-in Minsk qrupu AŞPA-ya təzyiq yolunu tutmaqla üç məsələni istəmədiyini ortaya qoydu. Birincisi, münaqişənin tənzimlənməsi ilə bağlı inhisarçı mövqeyinin dəyişməsini, ikincisi, münaqişədə status-kvo vəziyyətinin dəyişməsini və münaqişənin beynəlxalq hüququn ərazi bütövlüyü prinsipi əsasında həll olunmasını. Bu məqamlar Minsk qrupu həmsədrlərinin fəaliyyətinin əsl mahiyyətini bir daha nümayiş etdirdi»- deyə, E.Nəsirov qeyd edib.

Paylaş:
Baxılıb: 410 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30